Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-1288/2026 05.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs nümayəndəsi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 469.3-cü maddəsi ilə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X4 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X4 tərəfindən Şəxs barəsində İXM-in 469.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş iş materialları daxil olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs nümayəndəsi X2 bildirmişdir ki, sözügedən inzibati xəta ilə bağlı səlahiyyətli orqandan inzibati icraat aparılmasından məlumatları olmamışdır. Qeyd etməlidir ki, həmin protokolda inzibati xəta hadisəsinin xx.xx.2026-cı il tarixdə, saat 13:41-də törədilməsi göstərilmişdir. Halbuki, hüquqi şəxs tərəfindən həmin 77YQ337 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2025-ci il tarixdə sığortalanmışdır və sözügedən müqavilə xx.xx.2026-cı il tarixədək qüvvədədir. Yəni xx.xx.2026-cı il tarixdə avtomobilin icbari sığorta edilməməsindən söhbət gedə bilməz. Bununla yanaşı, səlahiyyətli orqan tərəfindən əlavə edilmiş foto-şəkildə xx.xx.2025-ci il tarix qeyd edilmişdir. Şirkətin bütün cərimələri ödənilmişdir. Göstərilənlərə əsasən, iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan çıxarışdan görünür ki, “JMC GRAND AVENUE PRO Minik” markalı, 77YQ337 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Şəxs adına qeydiyyata alınmışdır. İş materiallarında olan foto-şəkildən görünür ki, JMC GRAND AVENUE PRO Minik” markalı, 77YQ337 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin həmin foto-şəkili xx.xx.2025-ci il tarixdə, saat 10:26-da qeydə alınmışdır. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X4 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxsnə məxsus “JMC GRAND AVENUE PRO Minik” markalı, 77YQ337 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2026-cı il tarixində saat 13:41-də icbari sığorta müqaviləsi bağlanmadan idarə edilməsinə görə cəmiyyət barəsində İXM-in 469.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. PME********** nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi”ndən görünür ki, “JMC GRAND AVENUE PRO Minik” markalı, 77YQ337 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbarı qaydada sığortalanması xx.xx.2025-ci il tarixdən saat 12:59-dan qüvvəyə minmiş, xx.xx.2026-cı il saat 12:59-dək qüvvədə olması göstərilmiş, sığorta haqqı 146,30 manat olaraq qeyd edilmişdir. “Kapital Bank ASC”yə məxsus “Birbank Biznes” tətbiqindən edilmiş xx.xx.2025-ci il tarixli, zeako2 nömrəli ödəniş qəbzindən görünür ki, Şəxs tərəfindən İcbari Sığorta Bürosuna 146,30 manat ödəniş edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan hüquqi şəxsin nümayəndəsini dinləyib, inzibati xəta haqqında iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları tədqiq edərək hesab edir ki, inzibati xəta hadisəsi olmadığından Şəxs barəsində İXM-in 469.3-cü maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 469.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyət “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə müəyyən edilmişdir. Məhkəmə iclasında isə toplanmış sübutlardan müəyyən edilmişdir ki, Şəxs tərəfindən balansında olan “JMC GRAND AVENUE PRO Minik” markalı, 77YQ337 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin "xxxx" ASC-də sığortalanmasına dair avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi mövcuddur. Həmin şəhadətnaməyə əsasən sözügedən avtomobil xx.xx.2025-ci il tarixdə sığortalanmışdır. Göründüyü kimi inzibati xətanın törədilməsinin qeyd edildiyi xx.xx.2026-cı il tarixində saat 13:41-də avtomobilin icbari sığortası olmuşdur. Lakin Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X4 tərəfindən inzibati xəta haqqında iş üzrə tam, hərtərəfli araşdırma aparılmadan, Şəxs barəsində İXM-in 469.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilməlidir ki, məhkəmədə toplanmış sübutlarla Şəxs barəsində olan iş üzrə hər hansı konkret təqsirli hərəkət və ya hərəkətsizliyinin nəticəsi olması, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik), yəni inzibati xətanın törədilməsi müəyyən edilmir. Bununla da barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsi və onun təqsiri inzibati xəta haqqında işin materialları ilə sübuta yetirilmir. Başqa sözlə desək şəxsin təqsirli bilinməsinə dair inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən sübut toplanılmamışdır. Əksinə, məhkəmə iclasında aşkar edilmiş xüsusatlardan Şəxs əməlində sözügedən inzibati xəta tərkibinin olmamasına dair kifayət qədər sübutların mövcud olması müəyyən edilmişdir. Səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında materiala sübut olaraq tək bir foto-şəkil əlavə edilmişdir ki, həmin foto-şəkil də inzibati xətanın törədildiyi istiand edilən xx.xx.2026-cı il tarixə deyil, xx.xx.2025-ci il tarixə aiddir. Digər tərəfdən qeyd edilməlidir ki, İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmçinin qeyd olunmalıdır ki, İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan, yəni qəsdən və ya ehtiyatsızlıqdan törədilən və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab olunur. Göründüyü kimi, əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri də, həmin əməlin təqsirli sayılmasıdır. Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirliliyi sübut etmək yükü barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin deyil, inzibati xəta haqqında protokol tərtib etmə səlahiyyəti orqanın (səlahiyyətli şəxsin) üzərinə düşür və şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmaması ilə yanaşı, sübut edə bilməməsi əsası ilə də onun inzibati məsuliyyətə cəlb edilməsi yol verilməzdir. Çünki qanunvericiliyin tələblərinə əsasən şübhə və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll edilməlidir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları və qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X4 tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta hadisəsi olmadığından Şəxs barəsində İXM-in 469.3-cü maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X4 tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta hadisəsi olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(5-93)-1288/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-1288/2026
05.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver