Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-93)-1289/2026 26.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi, Azərbaycan Respublikası DİN Bakı şəhəri Baş Polis İdarəsi X7 İdarəsinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN Bakı şəhəri Baş Polis İdarəsi X7 İdarəsinin TP ******* nömrəli, xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 tərəfindən Azərbaycan Respublikası DİN Bakı şəhəri Baş Polis İdarəsi X7 İdarəsinin TP ******* nömrəli, xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət məhkəməyə daxil olmuşdur. X2 xx.xx.2026-cı il tarixdə məhkəməyə ərizə təqdim edərək, Azərbaycan Respublikası DİN Bakı şəhəri Baş Polis İdarəsi X7 İdarəsi tərəfindən xx.xx.2026-cı il tarixli, Ə-78649 nömrəli qərara əsasən, İXM-nin 327.4-cü maddəsinin tərkibi olmadığından protokolu ləğv edilərək icraata xitam verilmişdir. Odur ki, ərizəsini geri götürdüyünü bildirmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası DİN Bakı şəhəri Baş Polis İdarəsi X7 İdarəsinin nümayəndəsi Nümayəndə1 çıxış edərək bildirmişdir ki, X4 barsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar üzrə icraata xitam verilmişdir. Bu səbəbdən şikayətin geri qaytarılmasına etiraz etmir. Göründüyü kimi, X2 barəsində qəbul edilmiş Azərbaycan Respublikası DİN Bakı şəhəri Baş Polis İdarəsi X7 İdarəsinin TP ******* nömrəli, xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətinin baxılmadan geri qaytarılmasını xahiş etmiş və hal-hazırda inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə baxılması üçün predmet qalmamışdır. X1 Azərbaycan Respublikası DİN Bakı şəhəri Baş Polis İdarəsi X7 İdarəsinin TP ******* nömrəli, xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 106-109-cu maddəsini rəhbər tutaraq, qərara aldı: X3 Azərbaycan Respublikası DİN Bakı şəhəri Baş Polis İdarəsi X7 İdarəsinin TP ******* nömrəli, xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(5-93)-1289/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(5-93)-1289/2026
26.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver