Məhkəmə qərarları › İş №3(5-93)-1293/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-1293/2026

18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-1293/2026 18.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X3 Novruz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 40-cı PŞnin sahə inspektoru, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Naxçıvan MR, Babək rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri, yataqxana-14, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2026-cı il tarixə 00:10 radələrində Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində səs küy yaratmış, nalayiq ifadələr işlədib xırda xuliqanlıq etmiş, kobud və qeyri-adekvat hərəkətləri ilə polisin qanuni tələblərinə tabe olmamışdır. Qeyd olunanlara əsasən Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 40-cı PŞnin sahə inspektoru, polis kapitanı X4 tərəfindən xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi rayon Polis İdarəsinin 40-cı PŞ-nin sahə inspektoru, polis kapitanı X4 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, o və digər polis əməkdaşı xx.xx.2026-cı il tarixdə saat 00:10 radələrində inzibati ərazidə xidmətdə olan zaman Sulutəpə qəsəbəsi, “Çinar” kafesinin qarşısında hərəkətdə olarkən “Toyota” markalı avtomobil yolun əks istiqamətinə çıxaraq avtomobili onların üzərinə sürmüş, bu zaman sürücüyə irad bildiriləndə və hərəkətin qayda pozuntusu olduğunu izah etdikdə həmin şəxs ünvansız nalayiq ifadələr işlətmişdir. Sürücü nizam intizama dəvət edilsə də, polis əməkdaşları olduqlarını qeyd etsələr də həmin şəxs öz hərəkətlərini davam etdirmiş, onların qanuni tələblərinə tabe olmamışdır. PŞ-də müəyyən olundu ki, həmin şəxs Şəxsdur. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, Sulutəpə qəsəbəsi, “Çinar” kafesinin qarşısında hərəkətdə olarkən bilmədən əks yola çıxmış, qarşıdan gələn avtomobilin sürücüsü ona irad bildirəndə o hirslənmiş və səs-küy salmışdır. Daha sonra irad bildirənlərin polis əməkdaşları olduğunu bilmiş, buna baxmayaraq hirsli olduğundan mübahisə yaratmış, onların qanuni tələblərinə tabe olmamışdır. Əməlindən peşmandır. Bu əməli bir daha təkrarlanmayacaqdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi rayon Polis İdarəsinin 40-cı PŞ-nin polis nəfəri-sürücü X1 izahatında bildirmişdir ki, onlar xx.xx.2026-cı il tarixdə saat 00:10 radələrində inzibati ərazidə xidmətdə olan zaman Sulutəpə qəsəbəsi, “Çinar” kafesinin qarşısında hərəkətdə olarkən “Toyota” markalı avtomobil yolun əks istiqamətinə çıxaraq avtomobili onların üzərinə sürmüş, bu zaman sürücüyə irad bildiriləndə və hərəkətin qayda pozuntusu olduğunu izah etdikdə həmin şəxs ünvansız nalayiq ifadələr işlətmişdir. Sürücü nizam intizama dəvət edilsə də, polis əməkdaşları olduqlarını qeyd etsələr də həmin şəxs öz hərəkətlərini davam etdirmiş, onların qanuni tələblərinə tabe olmamışdır. PŞ-də müəyyən olundu ki, həmin şəxs Şəxsdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Binəqədi rayon Polis İdarəsinin 40-cı PŞ-nin sahə inspektoru, polis kapitanı X4 və polis nəfəri-sürücü X1 tərəfindən tərtib olunaraq imzalanmış xx.xx.2026-cı il tarixli Raportdan görünür ki, onlar, xx.xx.2026-cı il tarixdə saat 00:10 radələrində inzibati ərazidə xidmətdə olan zaman Sulutəpə qəsəbəsi, “Çinar” kafesinin qarşısında hərəkətdə olarkən “Toyota” markalı avtomobil yolun əks istiqamətinə çıxaraq avtomobili onların üzərinə sürmüş, bu zaman sürücüyə irad bildiriləndə və hərəkətin qayda pozuntusu olduğunu izah etdikdə həmin şəxs ünvansız nalayiq ifadələr işlətmişdir. Sürücü nizam intizama dəvət edilsə də, polis əməkdaşları olduqlarını qeyd etsələr də həmin şəxs öz hərəkətlərini davam etdirmiş, onların qanuni tələblərinə tabe olmamışdır. PŞ-də müəyyən olundu ki, həmin şəxs Şəxsdur. İnzibati qaydada tutma haqqında xx.xx.2026-cı il tarixli AZA 030001 nömrəli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 01:10-da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs istinad edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXMin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində Şəxs təqsirliliyi özünün izahatı, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatı, şahid ifadəsi, Raport və işin digər materialları ilə tam sübuta yetirilir və onun barəsində düzgün olaraq həmin maddələrlə protokol tərtib edilmişdir. Məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrilə inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Şəxs ilk dəfə inzibati məsuliyyətinə cəlb edilməsini, habelə səmimi peşmançalığını məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə qeyd olunan məsuliyyəti yüngülləşdirən halları nəzərə alır və belə qənaətə gəlir ki, şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş sanksiyalardan yalnız cərimə tədbirinin tətbiqi kifayət edəcəkdir. Cərimənin məbləğinə gəldikdə isə qeyd olunmalıdır ki, Şəxs inzibati xəta törətdikdən sonra o, bir gün müddətində inzibati qaydada tutulmaqla azadlıq hüququ məhdudlaşdırılmışdır. Bu tutulma faktı İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi kontekstində nəzərə alınmalı, yəni inzibati həbs istisna olmaqla digər tənbeh növünün tətbiqi zamanı nəzərdə tutulan maksimal cərimə həddinin dörddə üçündən artıq olmamaq prinsipi tətbiq edilməlidir. Həmçinin artıq bir günlük tutulma şəxs üçün real sanksiya xarakteri daşıdığından, məhkəmə əlavə olaraq bu amili şəxsin vəziyyətini yüngülləşdirən hal kimi qiymətləndirir və bu əsasla cərimənin məbləğini 150 manat həddində müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: ..inzibati tənbeh vermə haqqında... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, 150 (bir yüz əlli) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar