Məhkəmə qərarları › İş №3(5-93)-130/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-130/2026

05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-130/2026 05.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 198.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraat əsasında toplanmış materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Şəxs barəsində İXM-in 198.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin protokola əsasən "xxxx" MMC-nin texniki təhlükəsizlik və əməyin mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi əmr əsasında həvalə edilmiş MMC-nin anbar müdiri Şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində müəssisənin işçisi X11 xx.xx.2025-ci il tarixdə Binəqədi rayonu ərazisində iş zamanı sağlamlığa ağır zərər vurulması ilə nəticələnmiş xəsarət almışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə qeyd olunan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X2 bildirmişdir ki, "xxxx" MMC-də fəhlə işləyən X7 xx.xx.2025-ci il tarixdə iş yerində nərdivandan yıxılaraq xəsarət alması ilə bağlı X9 Xidməti tərəfindən həmin bədbəxt hadisənin təhqiqatı aparılmışdır. Təhqiqat nəticəsində müəyyən edilmişdir ki, MMC-nin xx.xx.2025-ci il tarixli əmri ilə anbar ərazisi üzrə cavabdeh şəxs təyin edilmiş anbar müdiri Şəxs tərəfindən hadisənin baş verdiyi anbar sahəsində sağlam və təhlükəsiz əmək şəraiti yaradılmamışdır. Şəxs tərəfindən əməyin mühafizə qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulduğuna görə barəsində İXM-in 198.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Odur ki, Şəxs inzibati qaydada tənbeh edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 198.3-cü maddəsində nəzərdə tutulmuş nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: İstehsalatda bədbəxt hadisə haqqında xx.xx.2025-ci il tarixli, 1/2025 nömrəli aktdan görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 222-ci maddəsinin (Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi) 1-ci hissəsinin (İşəgötürən sağlam və təhlükəsiz əmək şəraitinə, təhlükəli və zərərli istehsalat amillərinə nəzarəti təşkil edir.) və 2-ci hissəsinin (İşəgötürən əmək şəraitinin yaxşılaşdırılmasına, əməyin mühafizəsinin təmin edilməsinə və işçilərin sağlamlığının qorunmasına yönəldilmiş perspektiv və illik tədbirlər planı hazırlayır və həyata keçirir) tələblərinə riayət edilməməsi. Belə ki, Cəmiyyətin xx.xx.2025-ci il tarixli 04-S/25 nömrəli əmri ilə anbar ərazisi üzrə cavabdeh şəxs təyin edilmiş anbar müdiri X4 tərəfindən hadisənin baş verdiyi anbar sahəsində sağlam və təhlükəsiz əmək şəraiti yaradılmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X12 xx.xx.2025-ci il tarixli, 838 saylı rəyindən görünür ki, X7 bədənində aşkar olunmuş xəsarətlər qabırğaların çoxsaylı sınıqları, qanın nahiyəsinin əzilmiş yarası bərk küt əşyanın (əşyaların) təsirindən qərarda göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gəlmişdirlər və dərəcəsinə görə ümumilikdə sağlamlığı uzun müddətə pozan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. F.Z.Abasovun bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər zərərçəkənin təsvir etdiyi şəraitdə, yəni onun pilləkəndən dəmir profillərin üzərinə yıxılması zamanı əmələ gələ bilərdilər. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin nümayəndəsi tərəfindən məhkəməyə göndərilmiş etirazdan görünür ki, bədbəxt hadisənin təhqiqat aktında qeyd edilir ki, bədbəxt hadisənin baş verdiyi nərdivanda məhəccərin olmaması məsələsinə münasibət bildirilməsi, anbar sahəsi üzrə sağlam və təhlükəsiz iş mühitinin yaradılmasına cavabdeh şəxsin təyin olunması barədə əmrin təqdim edilməsi məqsədilə Cəmiyyət rəhbərliyinə xx.xx.2025-ci il tarixli məktubla müraciət edilmişdir. Cəmiyyət rəhbərliyi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli məktubda anbar ərazisində istifadə olunan nərdivanın həmin yerə qaynaq və ya başqa vasitələrlə birləşdirilmədiyi, həmin nərdivanın pilləkən kimi deyil daşınan nərdivan kimi istifadə edildiyi, Azərbaycan Respublikası Standartlaşdırma X3 nərdivanlarla bağlı hazırladığı AZS EN 131-1:2024 standartında portativ, pilləli, söykənmiş pilləli, bir hissəli söykənə bilən, bölməli, uzanan və platformalı nərdivanlarla bağlı standartların hazırlandığı, nərdivanın məhəccərinin olması ilə bağı tələb və normanın olmadığı, məhəccərin yalnız pilləkənlərə aid olduğu, nərdivana əlavə olaraq məhəccər quraşdırılmasının başqa risklər yarana biləcəyi, həmçinin təyinatının dəyişəcəyi qeyd edilmişdir. Göstərilənlər nəzərə alınmaqla Cəmiyyətin xx.xx.2025-ci il tarixli əmri ilə anbar ərazisi üzrə cavabdeh şəxs təyin edilmiş anbar müdiri Şəxs tərəfindən hadisənin baş verdiyi anbar sahəsində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmadığı müəyyən edilmişdir. Nəticədə hadiəsinin baş verməsinə səbəb kimi zərərçəkmiş X7 ehtiyatsızlığı və Şəxs cavabdehliyi müəyyən edilmişdir. X9 Xidmətinin Bakı şəhər idarəsi nərdivanda məhəccərin olmadığını əsas gətirərək anbar müdiri Şəxs bədbəxt hadisə üzrə cavabdehliyini müəyyən etmişdir. Lakin protokol və təhqiqat aktında nərdivanda məhəccərin olmasını məcburi edən hər hansı bir normativ sənədə istinad edilməmişdir. Odur ki, X9 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş xahiş edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/7087 nömrəli rəyindən görünür ki, işçinin nərdivana qalxarkən öz fərdi təhlükəsizliyini qorumaması hadisənin baş verməsinin səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" MMC ilə X11 arasında bağlanmış əmək müqaviləsinin 4.13 bəndinin tələbləri pozulmuşdur. Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına dair təlimatlandırılmış, bilikləri yoxlanılmış, fərdi mühafizə vasitəsilə təmin olunaraq işə buraxılmış X11 iş yerində nərdivana qalxarkən öz fərdi təhlükəsizliyini qorumadığına görə, onun tərəfindən əmək müqaviləsinin 4.13 bəndinin tələbləri pozulmuşdur. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsindən "xxxx" MMC-nin işçisi, 26 iyun 1980-ci il tarixdə Cəlilabad rayonu, Pokrovka kəndində anadan olmuş, Cəlilabad rayonu, Günəşli kəndində qeydiyyatda olan X7 21 aprel 2025-ci il tarixdə xəsarət almasına dair toplanmış material üzrə Binəqədi rayon prokurorluğunda araşdırma aparılmış və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən inzibati xəta üzrə işlə bağlı düzgün araşdırma aparılmadan, Şəxs barəsində əsassız olaraq İXM-in 198.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Belə ki, məhkəmədə müəyyən edilmişdir ki, "xxxx" MMC-də fəhlə işləyən X7 xx.xx.2025-ci il tarixdə iş yerində nərdivandan yıxılaraq sağlamlığı uzun müddətə pozan sağlamlığa az ağır zərərvurmaya aid xəsarət almış, həmin hadisə ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən təhqiqat aparılaraq hadisənin səbəbi olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 222-ci maddəsinin (sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi) 1-ci hissəsinin (işəgötürən sağlam və təhlükəsiz əmək şəraitinə, təhlükəli və zərərli istehsalat amillərinə nəzarəti təşkil edir.) və 2-ci hissəsinin (işəgötürən əmək şəraitinin yaxşılaşdırılmasına, əməyin mühafizəsinin təmin ediməsinə və işçilərin sağlamlığının qorunmasına yönəldilmiş perspektiv və illik tədbirlə planı hazırlayır və həyata keçirir) tələblərinə anbar müdiri Şəxs tərəfindən riayət edilməməsi, həmçinin “Fəhlə üçün əməyin mühafizəsi üzrə təlimatın 1.9-cu bəndinin (fəhlə istehsalat və əmək intizam qaydalarına, həmçinin əməyin mühafizəsi qaydalarına və təhlükəsizlik texnikası tələblərinə, eləcə də müəssisədə qəbul olunmuş əmək və istirahət rejiminə riayət etməlidir) tələblərinin X10 tərəfindən pozulması nəticəsinə gəlinmişdir. Lakin iş materiallarına əlavə edilmiş təhqiqat aktından Şəxs tərəfindən məhz hansı təhlükəsizlik tədbirlərinin görülməməsi nəticəsində işçinin xəsarət alması, sonuncu tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 222-ci maddəsinin 1 və 2-ci hissələrinin tələblərinin pozulmasının hansı hərəkət və ya hərəkətsizlikdə ifadə olunması qeyd edilməmişdir. Bundan əlavə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən tərtib edilmiş təhqiqat aktı ilə hadisənin baş verməsində Şəxs cavabdehliyi müəyyən edilsə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/7087 nömrəli rəyi ilə müəyyən edilmşdir ki, hadisənin baş verməsinin səbəbi X7 iş yerində nərdivana qalxarkən öz fərdi təhlükəsizliyini qorumaması olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" MMC ilə X11 arasında bağlanmış əmək müqaviləsinin 4.13 bəndinin tələbləri pozulmuşdur. Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına dair təlimatlandırılmış, bilikləri yoxlanılmış, fərdi mühafizə vasitəsilə təmin olunaraq işə buraxılmış X11 iş yerində nərdivana qalxarkən öz fərdi təhlükəsizliyini qorumadığına görə, onun tərəfindən əmək müqaviləsinin 4.13 bəndinin tələbləri pozulmuşdur. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri Binəqədi rayon prokurorluğunda araşdırma aparılaraq Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-in 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən tərtib edilmiş təhqiqat aktı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/7087 nömrəli rəyi arasında ziddiyətli nəticəyə gəlinsə də, ekspertiza rəyi daha mötəbər sübut kimi qəbul edilməlidir. Ona görə də, məhkəmə, Şəxs əməlində İXM-in 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 198.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 198.3-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar