Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-93)-1323/2026 19.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızı, X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ 33315025 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxılmağa hazırlanması zamanı, müəyyən etdim: İşin faktiki halları:
1. Məhkəmənin icraatına X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ 33315025 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət daxil olmuşdur. X1 vermiş olduğu şikayətə müddətin bərpası ilə bağlı vəsatətlə yanaşı şikayətə yaşayış yeri üzrə baxılması üçün vəsatət də əlavə etmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi:
2. İnzibati xəta haqqında materialların baxılmağa hazırlanması zamanı şikayəti və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, X3 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ 33315025 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsinə baxılması yerinin dəqiqləşdirilməsi məqsədi ilə geri qaytarılmalıdır.
3. Belə ki, X3 barəsində olan xx.xx.2026-cı il tarixli, EQ 33315025 nömrəli inzibati tənbeh vermə haqqında qərar elektron qaydada tərtib edilmiş və qanunvericiliyin tələblərinə əsasən elektron tənbeh vermə haqqında qərarlardan şikayətlər şikayət vermiş şəxsin yaşayış yeri üzrə baxılır. Lakin şikayət vermiş şəxs Kürdəmir rayonunda qeydiyyatda olmaqla, Abşeron rayonu, Qobu qəsəbəsində yaşadığını qeyd etsə də, şikayəti müvafiq sənədlərlə birlikdə baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərmişdir.
4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 129.1.3-1. bu Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə;...
5. Göründüyü kimi, qanunvericilik inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayətin şikayət vermiş şəxsin yaşayış yeri üzrə verilməsini müəyyən etmişdir. Hazırda verilmiş şikayət də məhz X2 yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə verilməli olsa da sonuncu tərəfindən anlaşılmazlığa yol verilmiş və iş materiallarında X2 şikayətin Binəqədi Rayon Məhkəməsinə göndərməsinin səbəbinin müəyyən edilməsi mümkün olmamışdır.
6. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər.
7. Həmin Məcəllənin 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər.
8. Odur ki, qeyd olunanlara əsasən hesab edirəm ki, X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ 33315025 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət geri qaytarılmalıdır.
9. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X6 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir.
10. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130-137-ci maddələrini rəhbər tutaraq,
qərara aldım:
X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ 33315025 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Hakim: Aytəkin İbrahimova