Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-1329/2026 19.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Kazımov Bəxtiyar Fərhad oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Şöbəsinin polis sahə inspektoru, polis kapitanı X4, zərərçəkmiş şəxsin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1982-ci il tarixdə Quba rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Quba rayonunun Alpan kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində hostellərdə kirayədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Şöbəsinin polis sahə inspektoru, polis kapitanı X5 tərəfindən Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə tərtib edilmiş 19 fevral 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Protokola əsasən, Şəxs 2025-ci ilin dekabr ayından 18 fevral 2026-cı il tarixədək müxtəlif vaxtlarda “Al Market”dən saxta pul əskinasları ilə 160 manatlıq alış-veriş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Şöbəsinin polis sahə inspektoru X5 izahatında göstərdi ki, Şəxs 2025-ci ilin dekabr ayından 18 fevral 2026-cı il tarixədək saxta pul əskinasları ilə ünvan 1 ünvanında yerləşən “Al Market” mağazasından ümumi dəyəri 160 manat olan alış-veriş etmiş, nəticədə həmin marketə 160 manat maddi ziyan vurmuşdur. O, 18 fevral 2026-cı il tarixdə, saat 10:45-də tutularaq Polis Şöbəsinə gətirilmişdir. Faktla bağlı vurulmuş ziyanın məbləğinə görə 18 fevral 2026-cı il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmiş, həmin qərar əsasında da hazırki protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, törətmiş olduğu həmin əməli səmimi etiraf edir, peşmandır. Bu hərəktləri etməsinə səbəb maddi vəziyyətinin pis olmasıdır. Hazırda zərərçəkmiş şəxsə vurduğu maddi zərər tam olaraq ödənilmişdir. Məhkəmədən göstərilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində X3 izahatında göstərdi ki, hazırda onlara vurulmuş maddi zərər tam olaraq ödənilmişdir. Şirkətin Şəxs heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: - “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2026-cı il tarixli qərardan görünür ki, X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir; - “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə, saat 10:45-də inzibati qaydada tutulmuşdur; - X1 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, “Al Market” mağazasına dəyən ziyan ödənilmişdir və hazırda Şəxs qarşı hər hansı tələb yoxdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam olaraq sübuta yeririlmişdir. Belə ki, Şəxs məhkəmə iclasında verdiyi izahatında özünü tam təqsirli bilmiş, onun əməli həm də zərərçəkmiş şəxsin nümayəndəsinin, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatları, iş materialları ilə tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 227-ci maddəsinin tərkib əlamətləri vardır və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Bununla belə Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcuddur. Belə ki, inzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsin izahatından və məhkəməyə təqdim etdiyi ərizədən müəyyən edilmişdir ki, Şəxs tərəfindən xırda talama yolu ilə “Al Market” mağazasına vurulmuş maddi ziyan tamamilə ödənilmiş və onlar arasında barışıq əldə olunmuşdur. İXM-in 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Beləliklə məhkəmə, qeyd olunanlara və qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs Şəxs barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Şöbəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 39, 40, 43, 48-50, 114-115, 117, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, iş üzrə icraata həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən xitam verilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(5-93)-1329/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-1329/2026
19.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver