Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-1330/2026 19.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X5, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx.xx.1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis şöbəsinin sahə inspektoru, polis kapitanı X10 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis şöbəsinin sahə inspektoru, polis kapitanı X15 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis şöbəsinin sahə inspektoru, polis kapitanı X10 izahatında bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə saat təxminən 01:15 radələrində “Chevrolet Cobalt” markalı, 77QV621 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Şəxs həmin nəqliyyat vasitəsini spirtli içkidən istifadə etməklə idarə etmiş, hadisə yerinə YPX əməkdaşları gələn zaman həmin şəxs avtomobildən enərək yaxınlıqda yerləşən kafeyə qaçmış, daha sonra YPX əməkdaşları Şəxs dəvət edən zaman sonuncudan kəskin spirt qoxusu gəldiyini hiss edərək həkim müayinəsindən keçmək üçün patrul avtomobilinə dəvət etmişlər. Bundan sonra Şəxs həmin yerdən qaçıb uzaqlaşmış, YPX əməkdaşlarından biri sonuncunun ardınca qaçmış həmin polis əməkdaşı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs saxlayan zaman Şəxs uca səslə qışqırmaqla hay-küy salmış, ətrafa xeyli sayda insan toplamış və onlara əl-qol hərəkətləri ataraq ətrafda olan insanların da köməyi ilə hadisə yerindən qaçıb uzaqlaşmağa nail olmuşdur. xx.xx.2026-cı il tarixdə X13 əməkdaşları tərəfindən Şəxs 5-ci polis şöbəsinə gətirilmiş, baş vermiş hadisə ilə əlaqədar YPX əməkdaşları tərəfindən tərtib edilmiş raport onun icraatına daxil olmuş, tərəfindən araşdırılma aparılmaqla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilmiş və sonuncu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, qeyd edilən hadisənin baş verdiyi tarixdə o həqiqətən spirtli içki qəbul etsə də, nəqliyyat vasitəsini idarə etməmişdir. Həmin yer onun evinin yanıdır, saat xx.xx.2026-cı il tarixdə saat 23 radələrində avtomobili orada park etmiş, həmin vaxtdan polis əməkdaşları tərəfindən duracağa aparılana qədər avtomobil həmin park etdiyi yerdə olmuşdur. Kafedə yemək yeyib, spirtli içki qəbul etdikdən sonra kafenin içərisində qadağan olunduğundan siqaret çəkmək üçün kafedən çölə çıxmışdır. Kafedən çıxıb avtomobildən siqaret götürdükdən sonra əlini yumaq üçün kafenin sanitar qovşağına daxil olmuş, əl-üzünü yuyub çıxmaq istəyən polis serjantı olan YPX əməkdaşı pəncərəni döyərək onu çölə çağırmış, çölə çıxdıqdan sonra avtomobilin ona məxsus olmasını və spirtli içki içib-içmədiyini soruşmuş, o da öz növbəsində hər iki suala təsdiqedici cavab vermişdir. Bunu dedikdən sonra polis əməkdaşı onun qolunda tutaraq patrul maşınına aparmaq istəmiş, həmin zaman qorxduğu üçün və ora evinə yaxın olduğundan qaçmaq istəmişdir. Ona görə qaçmışdır ki, o, həmin zaman nəqliyyat vasitəsini idarə etməsə də, boynuna qoya bilərlər. Çünki həmin zaman polislər onu avtopatrul maşınına salmaq istəmişdirlər. Həmin günün səhəri oyandıqdan sonra DİN 102 Xidmətinə zəng edərək avtomobilinin aparılması barədə məlumat vermiş, bu zəngindən 4 gün sonra ona SMS bildiriş gələrək barəsində İXM-nin 342.5-ci maddəsi ilə protokol tərtib edildiyi barədə məlumat verilmişdir. xx.xx.2026-cı il tarixdə ona polisdən zəng gələrək idarəyə dəvət etmişlər, həmin gün o idarəyə yaxınlaşdığı zaman saxlanılaraq Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Şöbəsinə gətirilmiş, 1 sutka orada saxlanıldıqdan sonra isə məhkəməyə gətirilmişdir. Məhkəmə iclasında iştirak edən şahid Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsi yol patrul xidməti baş inspektoru polis baş leytenantı X6 izahatında bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə saat təxminən 01:15 radələrində dislokasiya üzrə xidmət aparan zaman “Chevrolet Cobalt” 77QV621 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xarici işıq cihazlarını yandırmadığını müşahidə etmişlər. Bununla bağlı həmin avtomobilin yanına yaxınlaşan zaman həmin avtomobilin yanında dayanmış 5-6 nəfər yol polisi gəlir deyə məlumat vermişlər, bundan sonra sürücü avtomobili təqribən 2 metr qabağa sürüb və avtomobildən düşərək qaçıb həmin yerdə olan kafeyə daxil olmuşdur. Bundan sonra ora yaxınlaşaraq kafedən Şəxs çağırmışlar, sonuncu avtomobilin ona məxsus olmasını təsdiq etmişdir, sonuncuyla söhbət zamanı kəskin spirt qoxusu gəldiyinə görə Şəxs həkim müayinəsindən keçməli olduğunu bildirmişlər, lakin Şəxs onlara evinin yanında sürdüyünü, hər hansı bir yola çıxmadığını, sadəcə maşını həyətinə salmaq istədiyini demişdir. Bu zaman onunla xidmət aparan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti inspektoru, polis serjantı X1 avtomobilə dəvət edən zaman Şəxs yuxarı küçəyə doğru qaçmağa başlamış, sonuncunun arxasınca da polis serjantı X7 qaçmağa başlamış, o özü isə avtopatrul maşını ilə onları təqib etməyə başlamışdır. O, avtomobili bir qədər sürdükdən sonra Şəxsyla polis serjantı X3 yerdə bir-birilə tutuşmasını görmüş, həmin zaman cəld oraya yaxınlaşmış, Şəxs səsküy yaratmış, ətrafa çoxsaylı insanlar toplamış, dəfələrlə sonuncudan patrul maşınına əyləşmək tələb olunsa da, Şəxs ona yönələn tələblərə məhəl qoymamış, ətrafda olan şəxslərin köməyiylə əllərindən çıxaraq qaçmağa nail olmuşdur. Məhkəmə iclasında iştirak edən şahid Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti inspektoru, polis serjantı X7 şahid X6 ilə eyniməzmunlu izahat verərək sonuncunun izahatında göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X9 bildirmişdir ki, Şəxsov oğlu baş vermiş hadisə zamanı içkili vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsə də, polis əməkdaşlarının onunla razılaşmayacağından qorxaraq hadisə yerindən qaçmaq istəmişdir. Sonuncunun polis əməkdaşlarını tabesizlik göstərmək yaxud xırda xuliqanlıq etmək kimi niyyəti olmamış, sadəcə baş vermiş hadisədən keçirdiyi həyəcan nəticəsində belə bir hərəkətə yol vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2026-cı il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 15:55-də inzibati qaydada tutulmuşdur. xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-nin 510.1 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında təqdim edilmiş video-görüntüyə baxış keçirilərək müəyyən edilmişdir ki, Şəxs hadisə yerindən qaçdıqdan sonra həmin yerə toplaşmış şəxslərin polis əməkdaşları ilə mübahisə etdiyi aşkar olunur. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs İXM-nin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Odur ki, inzibati xəta haqqında protokol düzgün olaraq tərtib olunmuş, şəxs həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə ilk növbədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nəqliyyat vasitəsini spirtli içkinin təsiri altında idarə etməməsi barədə izahatına tənqidi yanaşaraq həmin izahatı özünümüdafiə xarakterli və məsuliyyətdən yayınmaq məqsədilə verilmiş izahat kimi qiymətləndirir. Məhkəmə izahatın təkcə formal məzmununu deyil, onun iş üzrə müəyyən edilmiş faktiki hallar, sübutların məcmusu və hadisələrin obyektiv gedişatı ilə uzlaşma dərəcəsini də qiymətləndirir. Faktiki olaraq Şəxs izahatı məntiqi cəhətdən tamamlanmamaqla iş materialları ilə də uyğunsuzluq təşkil edir. Belə ki, sonuncu əgər nəqliyyat vasitəsini idarə etdikdən sonra qaçıb kafeyə girmiş olmasaydı, YPX əməkdaşları tərəfindən kafedən çölə dəvət edilməzdi. Hər hansı bir park edilmiş avtomobilin sürücüsünün polis əməkdaşları tərəfindən çağırılması inandırıcı deyildir. Bununla yanaşı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yalan izahat verməsi heç bir məsuliyyət yaratmadığı halda, iş üzrə dindirilmiş şahidlər müvafiq məsuliyyət daşımaları barədə iltizama imza etdirilməklə izahat vermişlər. Belə olan halda, məhkəmə şahidlərin izahatlarını daha mötəbər və iş materiallarına uyğun hesab edir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, 14 fevral 2026-cı il tarixdə saat təxminən 01:15 radələrində Şəxs “Chevrolet Cobalt” markalı, 77QV621 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xarici işıq cihazları sönülü vəziyyətdə idarə etdiyi üçün ərazi üzrə xidmət aparan YPX əməkdaşları həmin avtomobilə yaxınlaşmışlar, Şəxs oraya toplaşmış şəxslərin YPX avtomobilinin gəlməsini bildirməsindən sonra avtomobildən düşüb yaxınlıqdakı kafeyə daxil olmuş, daha sonra onu dəvət edən YPX əməkdaşları həmin şəxsdən kəskin spirt qoxusu gəldiyi üçün sonuncunu həkim müayinəsindən keçməyə dəvət etmişlər, bu zaman Şəxs avtomobili evinin yanında idarə etməsini, hər hansı bir yola çıxmadığını, maşını həyətinə salmaq istədiyini bildirmiş, lakin YPX əməkdaşları onu həkim müayinəsindən keçməyə dəvət edən zaman hadisə yerindən qaçmağa cəhd etmiş, polis əməkdaşı qaçıb arxasınca sonuncunu saxlayan zaman yenə həkim müayinəsindən keçmək barədə tələbə qəsdən tabe olmayaraq səs-küy salmaqla ətrafına insanlar toplamış və ətrafa toplaşmış insanların köməyi ilə hadisə yerindən qaçmağa nail olmuşdur. Məhkəmə Şəxs əməlinə düzgün hüquqi qiymət verilməsi və obyektiv məhkəmə araşdırmasının təmin edilməsi üçün onun əməlində hər iki xətanın tərkib əlamətlərinin mövcudluğunu ayrı-ayrılıqda tədqiq etməyi zəruri hesab edir. Şəxs İXM-nin 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə münasibətdə qeyd edir ki, həmin maddənin tələblərinə əsasən, ictimai qaydanın pozulması halları, cəmiyyətin ümumi asayişinin qorunmasına yönəlmiş davranış qaydalarının ziddinə hərəkət edildikdə baş verir. Belə hallar cəmiyyətin normal həyat tərzini pozmaqla, ictimai nizam-intizama, etik normalara və birgəyaşayış prinsiplərinə mənfi təsir göstərir. İctimai qayda dedikdə, insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə yanaşı, qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış qaydaları nəzərdə tutulur. Bu sistemin pozulması isə cəmiyyətin normal fəaliyyətinə mənfi təsir etməklə ictimai təhlükə doğurur. İXM-in 510.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyət məhz belə halların qarşısının alınmasına və cəmiyyətin asayişinin qorunmasına yönəldilmişdir. Qeyd edilməlidir ki, Şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı zaman yüksək səslə qışqırıb, səs-küy yaratmaqla həmin ərazidə yaşayan əhalini narahat etmişdir. Məhkəmə Şəxs hərəkətlərini aşağıdakı aspektlərdən ictimai qaydanın pozulması kimi qiymətləndirilir: İctimai davranış qaydalarının pozulması: Onun insanların toplaşdığı ictimai yerdə ucadan qışqırmaqla mübahisə etməsi birgəyaşayış qaydalarına ziddir. Bu əsasda məhkəmə belə qənaətə gəlir ki, Şəxs hərəkətləri İXM-in 510.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin tərkibini təşkil edir. Həmin maddənin tətbiqi ilə Şəxs törətdiyi hərəkətlərin qanunvericiliyə uyğun qiymətləndirilməsi zəruridir. Cəmiyyətin asayişinin təmin edilməsi və qanunvericiliyin tələblərinin yerinə yetirilməsi üçün bu cür davranışlara qarşı inzibati tədbirlər görülməsi isə vacibdir. Məhkəmə İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğuna dair isə qeyd etməyi zəruri hesab edir ki, "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının: 2.1-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi aşağıdakı əlamətlərdən biri müşahidə olunduqda həyata keçirilir: 2.1.1. nəfəsindən alkoqollu içki qoxusu gəldikdə; 2.1.2. ayaq üstə sərbəst dayana bilmədikdə; 2.1.3. özünü idarə edə bilmədikdə. 2.2-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. 2.7-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. 3.1-ci bəndinə əsasən alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. Göründüyü kimi hansı hallarda şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsinin həyata keçirilməsi və bunun prosedur qaydaları konkret olaraq müəyyən edilmişdir. Hazırki iş üzrə də Şəxs ilə söhbət edən YPX inspektoru Şəxs nəfəsindən alkoqollu içki qoxusu hiss etdiyi üçün sonuncudan həkim müayinəsindən keçməyi təklif edən zaman Şəxs hadisə yerindən qaçmağa cəhd etmiş, daha sonra saxlanıldığı zaman da ətrafdakı şəxslərin köməyi nəticəsində həkim müayinəsinə getməkdən yayınmaq üçün hadisə yerindən qaçmışdır. Bununla da o, polis işçisi ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamış, nəticədə İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs ictimai yerdə səs-küy salıb mübahisə etməklə ictimai qaydanı pozmuş və polis işçisiləri vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamış, bununla da İXM-nin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İXM-in 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göstərilənlərə əsasən Şəxs İXM-nin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN2395757 nömrəli inzibati xəta haqqında protokol, xx.xx.2026-cı il tarixli raport, şahid izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə iclasında Şəxs özünü təqsirli bilməyərək izahatında tabesizlik və xırda xuliqanlıq hərəkətləri etmədiyini göstərsə də, onun özünün müdafiəsi üçün gətirdiyi dəlillər iş materiallarında olan və yuxarıda sadalanan sübutların məcmusu ilə təkzib edilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İXM-in 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs 18 fevral 2026-cı il tarixdən, saat 15:55-də inzibati qaydada tutulmuş, məhkəmə iclasınadək azad edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs inzibati həbs müddətinin əvvəli azadlığının faktiki olaraq məhdudlaşdırıldığı 18 fevral 2026-cı il tarixdən, saat 15:55-dən hesablanmalıdır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə uyğun olaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, inzibati həbs müddətinin əvvəli 18 fevral 2026-cı il tarixdən, saat 15:55-dən hesablanmalıdır. Bundan başqa Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən Şəxs göstərilmiş 5 (beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X8 Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına 55 (əlli beş) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinərək İXM-nin 34.3-cü maddəsinə əsasən 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli 18 fevral 2026-cı il tarixdən, saat 15:55-dən hesablansın. Qərar dərhal icra edilsin və icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı Şəhər Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə həvalə edilsin. Şəxs göstərdiyi hüquqi yardıma görə Bakı Şəhəri 11 saylı vəkil bürosunun vəkili X8 dövlət büdcəsinin vəsaiti hesabına 55 (əlli beş) manat pul vəsaiti ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(5-93)-1330/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-1330/2026
19.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver