Məhkəmə qərarları › İş №3(5-93)-1341/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(5-93)-1341/2026

12.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-93)-1341/2026 12.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, vəsatət vermiş şəxs X1 iştirakı ilə, X1 Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətinin bərpa edilməsinə dair vəsatətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 məhkəməyə vəsatətlə müraciət edərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsi ilə inzibati tənbeh olunmasına dair Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasında vəsatət vermiş şəxs X2 vəsatətin məzmununa uyğun çıxış edib, bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan məlumatsız olmuşdur. Belə ki, onun məhkəmə işləri ilə bağlı heç bir anlayışı olmadığından və hüquqi savadı olmadığı üçün ona Yasamal Rayon İcra Şöbəsindən mobil telefonuna sms gəldikdən sonra xəbər tutmuşdur. O, bundan sonra xx.xx.2026-cı il tarixdə İcra Şöbəsinə yaxınlaşaraq qərarı əldə etmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə, vəsatətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzrlü səbəbləri aşkar edilmədiyindən vəsatət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan X2 vəsatətində göstərmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar xx.xx.2026-cı il tarixdə əldə etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Göründüyü kimi, X2 Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı xx.xx.2026-cı il tarixdə alsa da həmin qərardan şikayəti məhkəməyə qanunla müəyyən edilmiş müddətdə, yəni 10 gün müddətində təqdim etməmiş, həmçinin məhkəmədə inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətinin buraxılmasının üzrlü səbəblərini əsaslandıra bilməmişdir. Bu isə belə qənaətə gəlməyə əsas verir ki, X2 tərəfindən verilmiş vəsatət əsassızdır və qərardan şikayət verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət onun tərəfindən üzrlü səbəbdən buraxılmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.3-ci maddəsinə buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Beləliklə, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, X1 Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətinin bərpa edilməsinə dair vəsatəti təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinin tələblərini rəhbər tutaraq, qərara aldı: X1 Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətinin bərpa edilməsinə dair vəsatəti təmin edilməsin. Qərardadın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar