Məhkəmə qərarları › İş №3(5-93)-1350/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-1350/2026

03.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-1350/2026 03.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X8 Xidməti 1 saylı Bakı Regional Bölməsinin nümayəndəsi X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, sahibkarlıq faəliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Vəzifəli şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 262.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə görə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X8 Xidməti 1 saylı Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X8 Xidməti 1 saylı Bakı Regional Bölməsi tərəfindən vəzifəli şəxs Şəxs barəsində İXM-nin 262.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, “xx.xx.2025-ci il tarixdə Şəxs tərəfindən Binəqədi rayonu, Əcəmi Naxçıvani 15g ünvanında yerləşən qeyri-yaşayış obyektində su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulması müəyyən edilmişdir.” Məhkəmə iclasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X8 Xidməti 1 saylı Bakı Regional Bölməsinin nümayəndəsi X7 bildirmişdir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-9475/2025 saylı, xx.xx.2026-cı il tarixli qərardadı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər əlavə araşdırma aparılması üçün onu tərtib etmiş orqana geri qaytarılmışdır. Bundan sonra tərəflərindən müvafiq araşdırılma aparılmaqla məhkəmə qərardadında göstərilən çatışmazlıqlar aradan qaldırılmışdır. Belə ki, Dövlət Vergi Xidmətinə müvafiq sorğu verilməklə həmin obyektdə Şəxs faəliyyət göstərməsi müəyyən edilmişdir. Həmçinin obyektə gedərək baxış keçirmişlər, Şəxs ikinci mərtəbədə fəaliyyət göstərən şəxsin orada olmadığını bildirmişdir. Obyektin mülkiyyətçisi isə Azərbaycan Respublikasında yaşamır, sonuncunun qardaşı tərəfindən həmin obyektə nəzarət olunur. Faktiki olaraq obyektdə iki subyektin fəaliyyət göstərməsi müəyyən edilmişdir. Belə ki, həmin obyektin birinci mərtəbəsi “Topaz”dır, ikinci mərtəbəsi isə çay evidir. Lakin ikinci mərtəbədə fəaliyyət göstərən şəxsin rəsmi olaraq işləməsi təsdiqini tapmır, ona görə də, protokolu rəsmi fəaliyyət göstərən şəxs barəsində tərtib etmişlər. Səlahiyyətli orqanın nümayəndəsi olaraq başa düşür ki, həmin qanunsuz qoşulmanın obyektə xüsusi üstünlüyü yoxdur. Çünki həmin subyekt tərəfindən aylıq mütəmadi olaraq ödənişlər edilmişdir. Həmin qonunsuz qoşulma olmasa idi, obyektin aylıq su ödənişi cəmi 1-2 manat artıq ola bilərdi. Məhkəmə iclasında dindirilmiş şahid X19 izahat verərək bildirmişdir ki, Binəqədi rayonu, Əcəmi Naxçıvani 15g ünvanında yerləşən qeyri-yaşayış obyektinin mülkiyyətçi onun qardaşı X10r. Lakin sonuncu Azərbaycan Respublikasında yaşamadığından qardaşı ona etibarnamə vermişdir. Həmin etibarnamə əsasında obyektin birinci mərtəbəsini Şəxs icarəyə vermişdir və həmin şəxs orada “Topaz” adlı obyekt işlədir. Obyektin ikinci mərtəbəsini isə X14 icarə vermişdir, həmin şəxs də ikinci mərtəbədə çay evi işlətmişdir. Etibanamə onun adından verilsə də, faktiki olaraq özü həmin obyektə rəhbərlik həyata keçirmir, obyekt üzərində nəzarəti digər qardaşı X15 həyata keçirir və o cümlədən texniki məsələlərlə o məşğul olur. İkinci mərtəbədə işləyən X20 təxminən 3 aydır obyektdən çıxmışdır. Məhkəmə iclasında dindirilmiş şahid X15 izahat verərək bildirmişdir ki, Binəqədi rayonu, Əcəmi Naxçıvani 15g ünvanında yerləşən qeyri-yaşayış obyektinə faktiki olaraq nəzarəti qardaşının əvəzinə o həyata keçirir. Həmin obyektin birinci mərtəbəsini X2 icarəyə vermişlər, sonuncu orada “Topaz” işlədir. İkinci mərtəbə isə X14 icarəyə verilmişdir, həmin şəxs isə 3 ay əvvələdək çayxana işlədirdi. Həmin obyektdə qanunsuz su qoşulması aşkar edilmişdir. Onlar icarəyə verən zaman həmin qoşulma olmamışdır. Bir müddət əvvəl həmin obyektdə işləyən X1 işçisi ona su ilə bağlı problemin olmasını demişdir. O da tanıdığı İbrahim adlı ustadan gedib baxmasını istəmiş və İbrahim orada təmir işləri görən zaman həmin xətti sayğacdan əvvəllə bağlamışdır. Həmin qoşulma aşkar olunan zaman dərhal aradan qaldırılmışdır. Hər ay ora su sayğacına baxmaq üçün nəzarətçi gəlir, həmçinin obyektdə sudan istifadə üçün aylıq 80-100 manat su ödənişi olunur. Belə olan halda, həmin bir xəttin qanunsuz qoşulması nə fayda verə bilərki? Şəkillərdən də göründüyü kimi xətlər divarın içərisindədir. Həmçinin sayğacın özünün də sanitar qovşağın içərisində quraşdırılması yəqin həmin ustanı çaşdırmışdır. Odur ki, nə mülkiyyətçi olaraq onların, nə də obyektdə fəaliyyət göstərən icarəçinin həmin qanunsuz qoşulmada təqsiri yoxdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, barəsində tərtib edilmiş ilk protokol məhkəmədə baxılıb geri qayıdandan sonra səlahiyyətli orqan yenə onun inzibati xətanı törətdiyi qənaətinə gəlib protokolu təkrar məhkəməyə göndərmişlər. Lakin faktiki olaraq onun həmin qanunsuz qoşulmadan xəbəri olmamışdır. X4 da izahatında bildirdiyi kimi həmin qoşulma sonuncunun ora usta kimi göndərdiyi İbrahim adlı şəxsin günahı olmuşdur. Odur ki, məhkəmədən barəsində aparılan inzibait xəta haqqında iş üzrə icrata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, 075 nömrəli Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X8 Xidməti 1 saylı Bakı Regional Bölməsinin sərəncamından görünür ki, Binəqədi rayonu ərazisində 5 gün müddətində monitorinq və nəzarət tədbirləri aparılması müvafiq əməkdaşlara tapşırılmışdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X8 Xidməti 1 saylı Bakı Regional Bölməsinin xx.xx.2025-ci il tarixli monitorinq aktından görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X8 Xidməti 1 saylı Bakı Regional Bölməsinin inzibati ərazisi üzrə su və su təsərrüfatı obyektlərindən istifadə və onların mühafizə qaydalarının yoxlanılması məqsədi ilə xx.xx.2025-ci il tarixli, 075 nömrəli sərəncamına əsasən Binəqədi rayonu ərazisində monitorinq-nəzarət tədbirləri həyata keçirilmişdir. Monitorinq zamanı ünvan 2 ünvanında yerləşən Şəxs tərəfindən fəaliyyət göstərən Topaz obyekti su sayğacından kənar d=15 mm xətt vasitəsilə su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla sudan qeyri-qanuni istifadə halı aşkar olunmuşdur. Aşkarlanan halın qanun pozuntusu olması izah olunmuşdur. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X8 Xidməti 1 saylı Bakı Regional Bölməsinin əməkdaşlarının iştirakı ilə tərtib edilmiş 22 dekabr 2025-ci il tarixli, 000357 nömrəli Aktdan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X8 Xidməti 1 saylı Bakı Regional Bölməsinin inzibati ərazi dairəsi üzrə su və su təsərrüfatı obyektlərindən istifadə və onların mühafizə qaydalarının, həmçinin Azərbaycan Respublikası su qanunvericiliyinin digər tələblərinin yoxlanılması ilə əlaqədar xx.xx.2025-ci il tarixli 075 nömrəli sərəncamına əsasən Binəqədi rayonu ərazisi üzrə monitorinq-nəzarət tədbirləri həyata keçirilmişdir. Monitorinq zamanı Binəqədi rayonu, Əcəmi Naxçıvani 15g ünvanında yerləşən Şəxs tərəfindən fəaliyyət göstərən qeyri-yaşayış obyekti (Topaz) su sayğacından kənar diametri 15 mmlik xətt vasitəsilə su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla sudan qeyri-qanuni istifadə halı aşkar olunmuşdur. Aşkar olunan Şəxs izah olunmuşdur. Vətəndaş öz növbəsində sənədlər təqdim etmiş, yazılı izahat verməkdən imtina etmişdir. Aşkarlanan qanun pozuntusu ilə əlaqədar inzibati araşdırma başlanılmış, lakin vətəndaş inzibati araşdırmada iştirak etməkdən imtina etmişdir. Nəticədə Şəxs Azərbaycan Respublikası Su Məcəlləsinin 40, 45, 103-cü maddələrini Azərbaycan Respublikası “Su təchizatı və tullantı suları haqqında” qanununun 24, 58, 67, 72-ci maddələrini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın müvafiq maddələrini pozmuşdur. Ərazidən çəkilmiş fotoşəkillər, videogörüntü və digər sənədlər akta əlavə olunmuşdur. “Azərbaycan Dövlət Su ehtiyyatları Agentliyi” İri Şəhərlərin Birləşmiş Su ttəchizatı Xidməti” PHŞ-nin 603627 nömrəli aktından görünür ki, istehkakçının Rabil Quliyev icarəyə götürənin Şəxs qeyd edildiyi Binəqədi rayonu, Əcəmi Naxçıvani 15g ünvanında yerləşən ünvanda faəliyyət göstərən “Topaz” obyektin abonent nömrəsi 104447 və müqavilə nömrəsi 41639726-dır. Həmin obyektdə yoxlama zamanı sayğacdankənar d=15 mmlik su xəttindən qeyri-qanuni istifadə etməsi aşkarlanmışdır. Binəqədi rayon Sukanal İdarəsinin fakturasından görünür ki, dəymiş maddi ziyan məbləği 2196 manat təşkil etmişdir. İş materiallarında olan diskə baxış zamanı müəyyən edilmişdir ki, Binəqədi rayonu, Əcəmi Naxçıvani 15g ünvanında yerləşən ünvanda faəliyyət göstərən “Topaz” adlı obyektdə su şəbəkəsinə qanunsuz qoşulma faktı aşkar edilmişdir. xx.xx.2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, X5 rayonu, Əcəmi Naxçıvani 15g ünvanında yerləşən 126.3 kv/m olan qeyri-yaşayış binasının 63.15 kv/m-ni-birinci mərtəbə Şəxs icarəyə verir. İcarə müqaviləsinin şərtlərinə görə kommunal xidmətlərdən istifadə edilməsinə görə haqqlar icarəçi tərəfindən ödənilir. Binəqədi rayonu, Əcəmi Naxçıvani 15g ünvanında yerləşən obyektdə fəaliyyət göstərən abonent haqqında məlumatdan görünür ki, həmin obyektdə 2025-ci ilin müvafiq olaraq yanvar ayında 80 manatlıq su sərfiyyatı olmuş və eyni məbləğdə ödəniş edilmiş, fevral ayında 60 manatlıq sərfiyyat olmuş və həmin məbləğdə ödəniş edilmiş, mart ayında 70 manat sərfiyyat olmuş və həmin məbləğdə ödəniş edilmiş, aprel ayında 80 manatlıq su sərfiyyatı olmuş və eyni məbləğdə ödəniş edilmiş, may ayında 80 manatlıq su sərfiyyatı olmuş və eyni məbləğdə ödəniş edilmiş, iyun ayında 70 manat sərfiyyat olmuş və həmin məbləğdə ödəniş edilmiş, iyul ayında 80 manatlıq su sərfiyyatı olmuş və eyni məbləğdə ödəniş edilmiş, avqust ayında 80 manatlıq su sərfiyyatı olmuş və eyni məbləğdə ödəniş edilmiş, sentyabr ayında 100 manatlıq su sərfiyyatı olmuş və eyni məbləğdə ödəniş edilmiş, oktyabr ayında 80 manatlıq su sərfiyyatı olmuş və eyni məbləğdə ödəniş edilmiş, noyabr ayında 80 manatlıq su sərfiyyatı olmuş və eyni məbləğdə ödəniş edilmiş, dekabr ayında isə 100 manatlıq ödəniş edilmişdir. xx.xx.2026-cı il tarixli aktdan görünür ki, inzibati xətanın aşkar olunduğu ünvan 4 ünvanına gedilmiş, müıkiyyətçi X18 barəsində tərtib olunan bildiriş sonuncuya çatdırılması məqsədilə, ona məxsus obyektdə icarə müqaviləsinə əsasən fəaliyyət göstərən Şəxs təhvil verilmişdir. Məktubu təhvil alan Şəxs obyekt sahibinin Rusiyada yaşadığını bildirərək sənədi təhvil almağına dair imza etməkdən imtina etmişdir. Eyni zamanda sənədi obyekt sahibinə göndərəcəyini, həmçinin ikinci mərtəbədə fəaliyyət göstərən X11 obyektdə olmadığını bildirmişdir. X11 ifarə müqaviləsinin son 1 il ərzində vergi qeydiyyatından keçirilərək müvafiq fəaliyyətinin təmin olunmasına dair sənədi 1 saylı Bakı regional bölməsinə təqdim etmələri barədə şifahi xəbərdarlıq olunmuşdur. Bakı şəhəri X17 və Uçotunun Təşkili Baş İdarəsinin xx.xx.2026-cı il tarixli, 3-21-2- 4/2-83727/2026 saylı məktubundan görünür ki, aparılmış araşdırma zamanı ünvan 5 ünvanında yerləşən “Topaz” adlı təsərrüfat obyektində fərdi sahibkar Şəxs fəaliyyət göstərdiyi, “X26” adlı iaşə obyektinin isə bağlı olduğu müəyyən edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-9475/2025 saylı, xx.xx.2026-cı il tarixli qərardadından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər əlavə araşdırma aparılması üçün onu tərtib etmiş orqana geri qaytarılmışdır. Məhkəmə inzibati xəta haqqında iş üzrə toplanmış materialları, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş aktları, foto və videomaterialları, faktura və abonent məlumatlarını, habelə məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, o cümlədən şahidlərin izahatlarını araşdırıb hesab edir ki, təqdim edilmiş sübutlar su təchizatı şəbəkəsinə sayğacdankənar d=15 mm diametrli xətt vasitəsilə qanunsuz qoşulma faktının mövcudluğunu təsdiq etsə də, həmin inzibati xətanın məhz Şəxs həmin inzibati xətaya aidiyyəti olmadığından onun barəsində İXM-in 262.2-ü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 262.3-cü maddəsinə əsasən Su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən Binəqədi rayonu, Əcəmi ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış obyektinin birinci mərtəbəsi Şəxs icarəyə verilmiş və sonuncu həmin sahədə “Topaz” adlı obyekt fəaliyyətini həyata keçirmişdir. Monitorinq tədbirləri zamanı obyektin sanitar qovşağında su təchizatı şəbəkəsinə sayğacdankənar xətt vasitəsilə qoşulma aşkar edilmiş və bu hal əsasında səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin məhkəmə araşdırması zamanı toplanmış sübutların məcmu halda qiymətləndirilməsi göstərir ki, həmin qoşulmanın bilavasitə Şəxs tərəfindən həyata keçirilməsi və ya onun göstərişi ilə baş verməsi sübuta yetirilmir. İş materiallarından və məhkəmə iclasında dindirilmiş şahidlərin izahatlarından müəyyən olunur ki, obyektin su təchizatında yaranmış texniki nasazlıq barədə məlumat verildikdən sonra obyektin mülkiyyətçisinin qardaşı və faktiki olaraq obyektə texniki nəzarəti həyata keçirən X15 tərəfindən nasazlığın aradan qaldırılması məqsədilə İbrahim adlı usta göndərilmiş, həmin usta tərəfindən aparılmış təmir işləri zamanı mübahisəli qoşulma sayğacdan əvvəl hissəyə birləşdirilmişdir. Bu hal göstərir ki, aşkar olunmuş qoşulma obyektin icarəçisi tərəfindən planlaşdırılmış və ya məqsədli şəkildə həyata keçirilmiş hərəkətin nəticəsi deyil, üçüncü şəxsin müdaxiləsi nəticəsində yaranmış texniki vəziyyətlə bağlı olmuşdur. Məhkəmə həmçinin nəzərə alır ki, iş materiallarında olan abonent məlumatlarına əsasən həmin obyekt tərəfindən 2025-ci il ərzində sudan istifadəyə görə müntəzəm olaraq ödənişlər həyata keçirilmiş və ümumilikdə 960 manat məbləğində kommunal ödəniş edilmişdir. Bu hal obyektin su təchizatından istifadə ilə bağlı normal abonent münasibətlərinin mövcud olduğunu və sudan istifadənin gizlədilməsi və ya ödənişdən yayınma məqsədinin mövcudluğunu təsdiqləmir. Digər tərəfdən, aşkar edilmiş xəttin yalnız sanitar qovşağa xidmət edən lokal su xətti olması nəzərə alınmaqla, həmin qoşulmanın obyekt üçün əhəmiyyətli maddi üstünlük və ya xərclərə real qənaət yaratması ehtimalı da inandırıcı görünmür. Beləliklə, göstərilən hallar məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin qoşulmadan xəbərsiz olması barədə bildirdiyi izahatlar iş materialları ilə ziddiyyət təşkil etmir və obyektiv hallarla uzlaşır. Bu isə onun sözügedən qanunsuz qoşulmanı qəsdən törətməsi və ya bundan hər hansı maddi maraq güdməsi barədə ehtimalı istisna edir. Məhkəmə hesab edir ki, inzibati məsuliyyətin tətbiqi üçün inzibati xətanın bütün elementlərinin – obyektinin, obyektiv tərəfinin, subyektinin və subyektiv tərəfinin – mövcudluğu sübuta yetirilməlidir. Bu elementlərdən hər hansı birinin olmaması inzibati xəta tərkibinin mövcud olmadığını göstərir və belə halda şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Xüsusilə qeyd olunmalıdır ki, inzibati xətanın subyektiv tərəfi, yəni şəxsin əmələ münasibəti, onun qəsd və ya ehtiyatsızlıq formasında təqsirinin müəyyən edilməsi inzibati məsuliyyətin tətbiqi üçün zəruri hüquqi şərtdir. Təqsir müəyyən edilmədən şəxsin inzibati məsuliyyətə cəlb olunması qanunsuzdur. Bu yanaşma Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası ilə də təmin edilir. Belə ki, həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilən şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, 8.3-cü maddəsinə əsasən isə şəxsin təqsirli olması barəsində aradan qaldırılmamış şübhələr onun xeyrinə həll edilməlidir. Bu prinsip inzibati icraat zamanı sübut etmə yükünün inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın üzərində olduğunu göstərir. Hazırkı iş üzrə məhkəməyə təqdim edilmiş sübutlar yalnız Binəqədi rayonu, Əcəmi ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış obyektində su təchizatı şəbəkəsinə sayğacdankənar xətt vasitəsilə qoşulma faktının mövcudluğunu təsdiq edir. Lakin həmin sübutlar bu qoşulmanın məhz Şəxs tərəfindən həyata keçirildiyini və ya onun bu hərəkətə münasibətdə qəsd və ya ehtiyatsızlıq formasında təqsirinin olduğunu sübuta yetirmir. Əksinə, məhkəmə iclasında tədqiq edilmiş sübutlar və şahid ifadələri göstərir ki, sözügedən qoşulma obyektə faktiki texniki nəzarəti həyata keçirən şəxs tərəfindən göndərilmiş ustanın müdaxiləsi nəticəsində yaranmışdır və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin qoşulmadan xəbərsiz olmuşdur. Bu hal isə onun həmin inzibati xətanın törədilməsində subyektiv iştirakının və təqsirinin olmadığını göstərir. Belə olan halda məhkəmə hesab edir ki, səlahiyyətli orqan tərəfindən təqdim edilmiş sübutlar inzibati xətanın yalnız obyektiv tərəfinin mövcudluğunu təsdiq etsə də, həmin xətanın məhz Şəxs tərəfindən törədildiyini və onun təqsirini sübuta yetirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən isə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında iş üzrə icraata həmin şəxsin inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı iş üzrə Şəxs inzibati xətaya aidiyyəti və təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətaya aidiyyəti olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar