Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-138/2026 12.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Şöbəsinin sahə rəisi, polis mayoru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə, xx.xx.1968-ci il tarixdə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Salyan rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi. 5-ci sıra küçəsində yerləşən fərdi yaşayış evində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Proses iştirakçılarının izahatı:
2. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Şöbəsinin sahə rəisi, polis mayoru X2 izahat verərək bildirmişdir ki, Zərərçəkmiş şəxs 10 yanvar 2026-cı il tarixdə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Şöbəsinə müraciət edərək həmin tarixdə müdiri olduğu Binəqədi rayonu ərazisində yerləşən “Bolmart” adlı supermarketdən 10 ədəd “Snickers” şokoladının oğurlandığını bildirmişdir. Oğurluq edən Şəxs qaçarkən mağaza nəzarətçisi tərəfindən saxlanılaraq şöbəyə gətirilmişdir. Həmin fakt əsasında araşdırma aparılmış və əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilərək Şəxs barəsində inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Daha sonra Şəxs izahatı alınmış və barəsində İXM-in 227-ci maddəsi ilə protokol tərtib edilmişdir.
3. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında Binəqədi rayonu ərazisində yerləşən marketdən oğurluq etdiyini, lakin nəzarətçi tərəfindən saxlanıldıqdan sonra oğurladığı şokoladları geri qaytardığını, zərərçəkmiş şəxslə barışdığını, törətdiyi inzibati xətadan peşman olduğunu qeyd edib, məhkəmədən barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında zərərçəkmiş şəxs Kərimov X3 rayonu ərazisində yerləşən "xxxx" MMC-yə məxsus “Bolmart” adlı supermarketin mağaza müdiri olduğunu, 10 yanvar 2026-cı il tarixdə marketdən oğurluq olduğunu, oğurluq edən şəxsin saxlanılaraq polisə təhvil verildiyini, oğurlanmış malların geri qaytarıldığını, ziyan ödənildiyindən Şəxs qarşı heç bir şikayət və tələblərinin olmadığını qeyd edib, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
5. xx.xx.2026-cı il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmiş və Şəxs əməlində İXM-in 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Şöbəsinə verilməsi qərara alınmışdır. Həmçinin həmin qərar üzrə vurulmuş maddi ziyanın məbləği 15 manat olaraq müəyyən edilmişdir.
6. xx.xx.2026-cı il tarixli, AZA 022305 inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 10 yanvar 2026-cı il tarixdə, saat 17:30-da inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmişdir.
7. xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 14 radələrində Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal 72 ünvanında yerləşən Bolmart supermarketindən snickers adlı şokoladı oğurlayaraq İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir.
8. İş üzrə Zərərçəkmiş şəxs xx.xx.2026-cı il tarixli ərizəsindən görünür ki, Şəxs tərəfindən vurulmuş ziyan ödənildiyindən ona qarşı heç bir şikayət və tələbləri yoxdur, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin gəldiyi nəticə və onun əsaslandırılması:
9. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində İXM-in 227ci maddəsinin tərkib əlamətləri olsa da, qanunvericiliyin tələblərinə əsasən Şəxs inzibati məsuliyyətdən azad edilməli və barəsində olan inzibati iş üzrə icraata xitam verilməlidir.
10. Belə ki, məhkəmə iclasında toplanmış sübutlardan müəyyən edilmişdir ki, Şəxs xırda talama yolu ilə xx.xx.2026-cı il tarixdə saat 14 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən “Borlmart” adlı supermarketdən ümumlikdə 15 manat dəyərində “Snickers” markalı şokoladları oğurlamışdır. Lakin inzibati xəta haqqında iş üzrə Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən müəyyən edilmişdir ki, Şəxs tərəfindən xırda talama yolu ilə vurulmuş maddi ziyan tamamilə ödənilmiş və tərəflər arasında barışıq əldə olunmuşdur.
11. İXM-in 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir.
12. Qanunvericiliyin tələblərindən göründüyü kimi, İXM-in 227-ci maddində tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Ona görə də, məhkəmə Şəxs xırda talama yolu ilə Zərərçəkmiş şəxs vurduğu maddi ziyanı tamamilə ödəməsini və aralarında barışıq olmasını nəzərə alıb, qanunvericiliyin tələblərini rəhbər tutmaqla inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir.
13. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.
14. İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır.
15. Beləliklə məhkəmə, qeyd olunanlara və qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs Şəxs barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.
16. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 39, 40, 43, 48-50, 114-115, 117, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs Şəxs barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Aytəkin İbrahimova