Məhkəmə qərarları › İş №3(5-93)-1433/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(5-93)-1433/2026

27.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-93)-1433/2026 27.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızı, X1 inzibati tənbeh edilməsinə dair barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayətə baxılmağa hazırlanması zamanı, müəyyən etdim: İşin faktiki halları:

1. Məhkəmənin icraatına X1 barəsində qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ 33635010 nömrəli, xx.xx.2026-cı il tarixli, EQ/33815863 nömrəli, xx.xx.2026-cı iltarixli, EQ/33842460 nömrəli, xx.xx.2026-cı il tarixli, EQ/33957173 nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan və xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli inzbati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət daxil olmuşdur.

2. Həmçinin, X2 məhkəməyə xx.xx.2026-cı il tarixdə təkrar ərizə ünvanlayaraq, barəsində qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ 33635010 nömrəli, xx.xx.2026-cı il tarixli, EQ/33815863 nömrəli, xx.xx.2026-cı iltarixli, EQ/33842460 nömrəli, xx.xx.2026-cı il tarixli, EQ/33957173 nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan və xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli inzbati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin mahiyyəti üzrə baxılmadan ona geri qaytarılmasını xahiş etmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi:

3. İnzibati xəta haqqında materialların baxılmağa hazırlanması zamanı şikayəti və təkarar müraciəti nəzərdən keçirərək hesab edirəm ki, X2 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır.

4. Belə ki, ilk növbədə qeyd edilməldir ki, X1 inzibati tənbeh edilməsinə dair barəsində qərarın qəbul edilib-edilməməsinin müəyyən edilməsi mümkün deyildir. Çünki şəxs bir neçə inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş olsa da, onlardan yalnız birini iş materiallarına əlavə etmiş, digər qərarlar isə varsa belə iş materiallarına əlavə olunmamışdır. Mübahisələndirilən məsələ ilə bağlı ilk növbədə qərarın şikayətə əlavə olunması zəruridir, çünki məhkəmədə baxılan işin predmeti məhz mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərardır. Qanunvericilik tərəfindən inzibati xəta haqqında iş üzrə yalnız inzibati tənbeh vermə haqqında qərardan şikayətin verilməsi müəyyən edilmişdir. Bundan sonra isə işə aidiyyəti üzrə baxılması üçün inzibati xətanın törədilmə yerinin, vaxtının müəyyən edilməsi və inzibati tənbehin hansı əsaslara görə verilməsi öyrənilməlidir.

5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər.

6. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər.

7. Həmin Məcəllənin 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər.

8. Odur ki, qeyd olunanlara və şikayət vermiş şəxsin müraciətinə baxılmadan ona geri qaytarılmasına dair təkrar ərizəsinə əsasən hesab edirəm ki, X1 inzibati tənbeh edilməsinə dair barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayət geri qaytarılmalıdır.

8. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X4 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir.

9. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 130-137-ci maddələrini rəhbər tutaraq,

qərara aldım:

X1 inzibati tənbeh edilməsinə dair barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar