Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-1493/2026 12.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, Bakı şəhər Binəqədi rayon prokurorluğunun böyük müstəntiqi, kiçik ədliyyə müşaviri X2 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 215.5-ci maddəsi ilə Bakı şəhəri Binəqədi Rayon Prokurorluğu tərəfindən başlanmış inzibati xəta haqqında iş üzrə icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi Rayon Prokurorluğu tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.5-ci maddəsi ilə xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qəbul edilmiş qərar əsasında toplanmış material daxil olmuşdur. Proses iştirakçılarının izahatı:
2. İnzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxsə məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxs məhkəməyə gəlməmiş və məhkəməyə işə baxılmanın təxirə salınması haqqında vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxsin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir.
3. Məhkəmə iclasında Bakı şəhər Binəqədi rayon prokurorluğunun böyük müstəntiqi, kiçik ədliyyə müşaviri X3 izahatında bildirmişdir ki, həkim otorinolarinqoloq Şəxs xx.xx.2025-ci il tarixdə “X8”ndə laqeyd münasibət göstərərək X4 üzərində “Rinoseptoplastika” cərrahiyyə əməliyyatını öz peşə vəzifəsini lazımi qaydada yerinə yetirməyərək texniki qüsurla icra etməsi nəticəsində ehtiyatsızlıqdan Elnayə Quliyevanın sağlamlığına yüngül zərər vurmaqla İXM-in 215.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törtəmişdir. Qeyd olunanlar Şəxs və X4 izahatları, komisyon məhkəmə-tibb ekspertizasının 1210/KEŞ nömrəli rəyi ilə təsdiq olunur. İş üzrə müvafiq ekspertiza rəyi alınmış və rəy ilə Elnayə Quliyevaya “Vimay-Med” tibb mərkəzində aparılmış “Rinoseptoplastika” cərrahiyyə əməliyyatının qüsurlu icrası ilə əlaqədar sağ tərəfdən burun tənəffüsü nisbətən pozulması nəticəsində sağlığa yüngül dərəcəli zərərvurulması halının olması müəyyən edilmişdir. Şəxs əməlində cinayət tərkibinin olmaması müəyyən edilərək barəsində inzibati xəta haqqında iş üzrə icraatın aparılması haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
4. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X10 Komisyon məhkəmə-tibb ekspertizasının xx.xx.2026-cı il tarixli, 1210/KEŞ nömrəli rəyindən görünür ki, X7ma “Vimay-Med” tibb mərkəzində təyin edilmiş “Burun xarici və daxili deformasiyası” diaqnozu aparılmış müvafiq müayinələrə əsasən düzgün olmuşdur. Elnayə Quliyevaya təyin edilmiş diaqnoz uyğun olaraq onıın üzərində “Rinoseptoplastika” cərrahiyyə əməliyyatın aparılmasına tibbi göstəriş olmuşdur. Əməliyyat texniki cəhətdən qüsurlu icra edilmişdir. Belə ki, mütəxəssis müayinəsi zamanı onun sağ tərəfdən burun tənəffüsünün nisbətən pozulması və xarici burunun qığırdaq nahiyəsində (burun ucunda) sağa meyilliyin olduğu müəyyən edilmişdir. Elnayə Quliyevaya “Vimay-Med” tibb mərkəzində aparılmış “Rinoseptoplastika” cərrahiyyə əməliyyatının qüsurlu icrası ilə əlaqədar səhiyyə sistemində qüvvədə olan, Səhiyyə Nazirliyinin xx.xx.2012-ci il tarixli 70 saylı əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə Təlimatları”nın 24.1-ci bəndinin (“ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməməsinə”) tələbləri pozulmuşdur. Buna məsul şəxs əməliyyatı icra edən həkim-otolorinqoloqdur. Elnayə Quliyevaya “Vimay-Med” tibb mərkəzində aparılmış “Rinoseptoplastika” cərrahiyyə əməliyyatının qüsurlu icrası ilə əlaqədar sağ tərəfdən burun tənəffüsü nisbətən pozulmuşdur ki, bu da sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurma kimi qiymətləndirilir.
5. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2026-cı il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi:
6. Məhkəmə, iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs tərəfindən İXM-in 215.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol, ona əlavə edilmiş digər sübutlarla, eləcə də məhkəmə iclasında tərəflərin verdikləri ifadələr və məhkəmə tərəfindən toplanmış sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin Məcəllənin 215.5-ci maddəsi ilə tövsif edilmişdir.
7. Belə ki, məhkəmə iclasında toplanmış sübutlardan müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə həkim otorinolarinqoloq Şəxs “X8”ndə laqeyd münasibət göstərərək X4 üzərində “Rinoseptoplastika” cərrahiyyə əməliyyatını öz peşə vəzifəsini lazımi qaydada yerinə yetirməyərək texniki qüsurla icra etməsi nəticəsində ehtiyatsızlıqdan Elnayə Quliyevanın sağlamlığına yüngül zərər vurmuşdur. Toplanmış iş materialları ilə Şəxs xx.xx.2025-ci il tarixdə “X8”ndə X4 üzərində “Rinoseptoplastika” cərrahiyyə əməliyyatını icra etməsi və əməliyyatın uğursuz nəticələnməsi, eləcə də Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X10 Komisyon məhkəmə-tibb ekspertizasının xx.xx.2026-cı il tarixli, 1210/KEŞ nömrəli rəyi ilə Şəxs X1 yüngül zərər vurması tam şəkildə sübuta yetirilmişdir.
8. Göründüyü kimi, Şəxs əməlində İXM-in 215.5-ci maddəsinə nəzərəd tutulmuş inzibati xəta tərkibinin olması məhkəmə tibbi ekspertizasının xx.xx.2026-cı il tarixli 89 saylı rəyi, əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının 11 mart 2025-ci il tarixli 10/1477 saylı rəyi ilə yanaşı araşdırma zamanı tolpanmış digər sübutlarla tam sübuta yetirilmişdir.
9. İXM-in 215.5-ci maddəsinə əsasən tibb işçisinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz peşə vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan şəxsin sağlamlığına yüngül zərər vurulmasına səbəb olduqda fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi min manatdan doqquz min manatadək məbləğdə cərimə edilir.
10. Qanunvericiliyin tələblərinə müvafiq olaraq qeyd edilməlidir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.
11. Qeyd olunanlara əsasən məhkəmə, Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu məhz Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir.
12. Qeyd edilməlidir ki, Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir.
13. Məhkəmə, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs himayəsində azyaşlı övladının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə həmçinin, Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir.
14. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur.
15. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.
16. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik törətmiş) şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir.
17. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır.
18. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.
19. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir.
20. İXM-in 31.3-cü maddəsinə əsasən, vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində vəzifəli şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, vəzifəli şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.
21. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.
22. İXM-in 99.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanması əsaslarından biri də inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərarın qəbul edilməsidir.
23. İXM-in 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair 3 may 2019-cu il tarixli Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarınd gösətirlir ki, inzibati xəta haqqında iş üzrə icraatın yekununda məhkəmə tərəfindən şəxsin hüquq və azadlıqlarını məhdudlaşdıra biləcək qərar qəbul oluna bilər. Həmin qərarda hakim tərəfindən şəxsin hansı inzibati xəta törətməsi müəyyən edilməli, müvafiq inzibati tənbeh tədbiri (inzibati cəza) seçilərək, bunun hüquqi nəticələri öz əksini tapmalıdır.
24. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, vəzifəli şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 215.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir.
25. Göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Aytəkin İbrahimova