Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-1499/2026 11.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri Şəxs barəsində Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (nümayəndəsi) və inzibati xəta haqqında protokol tərtib etmiş icra məmuru məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2032/2025 nömrəli icra vərəqəsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə borclu "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 06 mart 2024-cü il tarixli avadanlığın icarəyə verilməsi haqqında müqavilə üzrə 27671 manat əsas borc, 1400 manat dəbbə pulu olmaqla 29071 manat məbləğində pul borclu "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 94 manat, hüquqi yardım xərcinin 320 manat məbləğində pul cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin barəsində olan icra işi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4393/2025 nömrəli icra vərəqəsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli yanacağın pərakəndə satışı müqaviləsi üzrə 49982,61 manat məbləğində pul cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən tutularaq iddiaçı “Azpetrol LTD" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməldir. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 240 manat məbləğində pul cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. xx.xx.2026-cı il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin barəsində olan icra işi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5513/2025 nömrəli icra vərəqəsindən görünür ki, "xxxx" QSC-dən xx.xx.2024-cü il tarixli 4DM1/24 №li xidmət müqaviləsi üzrə ödənilməmiş 34408.80 manat əsas, 1720 manat dəbbə pulu olmaqla, ümumilikdə 36128,8 manat pul, hüquqi xidmətlə bağlı vəkilə ödənilmiş 500 manat xidmət haqqı və 144,47 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. 225,97 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin barəsində olan icra işi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 5385/2025 nömrəli icra vərəqəsindən görünür ki, "xxxx" QSC-dən 2844 (iki min səkkiz yüz qırx dörd) manat 74 (yetmiş dörd) qəpik pul vəsaiti və ödənilmiş 48 (qırx səkkiz) manat, 45 (qırx beş) qəpik dövlət rüsumunun əvəzi tutularaq iddiaçı S.Ə. Dadaşov adına Elmi-Tədqiqat və Layihə Konstruktor İnşaat Materialları İnstitutunun xeyrinə ödənilməlidir. xx.xx.2026-cı il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin barəsində olan icra işi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)- 1101/2025 nömrəli icra vərəqəsindən görünür ki, cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən əmək haqqının gecikdirilməsinə görə 11.286 (on bir min iki yüz səksən altı) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X1 xeyrinə ödənilməlidir. İddiaçının ödəməkdən azad olduğu dövlət rüsumunun əvəzi qismində 123,86 manat məbləğində pul vəsaiti "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. xx.xx.2026-cı il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin barəsində olan icra işi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 7259/2025 nömrəli icra vərəqəsindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən ƏDV daxil 102008 (bir yüz iki min səkkiz) manat 64 (altmış dörd) qəpik məbləğində borcun, ödənilmiş 392 (üç yüz doxsan iki) manat 01 (bir) qəpik dövlət rüsumunun, 500 (beş yüz) manat hüquqi yardım xərcinin əvəzi tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. xx.xx.2026-cı il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin barəsində olan icra işi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 7460/2025-030 nömrəli icra vərəqəsindən görünür ki, "xxxx" QSC-dən 18933,94 manat əsas borc, borcun ödənişinin gecikdirilməsinə görə illik 5% ilə hesablanan 576,3 manat faiz borcu olmaqla 19510,24 manat borc məbləği, vəkil xərcinin əvəzi olaraq 1000 manat və dövlət rüsumunun əvəzi olaraq 150 manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. xx.xx.2026-cı il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin barəsində olan icra işi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. xx.xx.2026-cı il tarixli qərardan görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-2032/2025 nömrəli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5513/2025 nömrəli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5385/2025 nömrəli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1101/2025 nömrəli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-7259/2025 nömrəli, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-7460/2025 nömrəli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4393/2025 nömrəli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri Şəxs Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-2032/2025 nömrəli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5513/2025 nömrəli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5385/2025 nömrəli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1101/2025 nömrəli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-7259/2025 nömrəli, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-7460/2025 nömrəli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4393/2025 nömrəli icra sənədləri üzrə borcunu ödəməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Nəticədə Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, nzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati protokol əsaslı olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri Şəxs , Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2032/2025 nömrəli, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-5513/2025 nömrəli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5385/2025 nömrəli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1101/2025 nömrəli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-7259/2025 nömrəli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-7460/2025 nömrəli, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-4393/2025 nömrəli icra sənədləri üzrə müəyyən edilmiş borcunu ödəməyərək sözügedən icra sənədini icra etməmiş və borcun ödənilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsində izahat verərkən şirkətə mədaxil olmadığına və vergi borcları olduğuna görə ödəniş olunmadığını bildirmişdir. Lakin məhkəmə qeyd olunan halı icra sənədinin üzrsüz icra edilməməsi kimi qiymətləndirir və bu səbəblə də, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə, Şəxs əməlində İXM-in 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq hesab edir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona vəzifəli şəxs qismində inzibati tənbeh olaraq həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, vəzifəli şəxs qismində 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(5-93)-1499/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-1499/2026
11.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver