Məhkəmə qərarları › İş №3(5-93)-1578/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(5-93)-1578/2026

12.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-93)-1578/2026 12.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlu, X8 Novruz oğlunun katibliyi, Şikayət verən X2, Qərarından şikayət verilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X3 iştirakı ilə, X4 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarından şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarı əsasında X5 Azərbaycan Respublikası İXM-in 192.3-cü maddəsilə 1000 manat cərimə edilmişdir. X1 qərardan şikayət vermiş, həmin şikayət müddət ötürülməklə verildiyindən şikayətə müddətin bərpası barədə vəsatət əlavə etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, xx.xx.2026-cı il tarixdə poçtdan ona zəng edib bildirmişlər ki, ona məktub gəlmişdir. O, Poçta getmiş, məktubu almış, həmin məktubun içərisində - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin xx.xx.2026-cı il tarixli məktubu və MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli Elektron Qərarının olmasını aşkar etmişdir. Həmin qərarla tanış olanda ona məlum olmuşdur ki, X7 Xidməti onun xəbəri olmadan barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsi ilə inzibati icraat aparmış, sonda “İnzibati tənbeh vermə haqqında” MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli Elektron Qərarla onu 1000 (bir min) məbləğində inzibati cərimə etmişdir. O, X7 Xidmətinin xx.xx.2025-ci il tarixli Elektron Qərarı ilə qəti şəkildə razı deyil, ona görə də həmin qərardan məhkəməyə şikayət vermək qərarına gəlmişdir. Yuxarıda qeyd etdiyi kimi, xx.xx.2025-ci il tarixli Elektron Qərar ona xx.xx.2026-cı il tarixdə poçt vasitəsilə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən vəzifəli şəxs kimi barəsində İXM-in 192.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında icraat üzrə 1000 manat məbləğində cərimələnməyi barədə qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli Qərarın ona xx.xx.2026-cı il tarixdə Poçt vasitəsilə çatdırılmasının nəzərə alınması və X7 Xidmətinin günahı ucbatından qərardan şikayət vermək üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilib bərpa edilməsi və şikayətinə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən X5 vəsatəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X6 vəsatəti əsassız hesab edərək, müddətin bərpası barədə vəsatətin təmin edilməməsini xahiş etmişdir. Belə ki, mübahisəli qərar X2 elektron kabinetinə yerləşdirilmiş və bununla da qərar rəsmi olaraq çatdırılmış hesab edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən təqdim edilmiş çıxarışdan görünür ki, MN ******* nömrəli qərarı X2 elektron kabinetinə yerləşdirilmişdir. “İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmə hesab edir ki, şikayətçinin buraxılmış müddətin bərpası barədə vəsatəti təmin edilə bilməz. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsinə əsasən elektron üsulla göndərilmiş inzibati akt göndərildiyi gündən üç gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Digər tərəfdən, İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən müddətin bərpası yalnız üzrlü səbəbdən buraxılma hallarında mümkündür. Üzrlü səbəb dedikdə, şəxsin iradəsindən asılı olmayan, obyektiv xarakter daşıyan və şikayətin vaxtında verilməsini faktiki olaraq qeyri-mümkün edən hallar başa düşülməlidir. Lakin şikayətçi vəsatətində müddəti hər hansı obyektiv maneə səbəbindən deyil, ümumiyyətlə qərardan məlumatı olmadığını bildirməklə əsaslandırmışdır. Halbuki iş materialları onun bu mövqeyini təkzib edir və qərarın qanunla müəyyən edilmiş qaydada çatdırıldığını sübut edir. Belə olan halda, şikayətçinin müddəti üzrlü səbəbdən buraxdığı təsdiq olunmur. Əksinə, qərar rəsmi qaydada verilmiş və şikayət müddətinin axımı qanuni əsaslarla başlamışdır. Müddətin bərpası institutu isə şəxsin subyektiv etinasızlığını və ya informasiya sistemində qeydə alınmış çatdırılma faktını inkar etməsini kompensasiya etmək vasitəsi kimi tətbiq edilə bilməz. Qeyd olunanlara əsasən, məhkəmə şikayətin verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətin təmin edilməsindən imtina edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarından şikayət verilməsi üçün müddətin bərpasından imtina edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar