Məhkəmə qərarları › İş №3(5-93)-1585/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-1585/2026

16.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-1585/2026 16.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, X1 inzibati tənbeh edilməsinə dair Аzərbаycаn Respublikаsı Dаxili İşlər Nаzirliyinin Bаş Dövlət Yоl Pоlisi İdаrəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ 31236187 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. X2 məhkəməyə müraciət edərək, inzibati tənbeh edilməsinə dair Аzərbаycаn Respublikаsı Dаxili İşlər Nаzirliyinin Bаş Dövlət Yоl Pоlisi İdаrəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ 31236187 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatı:

2. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilən orqana məlumat verilsə də, nümayəndə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayətə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

3. Məhkəmə iclasında X2 şikayətini onunla əsaslandırmışdır ki, barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardan məhkəməyə şikayət vermiş və məhkəmə tərəfindən həmin qərar ləğv edilərək yenidən araşdırılması qərara alınmışdır. Lakin məhkəmənin həmin qərarında göstərilən hallar araşdırılmadan barəsində yenidən xx.xx.2026-cı il tarixli qərar qəbul edilmişdir. Həmin qərar isə qəbul edilərkən ona heç bir məlumat verilməmiş, onun iştirakı təmin edilməmişdir. Ona sms bildiriş gəldikdən sonra bilmişdir ki, barəsində yeni tarixlə köhnə qərar qüvvədə saxlanılmışdır. Məhkəməyə şikayət etmiş, bu dəfə də həmin qərar şikayətə əlavə edilmədiyindən məhkəmə qərardadla onu geri qaytarmışdır. Məcbur olmuş, qərarı əldə etmək üçün səlahiyyətli orqana getmiş və ancaq bu zaman qərarı əlbəəl almşdır. Birinci məhkəmə çəkişməsi zamanı da bildirmişdir ki, onun maşını olduğu yerdə anidən texniki nasazlıq səbəbindən dayanmış, maşını dərhal söndürüb yandırmış və maşın hərəkətə gəlmişdir. Bu dedikləri isə qısa zaman kəsiyində baş vermişdir. Səlahiyyətli orqana cərimə tətbiq edilərkən də şikayət vermiş, izah vermiş, bun baxmayaraq cərimə qüvvəsində saxlanılmışdır. O da məhkəməyə müraciət etmiş, məhkəmə onun şikayətini təmin edərək araşdırma üçün səlahiyyətli orqana göndərmişdir. Buna baxmayaraq inzibati orqan araşdrıma aparmamış, qərarı əsassız olaraq qüvvədə saxlamışdır. Odur ki, məhkəmədən qeyd edilənləri nəzərə alaraq barəsində tətbiq edilmiş tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

4. Аzərbаycаn Respublikаsı Dаxili İşlər Nаzirliyinin Bаş Dövlət Yоl Pоlisi İdаrəsi tərəfindən tərtib edilmiş 11 oktyabr 2025-ci il tarixli, EQ 31236187 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X2 xx.xx.2025-ci il tarixdə saat 14:16-da Bakı şəhəri, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsində “Hyundai Tucson” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərə tutulmuş inzibati xətanı törətmişdir.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)- 7655/2025 nömrəli qərarından görünür ki, X1 şikayəti qismən təmin edilərək, Аzərbаycаn Respublikаsı Dаxili İşlər Nаzirliyinin Bаş Dövlət Yоl Pоlisi İdаrəsi tərəfindən qəbul edilmiş 11 oktyabr 2025-ci il tarixli, EQ 31236187 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərar ləğv edilmiş, inzibati xəta hadisəsi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən foto və video görüntülərə baxış keçirilməklə, dayanma-durma səbəbi müəyyənləşdirilməklə yenidən araşdırılması nəticəsinə gəlinmişdir.

6. Аzərbаycаn Respublikаsı Dаxili İşlər Nаzirliyinin Bаş Dövlət Yоl Pоlisi İdаrəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ 31236187 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 barəsində Аzərbаycаn Respublikаsı Dаxili İşlər Nаzirliyinin Bаş Dövlət Yоl Pоlisi İdаrəsi tərəfindən tərtib edilmiş 11 oktyabr 2025-ci il tarixli, EQ 31236187 nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə təqsirli bilinib, 80 (səksən) manat məbləğində cərimə edilmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi:

7. Məhkəmə, şikayət vermiş şəxsi dinləyib, şikayəti və iş materiallarını əhatəli şəkildə araşdıraraq hesab edir ki, X2 barəsində Аzərbаycаn Respublikаsı Dаxili İşlər Nаzirliyinin Bаş Dövlət Yоl Pоlisi İdаrəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ 31236187 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.

8. Belə ki, məhkəmə iclasında toplanmış sübutlardan müəyyən edimişdir ki, X2 barəsində Аzərbаycаn Respublikаsı Dаxili İşlər Nаzirliyinin Bаş Dövlət Yоl Pоlisi İdаrəsi tərəfindən qəbul edilmiş 11 oktyabr 2025-ci il tarixli, EQ 31236187 nömrəli inzibati tənbeh vermə haqqında qərar sonuncu tərəfindən verilmiş şikayət əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)-7655/2025 nömrəli qərarı ilə ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün Аzərbаycаn Respublikаsı Dаxili İşlər Nаzirliyinin Bаş Dövlət Yоl Pоlisi İdаrəsinə göndərilməsi qərara alınmış, lakin buna baxmayaraq, iş üzrə heç bir yeni araşdırma aparılmadan şəxsin hüquqlarının pozulması ilə müşayiət edilən qərar qəbul edilmişdir. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)-7655/2025 nömrəli qərarında səlahiyyətli orqan tərəfindən işə yenidən baxılarkən inzibati xəta haqqında işə foto və video görüntülərə baxış keçirilməklə, dayanma-durma səbəbi müəyyənləşdirilməklə, eyni zamanda X1 iştirakı təmin olunmaqla yenidən baxılması barədə səlahiyyətli orqana göstəriş verilsə də, səlahiyyətli orqan tərəfindən məhkəmə qərarı ilə müəyyən edilmiş göstəriş icra olunmamışdır. Bundan başqa məhkəmə həmin qərarı qəbul edərkən onu da bildirmişdir ki, səlahiyyətlə orqana prosesdə iştirak edərək inzibati məsuliyyətə cəlb edilən şəxsin təqsirliliyini sübuta yetirən müvafiq sənəd və sübutlarını təqdim etməsini bildirmiş, lakin səlahiyyətli orqan iclasa gəlməmişdir. Habelə inzibati xəta haqqında iş üzrə yenidən araşdırma aparılan zaman şəxsin iştirakı təmin edilməmiş, müvafiq sübutları olduğu halda təqdim etməsi üçün şəxsə şərait yaradılmamışdır.

9. Məhkəmə bildirir ki, İXM-in 60-cı maddəsinə müvafiq olaraq hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. İşdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir.

10. Qeyd edilməlidir ki, iş üzrə toplanmış zəruri sübutların təqdim edilməsinə dair məhkəmə tərəfindən verilmiş sorğuya Аzərbаycаn Respublikаsı Dаxili İşlər Nаzirliyinin Bаş Dövlət Yоl Pоlisi İdаrəsi tərəfindən heç bir cavab verilməmiş, üstəlik qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakı yenidən təmin edilməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.

11. Təsvir olunanlar belə bir haqlı nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir.

12. Qanunvericiliyin tələblərinə müvafiq olaraq qeyd edilməlidir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.

13. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

14. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.

15. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.

16. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir.

17. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.

18. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir.

19. Beləliklə məhkəmə hesab edir ki, X2 tərəfindən verilmiş şikayət təmin edilməli, Аzərbаycаn Respublikаsı Dаxili İşlər Nаzirliyinin Bаş Dövlət Yоl Pоlisi İdаrəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ 31236187 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.

20. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

X2 tərəfindən verilmiş şikayət təmin edilsin. X2 barəsində Аzərbаycаn Respublikаsı Dаxili İşlər Nаzirliyinin Bаş Dövlət Yоl Pоlisi İdаrəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ 31236187 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar