Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-1588/2026 03.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X3 Novruz oğlunun katibliyi, Binəqədi rayon Polis İdarəsinin 43-cü PŞ-nin polis sahə inspektoru polis baş leytenantı X1, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2026-cı il tarixdə Binəqədi qəsəbəsi, 3-cü mədən, 104-cü korpusda Zərərçəkmiş şəxs avtomobilindən 280 manat pul vəsaiti oğurlamışdır. Qeyd olunanlara əsasən Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 43-cü PŞnin polis sahə inspektoru polis baş leytenantı X2 tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi rayon Polis İdarəsinin 43-cü PŞ-nin polis sahə inspektoru polis baş leytenantı X2 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə Binəqədi qəsəbəsi, 3-cü mədən, 104-cü korpusda Zərərçəkmiş şəxs avtomobilindən 280 manat pul vəsaiti oğurlamışdır. Fakta görə xx.xx.2026-cı il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs işə məhkəmədə baxıldığı dövrdə vurduğu zərəri ödəmiş, zərər çəkmiş şəxslə barışıq əldə etmişdir. Zərər çəkmiş şəxsin ondan şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə Binəqədi qəsəbəsi, 3-cü mədən, 104-cü korpusda onun avtomobilindən 280 manat məbəğində pul vəsaiti oğurlamışdır. Hazırda vurduğu ziyanı ödəmişdir. Ona görə də zərərçəkmiş şəxs kimi ondan şikayəti və tələbi yoxdur. Məhkəmədə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs özünü təqsirli hesab edərək bildirmişdir ki, o, xx.xx.2026-cı il tarixdə Binəqədi qəsəbəsi, 3cü mədən, 104-cü korpusda Zərərçəkmiş şəxs avtomobilindən 280 manat məbləğində pul vəsaiti oğurlamışdır. Hazırda vurduğu zərəri ödəmişdir. Zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, özünün izahatını, habelə digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 227-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, lakin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilmişdir. Belə ki, Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Şəxs heç bir şikayət və tələbi yoxdur. Onlar barışmışlar. Azərbaycan Respublikası İXM-in 39.2-ci maddəsinə əsasən bu məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə görə aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir:.... 53.1.10. bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən – bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Təsvir olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli, vurulmuş ziyanı tamamilə ödəyib zərər çəkmiş şəxslə barışdığından Şəxs İXM-in 227-ci maddəsi ilə inzibati təhbeh təyin edilməməli, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış icaata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən vurulmuş ziyanı tamamilə ödəyərək zərərçəkmiş şəxslə barışdığından ona İXM-in 227-ci maddəsi ilə inzibati təhbeh təyin edilməsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış icaata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(5-93)-1588/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-1588/2026
03.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver