Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-1590/2026 03.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis şöbəsinin sahə rəisi, polis mayoru X5, zərərçəkmiş X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis şöbəsinin sahə rəisi, polis mayoru X7 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış materiallar daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis şöbəsinin sahə rəisi, polis mayoru X7 izahat verərək bildirmişdir ki, zərərçəkmiş X6 oğlunu işə düzəltmək üçün Şəxs 500 manat pul vermiş, lakin sonuncu məbləği geri qaytarmayaraq 500 manatı pul vəsaitini ələ keçirmişdir. Bununla bağlı X6 DİN 102 Xidmətinə müraciət etmiş, sonuncunun müraciəti əsasında təhqiqat araşdırılması aparılmış, vurulmuş ziyan 500 manatdan artıq olmadığı üçün cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, lakin X5 əməlində İXM-nin 227-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmişdir. Törədilmiş inzibati xəta ilə bağlı tədbirlər görülməsi üçün həmin qərar müvafiq raportla göndərilmiş və həmin raport onun icraatına verilmişdir. İş icraatına daxil olduqdan sonra xx.xx.2026-cı il tarixdə Şəxs şöbəyə dəvət etmiş, sonuncunun izahatını almış və onun istinad edilən əməli törətməsi təsdiq edildiyindən barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs vurulmuş ziyanın ödənilməsi üçün təhqiqat dövründə şərait yaradılmış, həmçinin maddi vəziyyəti nəzərə alınaraq hissə-hissə ödəniş etməsi təklif olunmuş, lakin sonuncu vurulmuş ziyanı ödəməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, vurulmuş ziyanı ödəmək istəsə də, hazırda heç bir yerdə işləmədiyindən, səhhətində problemlər olduğundan və maddi vəziyyətdə yaxşı olmadığından ziyanı ödəmək iqtidarında deyildir. O, zərərçəkmiş X1 oğlunu Ədliyyə Nazirliyində “mayor” rütbəsiylə işə düzəltmək üçün 500 manat almış, həmin 500 manat vəsaiti ehtiyatda olan mayor rütbəli və Məmmədov soyadlı şəxsə verəcəkdi, həmin şəxs isə X3 oğlunu hərbi hospitalda müayinədən keçirdəcəkdi, lakin nəzərdə tutulan iş baş tutmamış, işin baş tutmamasının səbəb həmin şəxsin verilmiş məbləğin kifayət qədər olmadığını bildirməsi olmuşdur. Hazırda işsizdir, işləmək üçün bir neçə şirkətlərə getsə də, sağlamlıq vəziyyətə görə işə götürülməmişdir. “Vətən Müharibəsi”ndə Laçın, Şuşa, Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Bundan əlavə özüylə yanaşı, anasının da sağlamlıq vəziyəti yaxşı deyildir. Özü yaxında əməliyyat olunmalıdır. Cari ayın sonunadək aldığı pulu ödəyəcəkdir. Məhkəmədən qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs X6 izahat verərək bildirmişdir ki, 4 ay əvvəl onun oğlu mühafizə işləyən zaman ona Samir adlı tanışının olmasını bildirmiş, bundan sonra Şəxs tanımış və sonuncu 1500 manat qarşılığında övladını zabit kimi işə düzəldəcəyini vəd etmiş, o da maddi imkanın yaxşı olmadığını, yalnız 500 manat verə biləcəyini demişdir. Şəxs 500 manatla razılaşdıqdan sonra sırğasını satıb həmin pulu Binəqədi qəsəbəsi, Mərkəz adlanan yerdə Şəxs vermişdir. Sonuncu 4 ay ərzində onun övladına işə düzələcəyi ilə bağlı yalan vədlər versə də, heç bir nəticəsi olmamışdır, nəticədə tərəfindən 102 Xidmətinə şikayət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə X2 oğlunu işə düzəldəcəyi vədi ilə 500 manat pul vəsaiti almışdır. xx.xx.2026-cı il tarixli, AZA 030294 nömrəli “İnzibati qayda tutma haqqında” protokoldan görünür ki, X8 xx.xx.2026-cı il tarixdə saat 10:30-da inzibati qaydada tutulmuşdur. xx.xx.2026-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X4 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs əməlində İXM-nin 227-ci maddəsinin tərkib əlamətlərinin mövcud olduğu qeyd edilmişdir. Beləliklə, məhkəmə tərəflərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokol və həmin protokol əlavə edilmiş sənədləri araşdıraraq belə nəticə gəlir ki, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, Şəxs İXMin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun etirafı və iş materialları ilə məhkəmə araşdırması zamanı tam təsdiq edilərək sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 28.1-ci maddəsinə əsasən ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. İXM-in 28.2-ci maddəsinə əsasən ictimai işlər yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi əməli etiraf edərək səmimi ifadə verməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, vurulmuş ziyanın ödənilməməsini və inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək ona ictimai işlər növündə tənbeh tədbiri təyin edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 180 (yüz səksən) saat müddətində ictimai işlər tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası aidiyyəti üzrə probasiya qurumuna həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(5-93)-1590/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-1590/2026
03.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver