Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-93)-1769/2026 10.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlu, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin xx.xx.2026-cı il tarixli, 3-17-5/1-A-2855/2026 nömrəli qərardadından verdiyi şikayətin icraata qəbulu məsələsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin xx.xx.2026-cı il tarixli, 3-17-5/1- A-2855/2026 nömrəli qərardadından verdiyi şikayət daxil olmuşdur. Şikayəti nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə görə şikayət icraata qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin xx.xx.2026-cı il tarixli, 3-17-5/1-A-2855/2026 nömrəli qərardadından görünür ki, X1 şikayəti onu vermək üçün müəyyən edilmiş müddət buraxdığına görə geri qaytarılmışdır. SS992863287AZ nömrəli poçt göndərişindən görünür ki, qeyd olunan qərardad alıcıya xx.xx.2026-cı il tarixdə çatdırılmışdır. SX019686529AZ nömrəli poçt göndərişindən görünür ki, X3 hazırki şikayətini məhkəməyə göndərmək üçün xx.xx.2026-cı il tarixdə saat 09:17-də poçta təqdim etmiş, şikayət həmin gün saat 17:26-də məhkəməyə çatdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə görə Bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. Göründüyü kimi, X3 mübahisəli qərardaddan şikayətini rəsmi qaydada ona verildiyi vaxtdan 10 gün müddətində verməli olduğu halda, o, şikayətini məhkəməyə xx.xx.2026-cı il tarixdə təqdim etmişdir. Halbuki, müddətin axımı xx.xx.2026-cı il tarixdə başlamış xx.xx.2026-cı il tarixdə bitmişdir. X3 şikayətini poçta təqdim etməsi üçün son vaxt xx.xx.2026-cı il tarixi olmuşdur. Belə olan halda, X3 qərardaddan şikayəti müddət ötdükdən sonra vermiş, verdiyi şikayətə müddətin bərpası üçün vəsatət əlavə etməmişdir. Göstərilənlərə əsasən hesab edirəm ki, X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin xx.xx.2026-cı il tarixli, 3-17-5/1- A-2855/2026 nömrəli qərardadından verdiyi şikayət yuxarıda sadalanmış səbəbə görə geri qaytarılmalı və izah edilməlidir ki, o, şikayətinə müddətin bərpasına dair vəsatət əlavə etməklə yenidən məhkəməyə şikayət verə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-137-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin xx.xx.2026-cı il tarixli, 3-17-5/1-A-2855/2026 nömrəli qərardadından verdiyi şikayət geri qaytarılsın. X2 izah edilsin ki, o, şikayətinə müddətin bərpasına dair vəsatət əlavə etməklə yenidən məhkəməyə şikayət verə bilər. Qərardaddan şikayət verilə bilməz. Hakim Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(5-93)-1769/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(5-93)-1769/2026
10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver