Məhkəmə qərarları › İş №3(5-93)-177/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-177/2026

13.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-177/2026 13.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X6 Novruz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X3, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində, doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Babayev küçəsi, ev 72 qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Novxanı Bağlar massivində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2026-cı il tarixində Bakı şəhəri, Binəqədi rayonu, Novxanı Bağlar massivində evində psixotorop maddə olan metamfetamin qəbul etmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X5 tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X5 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, polis əməkdaşları xidməti ərazidə narkotik vasitələrin qəbulunda şübhəli olduğuna görə şəxsə yaxınlaşıb, həmin şəxsi bölməyə dəvət etmişlər. Bölmədə məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. Narkoloji Mərkəzin rəyinə əsasən ondan götürülmüş sidik nümunəsində MOP (+) aşkar edilmişdir. Özü də bu faktı etiraf etmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Ona inzibati həbs növündə tənbeh edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, həqiqətən də xx.xx.2026-cı il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı Bağlar massivində psixotorop maddə olan metamfetamin qəbul etmişdir. Hazırda əməlindən çox peşmandır. Bu əməli bir daha təkrarlanmayacaqdır. Vətən müharibəsinin iştirakçısı oldunduğunun nəzərə alınmasını və ona inzibati həbslə bağlı olmayan inzibati tənbehin verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Ambulator X1 dair xx.xx.2026-cı il tarixli, 223 saylı rəydən görünür ki, Şəxs götürülmüş sidik nümunəsində MOP (+) aşkar edilmişdir. Müayinə zamanı Şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. İnzibati qaydada tutma haqqında xx.xx.2026-cı il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 18:00-da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə tutulmuşdur. Bağırov X2 rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində verdiyi izahatında əməlini etiraf etmişdir. Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş məlumata əsasən Şəxs müharibə iştirakçısı olmaqla, 80 manat məbləğində pensiya alır. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların Siyahı”larına əsasən metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddədir. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi özünün izahatı, ekspert rəyi, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXMin 206-cı maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məhkəmə Şəxs Vətən müharibəsi iştirakçısı olduğunu məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə qeyd olunan məsuliyyəti yüngülləşdirən halı nəzərə alır və belə qənaətə gəlir ki, şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş sanksiyalardan yalnız cərimə tədbirinin tətbiqi kifayət edəcəkdir. Cərimənin məbləğinə gəldikdə isə qeyd olunmalıdır ki, Şəxs inzibati xəta törətdiyinə görə, bir gün müddətində inzibati qaydada tutulmaqla azadlıq hüququ məhdudlaşdırılmışdır. Bu tutulma faktı İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi kontekstində nəzərə alınmalı, yəni inzibati həbs istisna olmaqla digər tənbeh növünün tətbiqi zamanı nəzərdə tutulan maksimal cərimə həddinin dörddə üçündən artıq olmamaq prinsipi tətbiq edilməlidir. Həmçinin artıq bir günlük tutulma şəxs üçün real sanksiya xarakteri daşıdığından, məhkəmə əlavə olaraq bu amili şəxsin vəziyyətini yüngülləşdirən hal kimi qiymətləndirir və bu əsasla cərimənin məbləğini 300 manat həddində müəyyən edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır:..inzibati tənbeh vermə haqqında... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 300 (üç yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar