Məhkəmə qərarları › İş №3(5-93)-1886/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-1886/2026

12.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-1886/2026 12.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Kazımov Bəxtiyar Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis kapitanı X2, Zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1973-cü il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ikinci qrup əlilliyi olan, işləməyən, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 71 inzibati binada qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 227ci maddəsi ilə tərtib edilmiş 12 mart 2026-cı il tarixli, MN ******* nömrəli “inzibati xəta haqqında” protokola açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis kapitanı X5 tərəfindən Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə 12 mart 2026-cı il tarixli, MN ******* nömrəli “inzibati xəta haqqında” protokol tərtib edilərək, baxılması üçün həmin tarixdə məhkəməyə göndərilmişdir. Tərtib edilmiş protokol onunla əsaslandırılmışdır ki, Şəxs xx.xx.2026-cı il tarixdə axşam saatlarında ünvan 1 ünvanında yerləşən meyvə-tərəvəz satışı yerində tərəzinin altından Ş.Z.Zamanlıya məxsus 150 manat dəyərində “İnfiniti” markalı mobil telefonu oğurlamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis kapitanı X5 izahatında göstərdi ki, zərərçəkmiş şəxsin müraciəti əsasında 5-ci Polis Şöbəsinin təhqiqat şöbəsində araşdırma aparılmış, 28 yanvar 2026-cı il tarixdə əməldə cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilməsi barədə qərar qəbul edilmişdir. Hadisəni törədən şəxsin inzibati məsuliyyətə cəlb olunması üçün araşdırmalar davam etdirilmiş və oğurluğun törədildiyi ərazidə mövcud olan müşahidə kameralarına baxış keçirilməklə oğurluq hadisəsinin Şəxs tərəfindən törədilməsi müəyyən edilmişdir. Bu səbəbdən Şəxs saxlanılaraq, polis şöbəsinə gətirilmiş və barəsində hazırki protokol tərtib olunmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 izahatında göstərdi ki, o, Binəqədi rayonu, X7 küçəsində meyvə-tərəvəz satışı ilə məşğul olur. 18 yanvar 2026-cı il tarixdə işdə olan zaman axşam saatlarında özünə məxsus “İnfinity” markalı mobil telefonu tərəzinin altına qoymuşdur. Bir müddət sonra telefonunu götürmək istədikdə, telefonunun yerində olmadığını görmüş və bu barədə polisə məlumat vermişdir. Oğurluq hadisəsi nəticəsində ona 150 (yüz əlli) manat ziyan dəymişdir. Ona vurulmuş ziyan ödənilməmişdir. O, oğurluq hadisəsini törətmiş Şəxs şikayətçidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək, izahatında göstərdi ki, həqiqətən də xx.xx.2026-cı il tarixdə zərərçəkmiş şəxs X3 məxsus telefonu oğurlayaraq, 50 (əlli) manata satmışdır. Əməlindən peşmandır, vurduğu zərərin əvəzini ödəyəcəkdir. Sonda Şəxs 2-ci qrup əlil olmasını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İş materiallarında olan Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı X6 tərəfindən qəbul edilmiş 28 yanvar 2026-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, vət. X1 ərizəsi əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və hadisəni törədən şəxsin inzibati məsuliyyətə cəlb olunması üçün qəbul olunmuş qərarın surəti aidiyyatı əməkdaşa göndərilmişdir; İş materiallarından görünür ki, Şəxs 11 mart 2026-cı il tarixdə, saat 16:40-da inzibati qaydada tutulmuşdur. “Elektron məhkəmə informasiya sistemi”ndən əldə edilmiş məlumatlardan görünür ki, Şəxs ümumi xəstəliyə görə 2-ci qrup əlildir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, Şəxs əməlində İXM-nin 227-ci maddəsində göstərilən inzibati xətanın bütün tərkib əlamətləri mövcud olduğundan, o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməli və inzibati tənbeh edilməlidir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətmiş olduğu əməli səmimi etiraf etməsini, əməlindən peşmanlıq hissi keçirməsini və əlil olmasını olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, İXM-nin 227-ci maddəsinin sanksiyasında yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya üç ayadək müddətə inzibati həbs növündə inzibati tənbeh tədbirləri nəzərdə tutulmuşdur. Lakin, İXM-nin 30.2-ci maddəsinə əsasən orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Eyni zamanda həmin Məcəllənin 28.4.1-ci maddəsinə əsasən, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ictimai işlər növündə tənbeh tətbiq edilə bilməz. İXM-nin 34-1-ci maddəsinə əsasə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. Qanunvericiliyin göstərilən tələbləri nəzərə alınmaqla, məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbeh əvəzinə 300 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Qeyd olunanları nəzərə alaraq və İXM-in 34-1, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində göstərilən inzibati xətanı törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 34-1-ci maddəsi tətbiq edilməklə 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar