Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-2/2026 21.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X1, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi X2 iştirakı ilə, X1 inzibati tənbeh edilməsinə dair Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati işin icraatına xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X3 tərəfindən verilmiş şikayət onunla əsalandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə saat 14:09 radələrində etibarnamə əsasında idarə etdiyi “BYD minik” markalı **-QT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Əcəmi Naxçivani 42A küçəsində yerləşən parklanma ərazisində park edərkən yol polisi tərəfindən guya inzibati xəta törətdiyinə görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol tərtib etmişdir. Bununla da barəsində 80 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Onun barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati protokol tamamilə qanunsuz və əsassızdır. Belə ki, qeyd olunan tarix və saatda etibarnamə əsasında idarə etdiyi “BYD minik” markalı **-QT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə qeyd olunan ərazidə yolun hərəkət hissəsində ümumiyyətlə dayanmamış, nə də hər hansı bir qayda pozuntusuna yol verməmişdir. Lakin buna baxmayaraq yol polisi əməkdaşı özü qanunvericiliyin tələblərini pozaraq yol hərəkəti qaydalarının pozulmasına dair heç bir video görüntü və ya bunu təsdiq edəcək hər hansı bir sübut növü təqdim etmədən onun barəsində qanunsuz və əsassız olaraq protokol tərtib edərək cərimə edilmə haqqında tənbeh növü tətbiq etmişdir. Bu səbəbdən hesab edir ki, barəsində inzibati xətaya görə tətbiq edilmiş protokol tamamilə əsassızdır, bu səbəbdən həmin protokol üzrə inzibati xəta ilə bağlı işin icraatına xitam verilməlidir. O, barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli elektron protokolu xx.xx.2023-cü il tarixdə təhvil almışdır. Onun tərəfindən inzibati işin icraatına xitam verilməsi ilə bağlı şikayətin verilməsi üçün nəzərdə tutulmuş müddət ötürülməmişdir. Odur ki, barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati işin icraatına xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında X3 şikayəti müdafiə edib bildirmişdir ki, YPX inspektoru tərəfindən ona əsassız halda cərimə yazılmışdır. Belə ki, o, idarə etdiyi avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Əcəmi Naxçivani 42A küçəsində yerləşən parklanma ərazisindən çıxan avtomobilə yol vermək üçün avtomobilini ikinci cərgədə dayandırmış, məqsədi avtomobilini boşalan parklanma yerində saxlamaq olmuşdur. Həmin vaxt YPX inspektoru onu yaxınlaşıb, avtomobilini ikinci cərgədə saxlaması ilə bağlı barəsində əsassız yerə protokol tərtib etmişdir. O, YPX inspektoruna avtomobilini ikinci cərgədə saxlamadığını desə də sonuncu onun sözünə məhəl qoymamış, protokol tərtib etmişdir. O, həmin protokol əsasında İXM-in 346.4-cü maddəsinə əsasən 80 manat cərimə edilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq .12.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin nümayəndəsi X4 bildirmişdir ki, X3 tərəfindən törədilmiş qayda pozuntusu YPX inspektoru tərəfindən vizual olaraq aşkar edilmişdir. Bununla bağlı sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən qayda pozuntusunun video görüntüsü də mövcuddur. Həmin videogörüntüdən görünür ki, Anar Novruzquliyev idarə etdiyi avotmomobili yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə saxlamış, avtomobilə sərnişin əyləşmişdir. Odur ki, X3 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2025-ci il tarixdə saat 14:09-da ünvan 1 ünvanında idarə etdiyi “BYD DESTROYER 05 PLUG-İN HİBRİD MİNİK” markalı avtomobili yolun hərəkət hissəsinin ikinci və sonrakı cərgələrində dayanma və ya durmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və səlahiyyətli orqan tərəfindən 80 (səksən) manat məbləğində inzibati cərimə edilmişdir. Hadisənin görüntülərini özündə əks etdirən diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, X3 idarə etdiyi avtomobili yolun hərəkət hissəsinin ikinci cərgəsində dayandırdıqdan sonra avtomobilinə sərnişin minmiş, həmin vaxt YPX inspektoru sonuncuya yaxınlaşmışdır. Məhkəmə, iş materiallarını və məhkəmədə toplanmış sübutları tam, hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, X1 Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti təmin edilməməlidir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinin 29-cu bəndinə əsasən nəqliyyat vasitəsinin dayanması - adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsidir. Həmin maddənin 31-ci bəndinə əsasən nəqliyyat vasitəsinin durması - əgər nəqliyyat vasitəsi digər yol istifadəçisi və ya hər hansı maneə ilə toqquşmanın qarşısını almaq və ya hərəkət qaydalarının göstərişlərini yerinə yetirmək səbəblərindən başqa digər səbəblərə görə hərəkətsiz vəziyyətə gətirilmişdirsə və onun dayanması adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxtla məhdudlaşmırsa, nəqliyyat vasitəsi durmuş hesab edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 52-ci maddəsinin 1-ci bəndinə əsasən . Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində - yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır. İXM-in 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə – səksən manat məbləğində cərimə edilir. Məhkəmədə tədqiq edilmiş iş materiallarından müəyyən edilmişdir ki, X3 xx.xx.2025-ci il tarixdə saat 14:09-da ünvan 1 ünvanında idarə etdiyi “BYD DESTROYER 05 PLUG-İN HİBRİD MİNİK” markalı avtomobillə yolun hərəkət hissəsinin ikinci və sonrakı cərgələrində dayanma və ya durmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol tərtib edilmiş və həmin protokol əsasında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək, barəsində 80 (səksən) manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Göründüyü kimi oğlunun Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsaslıdır. Ona görə də, məhkəmə hazırda baxılan iş üzrə X3 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş videogörüntülərlə də X3 tərəfindən törədilmiş inzibati xəta öz təsdiqini tapmışdır. X3 barəsində Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsaslı olduğundan və qayda pozuntusu təsdiqini tapdığına görə məhkəmə hazırda baxılan iş üzrə X3 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X1 həmin qərardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(5-93)-2/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-2/2026
21.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver