Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(5-93)-2017/2026 16.03.2026 BAKI ŞƏHƏRI BINƏQƏDI RAYON MƏHKƏMƏSI Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı polis şöbəsinin polis sahə inspektoru, R X1, zərərçəkmiş şəxs Əliyev İslam İmamverdi oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, ##.##.1979-cu il tarixdə Goranboy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı polis şöbəsinin polis sahə inspektoru, R X1 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol baxılması üçün iş materialları ilə birlikdə aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı polis şöbəsinin polis sahə inspektoru, R X1 izahat verərək bildirmişdir ki, Əliyev İslam İmamverdi oğlu ##.##.2025-ci il tarixdə Binəqədi RPİ-nin 6-cı polis şöbəsinə müraciət edərək, “Tik-tok” sosial şəbəkəsində ördək satışı ilə bağlı elan qoymuş şəxs onu aldadaraq 50 manat pulunu ələ keçirmişdir. Həmin müraciət əsasında Binəqədi RPİ-nin 6-cı polis şöbəsində araşdırılma aparılmış və araşdırma nəticəsində cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, əməli törətmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-in 227-ci maddəsi ilə araşdırma aparılması qərarı surəti ona təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə inzibati qaydada tutulmuşdur. Polis şöbəsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatı alınmış və barəsində İXM-in 227-ci maddəsi ilə protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati qaydada tənbeh edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, o, “Tik-tok” sosial şəbəkəsində ördək satışı ilə bağlı elan yerləşdirmiş, həmin elanla bağlı ördək almaq üçün İslam Əliyev onun bankkartına 50 manat pul göndərmişdir. Sonradan İslam Əliyev gəlib ördəyi aparmamış və sonuncu ilə əlaqəsi kəsilmişdir. O, ##.##.2026-cı il tarixdə Binəqədi RPİnin 6-cı polis şöbəsində inzibati qaydada tutulmuşdur. Hal-hazırda İslam Əliyevdən aldığı 50 manat pulu qaytarmış, sonuncu ilə barışmışdır. Ona görə də, barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Əliyev İslam İmamverdi oğlu izahat verərək bildirmişdir ki, ##.##.2025-ci il tarixdə “Tik-tok” sosial şəbəkəsində ördək satışı ilə bağlı elan görüb, həmin şəxslə danışıb razılaşdıqdan sonra bank kartına 50 manat pul köçürmüşdür. Lakin ondan pulu almış, adını sonradan bildiyi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs pulu aldıqdan sonra ona ördəkləri verməmiş və pulunu qaytarmamışdır. O, bununla bağlı polis şöbəsinə müraciət etmişdir. Hazırda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə barışmış və ona dəymiş zərər ödənilmişdir. Ona görə də, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: ##.##.2026-cı il tarixli, AZA ****** nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarixdə, saat 01:50-də inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmişdir. ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2025-ci il tarixdə sosial şəbəkədə tanış olduğu Əliyev İslam İmamverdi oğluna ördək satmaq adı ilə sonuncudan 50 manat almış, həmin pulu dələduzluq yolu ilə ələ keçirməklə İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Əliyev İslam İmamverdi oğlunun ərizəsindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ona vurulmuş ziyan ödənilmiş və sonuncudan şikayət və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində İXM-in 227-ci maddəsinin tərkib əlamətləri olsa da, həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xırda talama, yəni dələduzluq yolu ilə Əliyev İslam İmamverdi oğluna 50 (əlli) manat məbləğində maddi ziyan vurmaqla sonuncunun əmlakını talaması barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi etiraf edici izahatı ilə yanaşı, məhkəmə iclasında toplanmış sübutlarla öz təsdiqini tapmışdır. Lakin inzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsin məhkəməyə təqdim etdiyi ərizədən müəyyən edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən oğurlama yolu ilə vurulmuş maddi ziyanı tamamilə ödənilmiş və onlar arasında barışıq əldə olunmuşdur. İXM-in 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, İXM-in 227-ci maddəsində tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Ona görə də, məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğurlama yolu ilə Əliyev İslam İmamverdi oğluna vurduğu maddi ziyanı tamamilə ödəməsini və aralarında barışıq olmasını nəzərə alıb, qanunvericiliyin tələblərini rəhbər tutmaqla inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə, qeyd olunanlara və qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı polis şöbəsi tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 39, 40, 43, 48-50, 61, 114-115, 117, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı polis şöbəsi tərəfindən tərtib olunmuş ##.##.2026cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(5-93)-2017/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-2017/2026
16.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver