Məhkəmə qərarları › İş №3(5-93)-2022/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(5-93)-2022/2026

17.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-93)-2022/2026 17.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızı, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş TP 3571595, TP 4703915, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlar və MYP 303175, İXP 4648010, İXP ******* və CYP 182080 nömrəli protokolların ləğv edilməsinə dair şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş TP 3571595, TP 4703915, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlar və MYP 303175, İXP 4648010, İXP ******* və CYP 182080 nömrəli protokolların ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, X1 müraciətinə baxılması üçün verilmiş şikayət ərizəsi düzgün tərtib edilmədiyindən geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərarlar nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, şikayət verilən qərarlar ayrı-ayrı vaxtlarda tərtib edilmişdir. Bu səbəbdən, hər bir inzibati tənbeh vermə haqqında qərardan ayrı-ayrılıqda şikayət ərizəsi ilə müraciət edilməli idi. Bundan başqa, X2 tərəfindən şikayət verilmiş inzibati tənbeh vermə haqqında qərarların və qərarsız protokolların surəti şikayətə əlavə edilməmişdir. Belə ki, X2 barəsində hər hansı inzibati xəta haqqında iş üzrə icraatın aparılmasının, tənbeh vermə haqqında qərarın qəbul edilib-edilməməsinin, əgər qərar qəbul edilmişsə hansı səlahiyyətli orqan tərəfindən qəbul edilməsinin müəyyən edilməsi mümkün deyildir və sonuncu barəsində tənbeh tətbiq edilməsinə dair qərar varsa belə, həmin qərar iş materiallarına əlavə olunmamışdır. Bundan başqa, mübahisələndirilən məsələ ilə bağlı ilk növbədə qərarın şikayətə əlavə olunması və inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi zəruridir, çünki məhkəmədə baxılan işin predmeti məhz mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərardır. Belə ki, qanunvericilik tərəfindən inzibati xəta haqqında iş üzrə yalnız inzibati tənbeh vermə haqqında qərardan şikayətin verilməsi müəyyən edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinin tələblərinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Həmin Məcəllənin 141.3-cü maddəsinə əsasən bir şəxs barəsində bir neçə inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edildikdə, hər bir qərarın icrası müstəqil həyata keçirilir. Beləliklə, qeyd olunanlara əsasən X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş TP 3571595, TP 4703915, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlar və MYP 303175, İXP 4648010, İXP ******* və CYP 182080 nömrəli protokolların ləğv edilməsinə dair verdiyi şikayət ərizəsi düzgün tərtib olunmadığından geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsini rəhbər tutaraq, qərara aldı: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş TP 3571595, TP 4703915, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlar və MYP 303175, İXP 4648010, İXP ******* və CYP 182080 nömrəli protokolların ləğv edilməsinə dair müraciəti geri qaytarılsın. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar