Məhkəmə qərarları › İş №3(5-93)-2062/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-2062/2026

17.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(5-93)-2062/2026 17.03.2026 BAKI ŞƏHƏRI BINƏQƏDI RAYON MƏHKƏMƏSI Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PŞ-nin polis sahə inspektoru, R X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlham oğlunun iştirakları ilə, ##.##.1992-ci il tarixdə Kəlbəcər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Kəlbəcər rayonu, Günəşli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlham oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 388-1.1.1 və 535.1-ci maddələri ilə toplanmış inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlham oğlunun İXM-in 388-1.1.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı polis şöbəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PŞ-nin polis sahə inspektoru, R X3 izahat verərək bildirmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlham oğlu ##.##.2026-cı il tarixdə idarə etdiyi avtomobillə idarə etdiyi avtomobillə yol hərəkəti qaydasını pozmuş, həmin pozuntu xüsusi texniki vasitələrin köməkliyi ilə aşkar edilmiş və elektron qərar qəbul edilmişdir. Cavid Qürbətov qayda pozuntusu ilə bağlı görüntünü “tik-tok”sosial şəbəkəsində “taksi şofiri” adı ilə işlətdiyi hesabda paylaşaraq “Bura təzə kamera qoyublar. Arvadlarına alt paltarı ala bilmirlər, bizdən pul alıb alırlar. Bura kamera yeri deyil, bunu kim qoyubsa bura evində oturum. İmkan verin dolanaq. Bəsdirin az atın boynunuza” kimi təhqiramiz ifadələr yazmışdır. X3 ##.##.2026cı il tarixdə idarə etdiyi avtomobillə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən DYPİ-nin Ekologiya postu yaxınlığında qayda pozuntusu etdiyinə görə YPX inspektorları tərəfindən saxlanılmışdır. YPX inspektoru Cavid Qürbətovun sosial şəbəkədə paylaşdığı videonu gördüyü üçün, sonuncudan yazdığı şərhlə bağlı açıqlama verməsini dedikdə sonuncu məsuliyyətdən yayınmaq üçün həmin yeri tərk etməyə cəhd göstərmişdir. YPX inspektorları Cavid Qürbətovu polis şöbəsinə dəvət etdikdə sonuncu tabesizlik göstərmiş, YPX inspektorlarının qanuni tələblərinə tabe olmamışdır. Buna baxmyaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlham oğlu Binəqədi RPİ-nin 40-cı polis şöbəsinə gətirilmiş və barəsində İXM-in 388-1.1.1 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlham oğlunun inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlham oğlu izahat verərək bildirmişdir ki, ##.##.2026-cı il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsində idarə etdiyi avtomobillə sürət həddini aşdığına görə barəsində elektron qərar qəbul edilmiş və 50 manat cərimə olunmuşdur. O, həmin qərarla bağlı məlumat aldıqdan sonra sosial şəbəkə hesabında qayda pozuntusu ilə bağlı videonu paylaşaraq təhqiramiz ifadələr yazmışdır. ##.##.2026-cı il tarixdə onunla tanımadığı DYPİ-nin əməkdaşı əlaqə saxlayaraq idarə etdiyi avtomobillə Sulutəpə dairəsinə gəlməsini demişdir. O, qeyd edilən ünvana getdikdən sonra YPX inspektorları onu Binəqədi RPİ-nin 40-cı polis şöbəsinə aparmışlar. Polis şöbəsində inzibati qaydada tutulmuş, izahatı alınmış, barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, YPX inspektorlarına qarşı tabesizlik göstərməmişdir. O, sosial şəbəkədə yazdığı təhqiramiz ifadələrə görə peşmandır. Odur ki, göstərilənləri nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə bilavasitə tabe olan Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün YPX baş inspektoru, R X4 bildirmişdir ki, ##.##.2026-cı il tarixdə Bakı-Şamaxı yolunun Binəqədi rayonu ərazisindən keçən hissəsində xidmətdə olan zaman “Toyota” markalı **QP*** dövlət qeydiyyat nişanlı avtomobilin manevr qaydasını pozduğunu görüb, saxla işarəsi vermişlər. Həmin avtomobili saxladıqdan sonra onunla birlikdə xidmətdə olan YPX inspektoru avtomobili dövlət qeydiyyat nişanından tanımış, sürücüdən sosial şəbəkədə polisin ünvanına yazdığı təhqirin səbəbini soruşmuşdur. Qeyd edilən avtomobilin sürücüsü Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlham oğlu ərazini tərk edib uzaqlaşmaq istəyərkən sonuncuya 40-cı polis şöbəsinə getməli olduğunu demişlər. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tabesizlik göstərərək uzaqlaşmaq istəsə də digər inspektorların köməkliyi ilə Binəqədi RPİ-nin 40-cı polis şöbəsində aparılmışdır. Onlar polis şöbəsinə baş vermiş hadisə ilə bağlı raport yazıb təqdim etmişlər. Məhkəmə iclasında şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə bilavasitə tabe olan Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün YPX inspektoru, R X2 digər şahid X4 ilə eyni məzmunlu izahat verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: ##.##.2026-cı il tarixli raportdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlham oğlu ## #### 2026-cı il tarixdə YPX inspektorlarının qanuni tələblərinə qəsdən tabe olmadığı üçün Binəqədi RPİ-nin 40-cı polis şöbəsinə gətirilmiş və barəsində raport tərtib olunmuşdur. ##.##.2026-cı il tarixli, ****** nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlham oğlu ## #### 2026-cı il tarixdə, saat 13:22-də inzibati qaydada tutulmuşdur. ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlham oğlu “Tik-tok” sosial şəbəkəsində “taksi şofiri” adlı səhifədən informasiya ehtiyatına təhqir xarakterli qadağan olunmuş informasiya yerləşdirdiyinə və YPX inspektorlarına tabesizlik göstərdiyi üçün barəsində İXM-in 388-1.1.1 və 535.1-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. “Tik-tok” sosial şəbəkəsində “taksi şofiri” adı ilə açılmış hesabdan paylaşılmış görüntünün çıxarışından görünür ki, həmin paylaşımı etmiş şəxs tərəfindən “bura təzə kamera qoyublar arvadlarına alt paltarı ala bilmirlər oncun bizdən pul alıb alırlar. Bura kamera yeri deyil bunu kim qoyubsa bura evində oturum imkan verin dolanaq bəsdirin az atın boynuvuza” kimi təhqiramiz ifadələr yazılmışdır. Məhkəmə proses iştirakçılarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlham oğlu barəsində İXM-in 388-1.1.1 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Beləliklə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlham oğlunun İXM-in 388-1.1.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi alınmış izahatlar və məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlham oğlunun əməlində İXM-in 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir Məhkəmədə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlham oğlunun əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, barəsində icraat aparılan şəxsə inzibati tənbeh növünü tətbiq edərkən inzibati xətanın xarakterini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlham oğlunun şəxsiyyətini xarakterizə edən halları, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, eləcə də onun təqsirinin dərəcəsini nəzərə alır. İXM-in 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-in 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. İXM-in 388-1.1.1-ci maddəsinə əsasən informasiya ehtiyatında və ya informasiyatelekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-2.3-cü maddəsinə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) aşağıdakı yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir: 13-2.3.9 təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlham oğlunun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlham oğlu İXM-in 388- 1.1.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlham oğlu barəsində təyin edilmiş inzibati həbsin əvvəli ## #### 2026-cı il tarixdən hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlham oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli ## #### 2026-cı il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar