Məhkəmə qərarları › İş №3(5-93)-2150/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-2150/2026

18.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-2150/2026 18.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü polis şöbəsinin sahə inspektoru, polis kapitanı X5, zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1963-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2yan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü polis şöbəsinin sahə inspektoru, polis kapitanı X7 tərəfindən Şəxs barəsində tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün iş materialları ilə birlikdə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü polis şöbəsinin sahə inspektoru, polis kapitanı X7 izahat verərək bildirmişdir ki, xx.xx.2026-ci il tarixdə X1 RPİ-nin 5-ci PŞ-nǝ ərizə ilə müraciət edərək xx.xx.2026-ci il tarixdə işlədiyi ünvan 3 ünvanında yerləşən "Bravo" supermarketdə bir nəfər tanımadığı şəxsin 01 ədəd 200 qramlıq "Elle Vire" markalı yağ oğurladığını müşahidə kameralarına baxarkən aşkar etdiyini bildirmişdir. Təhqiqat zərurəti ilə əlaqədar hadisə yerinə baxış keçirilərək bu barədə protokol tərtib olunmuş və foto şəkillər çəkilərək materiala əlavə edilmişdir. Bundan əlavə hadisə baş verən ünvanda müşahidə kameraları vardırsa, həmin kameraların görüntülərinin əldə edilməsi, hadisəni törədən, həmçinin hadisənin şahidi ola biləcək şəxslərin müəyyən edilərək təhqiqata təmin olunması məqsədi ilə aidiyyəti əməkdaşlara tapşırıq verilmişdir. Təhqiqat araşdırılmasının nəticəsində əməldə cinayət tərkibi olmadığı əsası ilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Əməldə İXM-nin 227-ci maddəsinin tərkib əlamətləri müəyyən edildiyindən təhqiqatçı tərəfindən qəbul edilmiş qərar qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün müvafiq raportla aidiyyəti üzrə göndərilmiş və sözügedən raport onun icraatına daxil olmuşdur. Tərəfindən inzibati xəta haqqında iş üzrə icraata başlanmış, əməlin Şəxs tərəfindən törədilməsi müəyyən olunmuş və barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2026-ci il tarixdə işlədiyi ünvan 3 ünvanında yerləşən "Bravo" supermarketdən 01 ədəd 200 qramlıq "Elle Vire" markalı yağ götürüb, cibinə qoyaraq çıxıb getmiş, həmin yağın dəyərini kassada ödəməmişdir. Həmin yağın dəyərini ödəmiş və zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Odur ki, məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi X6 izahat verərək bildirmişdir ki, 2024-cü ilin iyun ayından ünvan 3 ünvanında yerləşən "Bravo" marketdə müdir işləyir. xx.xx.2026-ci il tarixdə mağazada olan müşahidə kameralarına baxdığı zaman xx.xx.2026-ci il tarixdə öncə tanımadığı şəxs müştəri qismində qida şöbəsindən 7 (yeddi) manat, 89 (səksən doqquz) qəpik dəyərində 01 ədəd "Elle vire" markalı, 200 qramlıq yağ məhsulunu üzərində olan gödəkçənin iç cibinə qoyaraq ödəniş etmədən mağazanı tərk etdiyini aşkar etmişdir. Bundan sonra həmin hadisə barədə polisə məlumat vermişdir. Hazırda Şəxs tərəfindən vurulmuş ziyan ödənilmişdir və Şəxs ilə barışıq əldə edilmişdir. Heç bir şikayət və tələbləri yoxdur. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2026-cı il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X3 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, əməldə İXM-in 227-ci maddəsinin tərkib əlamətləri yarandığından əməli törətmiş naməlum şəxsin müəyyən edilməsi və barəsində tədbir görülməsi məqsədi ilə qəbul edilmiş qərarın surəti aidiyyəti əməkdaşa həvalə edilmişdir. xx.xx.2026-cı il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə inzibati qaydada tutulmuşdur. xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. xx.xx.2026-cı il tarixli ərizədən görünür ki, Şəxs tərəfindən vurulmuş ziyan ödənilmişdir, heç bir şikayət və tələbi yoxdur, aralarından barışıq əldə edilmişdir. İşə xitam verilməsinə etiraz etmir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində İXM-in 227-ci maddəsinin tərkib əlamətləri olsa da, həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən Şəxs barəsində olan inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin qeyd hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. İXM-in 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Ona görə də, məhkəmə Şəxs vurduğu maddi ziyanı tamamilə ödəməsini və zərər çəkmiş şəxslə barışıq əldə edilməsini nəzərə alıb, qanunvericiliyin tələblərini rəhbər tutmaqla inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Beləliklə, qeyd olunanlara və qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs Şəxs barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata sonuncu zərəçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı ödədiyi üçün İXM-nin 39.2-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 39, 40, 43, 48-50, 61, 114-115, 117, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən və zərər çəkmiş şəxslə barışdığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar