Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(5-93)-2160/2026 19.03.2026 BAKI ŞƏHƏRI BINƏQƏDI RAYON MƏHKƏMƏSI Bakı Şəhəri Binəqədi rayon məhkəməsinin hakimi Ağayev Elçin Zəkəriyə oğlu, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin ##.##.2026-cı il tarixli EQ/******** saylı elektron qərarından verdiyi şikayətin icraata qəbulu məsələsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına vətəndaş Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin ##.##.2026-cı il tarixli EQ/******** saylı elektron qərarından verdiyi şikayət daxil olmuşdur. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən şikayət baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, şikayətdən, habelə Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) yaşayış yeri Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan Bəy Topçubaşov küçəsi, ev 103-dür. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 122.1-ci maddəsinə görə bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. 129.1.3-1-ci maddəsinə görə, bu Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 106.0 və 106.0.1-ci maddələrinin tələbinə görə hakim inzibati xəta haqqında işlərə baxarkən işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığı məsələsini həll etməlidir. 109.1 və 109.1.7-ci maddələrinin tələbinə görə əgər işə baxılması hakimin səlahiyyətinə aid deyildirsə inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, inzibati tənbeh vermə haqqında elektron qərarlardan şikayət - şikayət verən şəxsin yaşayış yeri üzrə məhkəməyə verilməlidir. Qərardan şikayət verən orqan (şəxs) şikayəti ilə yanaşı vəsatətlə məhkəməyə müraciət edərək, şikayətinə yaşadığı yer üzrə Binəqədi Rayon Məhkəməsində baxılmasını xahiş etsə də, o, bunu təsdiq edən hər hansı sənədi şikayətinə əlavə etməmişdir. Ona görə də hesab edirəm ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin ##.##.2026-cı il tarixli EQ/******** saylı qərarından verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin ##.##.2026-cı il tarixli EQ/******** saylı elektron qərarından verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Hakim Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(5-93)-2160/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(5-93)-2160/2026
19.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver