Məhkəmə qərarları › İş №3(5-93)-2163/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(5-93)-2163/2026

19.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(5-93)-2163/2026 19.03.2026 BAKI ŞƏHƏRI BINƏQƏDI RAYON MƏHKƏMƏSI Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Ağayev Elçin Zəkəriyə oğlu, Qərardan şikayət verən orqan (şəxs) İlham oğlunun Sumqayıt şəhər DYPŞ Yol patrul xidmətinin ##.##.2026-cı il tarixli TP ******* saylı qərarından verdiyi şikayətin icraata qəbulu məsələsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına vətəndaş Qərardan şikayət verən orqan (şəxs) İlham oğlunun Sumqayıt şəhər DYPŞ Yol patrul xidmətinin ##.##.2026-cı il tarixli TP ******* saylı qərarından verdiyi şikayət daxil olmuşdur. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən şikayət baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) verilir. 106.0 və 106.0.1-ci maddələrinin tələbinə görə hakim inzibati xəta haqqında işlərə baxarkən işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığı məsələsini həll etməlidir. 109.1 və 109.1.7-ci maddələrinin tələbinə görə əgər işə baxılması hakimin səlahiyyətinə aid deyildirsə inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - inzibati xətanın törədildiyi yer (Sumqayıt şəhəri, Bakı küçəsi) üzrə məhkəməyə verilməli olduğu halda, Qərardan şikayət verən orqan (şəxs) İlham oğlu mübahisələndirdiyi qərardan şikayətini inzibati xətanın törədildiyi yer üzrə Sumqayıt Şəhər Məhkəməsinə deyil, öz yaşayış yeri üzrə Binəqədi Rayon Məhkəməsinə təqdim etmiş, şikayətinə yaşayış yeri üzrə baxılmasına dair vəsatət əlavə etməmişdir. Ona görə də hesab edirəm ki, Qərardan şikayət verən orqan (şəxs) İlham oğlunun Sumqayıt şəhər DYPŞ Yol patrul xidmətinin ##.##.2026-cı il tarixli TP ******* saylı qərarından verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Qərardan şikayət verən orqan (şəxs) İlham oğlunun Sumqayıt şəhər DYPŞ Yol patrul xidmətinin ##.##.2026-cı il tarixli TP ******* saylı qərarından verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Hakim Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar