Məhkəmə qərarları › İş №3(5-93)-2173/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-2173/2026

19.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(5-93)-2173/2026 19.03.2026 BAKI ŞƏHƏRI BINƏQƏDI RAYON MƏHKƏMƏSI Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, İbrahimzadə Mustafa Əli Novruz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 43-cü PŞ-nin sahə rəisi, R Şahverdiyev İlkin Əyyub oğlunun, Zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, ##.##.1983-cü il tarixdə Qusar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən, DSK yolu, nömrəsiz fərdi yaşayış evində yaşayan. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, K.Rəhimov küçəsində yerləşən avtoyuma məntəqəsində X6 məxsus “Honda Accord” markalı avtomobilin yük yerindən 100 manat dəyərində elektrik naqili oğurlamışdır. ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə Binəqədi qəsəbəsi, DSK yolu ərazisində zərərçəkmiş şəxs2 məxsus 100 manat dəyərində velosiped oğurlamışdır. ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə Binəqədi qəsəbəsi, 1-ci mədən, 18-ci korpus ünvanında Şabran marketdən vətəndaş İmanov Ramin Yaqub oğluna məxsus 100 manat dəyərində Samsung A 53 markalı telefon oğurlamışdır. ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 329 ünvanında vətəndaş X2 məxsus evdən 95 manat dəyərində su qızdırıcısı oğurlamışdır. ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 15-də zərərçəkmiş şəxs1 məxsus Granta markalı avtomobildən 25 manatlıq qəpik oğurlamışdır. ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə Binəqədi qəsəbəsi, DSK yolu ərazisində mağazadan 1 ədəd preferator, ##.##.2026-cı il tarixdə də 1 ədəd preferator oğurlayaraq X3 500 manat dəyərində ziyan vurmuşdur. Qeyd olunan protokollar baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi rayon Polis İdarəsinin 43-cü PŞ-nin sahə rəisi, R Şahverdiyev İlkin Əyyub oğlu inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, K.Rəhimov küçəsində yerləşən avtoyuma məntəqəsində S.Y.Niftəliyevə məxsus “Honda Accord” markalı avtomobilin yük yerindən 100 manat dəyərində elektrik naqili, ##.##.2026-cı il tarixdə Binəqədi qəsəbəsi, 1-ci mədən, 18-ci korpus ünvanında Şabran marketdən vətəndaş İmanov Ramin Yaqub oğluna məxsus 100 manat dəyərində Samsung A 53 markalı telefon, eyni tarixdə Binəqədi qəsəbəsi, DSK yolu ərazisində zərərçəkmiş şəxs2 məxsus 100 manat dəyərində velosiped, ##.##.2026-cı il tarixdə Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 329-da vətəndaş X2 məxsus evdən 95 manat dəyərində su qızdırıcısı, ##.##.2026-cı il tarixdə Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 15-də zərərçəkmiş şəxs1 məxsus avtomobildən 25 manatlıq qəpik, ##.##.2026-cı il tarixdə Binəqədi qəsəbəsi, DSK yolu ərazisində mağazadan 1 ədəd preferator, ##.##.2026-cı il tarixdə də 1 ədəd preferator oğurlayaraq X3 500 manat dəyərində ziyan vurmuşdur. Vurduğu heç bir zərəri ödəməmişdir. Zərərçəkmişlərin ondan haqlı narazı olmasını nəzərə alıb ciddi növdə tənbeh edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 bildirdi ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona məxsus avtomobildən 25 manatlıq qəpik oğurlamışdır. Vurduğu zərəri ödəmədiyinə görə ondan şikayətçidir. Məhkəmədə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2bildirdi ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona məxsus 100 manat dəyərində velosiped oğurlamışdır. Vurduğu zərəri ödəmədiyinə görə ondan şikayətçidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, həqiqətən də ##.##.2026-cı il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, K.Rəhimov küçəsində yerləşən avtoyuma məntəqəsində S.Y.Niftəliyevə məxsus “Honda Accord” markalı avtomobilin yük yerindən 100 manat dəyərində elektrik naqili, ##.##.2026-cı il tarixdə Binəqədi qəsəbəsi, 1-ci mədən, 18-ci korpus ünvanında Şabran marketdən vətəndaş İmanov Ramin Yaqub oğluna məxsus 100 manat dəyərində Samsung A 53 markalı telefon, eyni tarixdə Binəqədi qəsəbəsi, DSK yolu ərazisində zərərçəkmiş şəxs2 məxsus 100 manat dəyərində velosiped, ##.##.2026-cı il tarixdə Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 329-da vətəndaş X2 məxsus evdən 95 manat dəyərində su qızdırıcısı, ##.##.2026-cı il tarixdə Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 15-də zərərçəkmiş şəxs1 məxsus avtomobildən 25 manatlıq qəpik, ##.##.2026-cı il tarixdə Binəqədi qəsəbəsi, DSK yolu ərazisində mağazadan 1 ədəd preferator, ##.##.2026-cı il tarixdə də 1 ədəd preferator oğurlayaraq X3 500 manat dəyərində ziyan vurmuşdur. Vurduğu zərəri ödəmək üçün maddi imkanı yoxdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş: ##.##.2026-cı il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, X6 müraciəti əsasında toplanmış material əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməli üzrə cinayət işinin başlanması rədd edilmiş, inzibati xətanı törətmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti ərazinin sahə inspektoruna göndərilmişdir. ##.##.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərardaddan görünür ki, ##.##.2026-cı il tarixdə naməlum şəxs Binəqədi qəsəbəsi, 1-ci mədən, 18-ci korpus ünvanında Şabran marketdən vətəndaş İmanov Ramin Yaqub oğluna məxsus 100 manat dəyərində Samsung A 53 markalı telefon oğurlamışdır. Həmin naməlum şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. ##.##.2026-cı il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, İmanov Ramin Yaqub oğlunun müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş, inzibati xətanı törətmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti ərazinin sahə inspektoruna göndərilmişdir. ##.##.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərardaddan görünür ki, ##.##.2026-cı il tarixdə naməlum şəxs zərərçəkmiş şəxs2 məxsus 100 manat dəyərində velosiped oğurlamışdır. Həmin naməlum şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. ##.##.2026-cı il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, əsənova Almaz Hüseynağa qızının müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş, inzibati xətanı törətmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti ərazinin sahə inspektoruna göndərilmişdir. ##.##.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərardaddan görünür ki, ##.##.2026-cı il tarixdə naməlum şəxs Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 329 ünvanında vətəndaş X2 məxsus evdən 95 manat dəyərində su qızdırıcısı oğurlamışdır. Həmin naməlum şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. ##.##.2026-cı il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, X2 müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş, inzibati xətanı törətmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti ərazinin sahə inspektoruna göndərilmişdir. ##.##.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərardaddan görünür ki, ##.##.2026-cı il tarixdə naməlum şəxs Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 15 ünvanında vətəndaş zərərçəkmiş şəxs1 məxsus Lada Granta markalı avtomobildən qəpik pullar oğurlamışdır. Həmin naməlum şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. ##.##.2026-cı il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, zərərçəkmiş şəxs1 müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş, inzibati xətanı törətmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti ərazinin sahə inspektoruna göndərilmişdir. ##.##.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərardaddan görünür ki, ##.##.2026-cı il tarixdə naməlum şəxs Binəqədi qəsəbəsi, DSK yolu ərazisində mağazadan 1 ədəd preferator, ##.##.2026-cı il tarixdə də 1 ədəd preferator oğurlayaraq X3 500 manat dəyərində ziyan vurmuşdur. Həmin naməlum şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. ##.##.2026-cı il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, X3 müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş, inzibati xətanı törətmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti ərazinin sahə inspektoruna göndərilmişdir. ##.##.2026-cı il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Dad Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlu həmin tarixdə saat 20:07-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə tutulmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Binəqədi rayon Polis İdarəsinin 43-cü PŞ-yə verdiyi izahatlarında əməllərini etiraf etmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 2 dəfə ittihamedici hökm çıxarılmış, habelə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə barəsində inzibati tənbehlər tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs istinad edilən inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu əmələ qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirliliyi öz izahatı ilə yanaşı və inzibati araşdırma materialları, zərərçəkmişlərin ifadələiri, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir və onun barəsində düzgün olaraq həmin maddə ilə protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qeyd olunan hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Belə olan halda da, məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi inzibati xətanın xarakterini, törədilməsi hallarını, əvvəllərdə analoji inzibati xətalar, həmçinin cinayət törətdiyini və vurduğu ziyanlardan ödəmə etməməsini nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan ictimai işlər növündə tənbehinin təyin edilməsi isə məqsədəmüvafiq deyildir. Belə ki, maddi ziyandan ödəmə etməmişdir, zərərçəkmiş şəxslərlə barışığı yoxdur. Ona görə də, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsində göstərilmiş inzibati həbs növündə tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-in 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: ..inzibati tənbeh vermə haqqında... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) ay müddətinə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli ## #### 2026-cı il tarixdən saat 20:07-dən hesablansın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar