Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(5-93)-2180/2026 19.03.2026 BAKI ŞƏHƏRI BINƏQƏDI RAYON MƏHKƏMƏSI Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Şöbəsinin sahə inspektoru, R İsmayılov Adil Əli oğlunun, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhər Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin yol patrul xidməti baş inspektoru, R Vəliyev İlkin Arzuman oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, ##.##.2001-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Gədəbəy rayonu, Böyük Qaramurad ərazi dairəsi, Böyük Qaramurad kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Nurlu yaşayış massivi fərdi yaşayış evində yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 511.3 və 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokollar əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-in 332.2 və 511.3-cü maddələri ilə tərtib edilmiş ##.##.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqında və İXM-nin 535.1-ci maddəsi ilə tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Şöbəsinin sahə inspektoru, R İsmayılov Adil Əli oğlu bildirmişdir ki, ##.##.2026-cı il tarixdə saat təxminən 03:10 radələrində Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları xidmətdə olan zaman “Ford” markalı **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yol hərəkəti qaydalarını pozmuş, bununla bağlı ona saxla işarəsi verən YPX əməkdaşlarına tabe olmamış və avtomobili idarə edərək qaçmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs avtomobillə polis əməkdaşlarından yayınmaq istəyən zaman nəqliyyat vasitəsini ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq idarə etmiş, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol vermişdir. Sonda avtomobilin yanacağı bitmiş, YPX əməkdaşları avtomobilə yaxınlaşmış, həmin zaman həm sürücü, həm də avtomobildə sərnişin qismində əyləşmiş X2 qapını bağlayaraq avtomobildən düşməmişlər, YPX əməkdaşları ilə mübahisə etmişlər. Hadisə yerinə post patrul xidməti bölüyünün əməkdaşları gəlmiş və fiziki qüvvə tətbiq etməklə hər iki şəxsin polis şöbəsinə gətirilməsi mümkün olmuşdur. Qeyd edilməlidir ki, həm sürücü, həm də sərnişin polis əməkdaşlarına mane olmuş, hadisə yerindən yayınmağa çalışmışdır. Məhkəmə iclasında ##.##.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqında protokolu tərtib edən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti baş inspektoru, R Vəliyev İlkin Arzuman oğlu bildirmişdir ki, ##.##.2026-cı il tarixdə saat təxminən 03:10 radələrində “Ford” markalı **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs manevr qaydalarını pozduğu üçün tərəfindən sonuncuya saxla işarəsi verilmiş, bu zaman sürücü tələbə tabe olmayaraq avtomobili sürüb qaçmışdır. Sürücünün qarşının alması məqsədi ilə patrul maşını ilə sonuncunun qarşısını kəsməyə çalışmış, bu zaman Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs idarə etdiyi avtomobili onun idarə etdiyi patrul avtomobilinin üzərinə sürərək qaçmışdır. Təqribən yarım saat Biləcəri qəsəbəsi ərazisində sürücü onlardan qaçmış, avtomobili saxlamamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin zaman avtomobili çox təhlükəli idarə etmiş, yol hərəkətinin digər iştirakçılarının həyatına təhlükə yaratmış, avtomobili bir neçə dəfə bəzi yerlərə vurmuşdur. Həmin yarım saat təşkil edən müddət ərzində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına səbəb olmuşdur. “Ford” markalı **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanacağı bitmiş, bundan sonra avtomobil dayanmış, həmin zaman avtomobil yaxınlaşmışlar. Həm sürücü Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, həm də avtomobildə sərnişin qismində əyləşmiş X2 avtomobilin qapısını bağlayaraq avtomobildən enməmişlər, yalnız fiziki güc tətbiq etməklə həmin şəxslərin avtomobildən endirilərək şöbəyə gətirilməsi mümkün olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, istinad edilən əməllər həqiqətən onun tərəfindən törədilmişdir, törətdiyi əməldən çox peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. İstinad edilən hərəkətlərə yol verməsinə səbəb həmin zaman spirtli içkinin təsiri altında olması olmuşdur. X2 isə onun qonşusudur, sonuncunun heç bir günahı olmamış, sadəcə qorxduğu üçün polis əməkdaşları ilə mübahisə etmişdir. Avtomobilin yanacağı bitdikdən sonra polis əməkdaşları ilə mübahisə etmiş, lakin bütün bunların səbəbi spirtli içki içməsi olmuşdur. Ayıldıqdan sonra polis əməkdaşlarından üzrxahlıq etmişdir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: ##.##.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. ##.##.2026-cı il tarixli, AZA ****** nömrəli inzibati qaydada tutma haqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026cı il tarixdə, saat 04:55-də inzibati qaydada tutulmuşdur. Avtopatrul avtomobilindən və həmin avtomobildə olan YPX inspektorunun şəxsi telefonu ilə qeyd aldığı videolara baxış zamanı müəyyən edilmişdir ki, ##.##.2026-cı il tarixdə saat təxminən 03:10 radələrində “Ford” markalı **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobil yaşayış massivində çox sürətli və təhlükəli şəkildə idarə edilmiş, sürücü nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına səbəb olmuşdur. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 511.1.3 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmişdir. Odur ki, inzibati xəta haqqında protokollar düzgün olaraq tərtib olunmuş, şəxs həmin maddələrlə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə ilk növbədə Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə tərtib edilmiş ##.##.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqında protokola münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan maddədə mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə inzibati xəta tərkibi müəyyən edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxslərin izahatı, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz səmimi etirafı ilə onun tərəfindən qeyd olunan inzibati xətanın törədilməsi təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola da dair qeyd edilməlidir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində qeyd olunan xətanın tərkib əlamətləri mövcuddur. Belə ki, İXM-nin 535.1-ci maddəsində polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Normanın dizposiyasından göründüyü kimi qeyd edilən norma ilə inzibati məsuliyyət yaranması üçün ilk növbədə şəxsə yönələn tələb qanuni olmalı və şəxs həmin qanuni tələbə tabe olmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman yol-patrul xidmətinin əməkdaşlarının “saxla” göstərişinə əməl etməyərək hərəkətini davam etdirmiş, daha sonra nəqliyyat vasitəsinin yanacağı bitdikdən sonra avtomobil duracağa duracağa təmin olunmasına etiraz etməklə polislərlə mübahisə etmiş, avtomobil qapılarını açmamış və sonda polis əməkdaşları ilə mübahisə etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs manevr qaydalarını pozduğuna görə ona yönələn “saxla” göstərişi qanuni olmuş, barəsində inzibatə xəta haqqında iş üzrə icraat aparılan şəxs qeyd olunan göstərişə əməl etməyərək, həmçinin avtomobil yanacağı bitdikdən sonra polis əməkdaşları ilə mübahisə etməklə polis işçisinin qanuni tələbinə tabe olmamış, bununla da İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında spirtli içkinin təsiri altında olduğundan polislərlə mübahisə edib əl-qol atmasını bildirmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göstərilənlərə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXMnin 511.1.3 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi məhkəmə araşdırması zamanı protokol tərtib etmiş şəxslərin izahatları, raport, inzibati xəta haqqında protokollar və barəsində inzibatə xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz səmimi etirafedici izahatı ilə tam sübuta yetirilmişdir. Şəxsin inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs səmimi izahat verməklə əməlini etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə araşdırması zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh tədbirinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində əsas tənbeh tədbiri olaraq daha ciddi xətanın sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri əsas tənbeh kimi tətbiq edilməli, həmçinin barəsində inzibati xəta haqqında iş üzriə icraat aparılan şəxs inzibati qaydada tutulduğu üçün əsas tənbeh tətbiq edilən zaman İXM-nin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmalı, nəqliyyat vasitələrini idarə etmək hüququnu məhdudlaşdırma tənbeh tədbiri isə əlavə tənbeh tədbiri qismində əsas tənbehə əlavə edilməlidir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 27.1-ci maddəsinə əsasən fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda həmin hüquq bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda iki aydan iki ilədək müddətə məhdudlaşdırılır. İXM-nin 27.2-ci maddəsinə əsasən bu Məcəllənin 327.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İXM-in 34.2-ci maddəsinə əsəsən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Göstərilənlərə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXMnin 511.3 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, ona daha ciddi xəta olan İXM-nin 511.3-cü maddəsinin sanksiyanına uyğun olaraq İXM-nin 31.4-1-ci maddəsi nəzərə alınmaqla inzibati cərimə tənbeh tədbiri tətbiq edilməli, həmçinin İXM-nin 34.3-cü maddəsinə əsasən həmin maddənin sanksiyasında nəzərdə tutulmuş əlavə tənbeh, yəni nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması əsas tənbehə əlavə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 73, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3 və 535.1-ci maddələri ilə təqsirli bilinərək İXM-nin 31.4-1-ci maddəsi nəzərə alınmaqla nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(5-93)-2180/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-2180/2026
19.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver