Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-338/2026 19.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlu Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu və əlavə edilmiş sənədləri işin məhkəmə baxışına hazırlanması mərhələsində nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Məhkəmənin icraatına Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə tərtib edilmiş 30 oktyabr 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin inzibati xəta haqqında protokolda göstərilmişdir ki, «Chevrolet Cobalt LTZ» minik markalı, **-PC-*** dövlət qeydiyyat nömrəli avtomobili idarə edən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanı törədilməsinə görə 12 iyul 2025-ci il tarixli, EQ 29200931 nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarla ona təyin edilmiş 10 manat cəriməni müəyyən edilmiş 3 ay müddət ərzində ödəməmişdir. İXM-nin 53.1.7-ci maddəsinə əsasən bu barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda izibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. “Elektron məhkəmə informasiya sistemi”ndən əldə edilmiş məlumatlardan görünür ki, Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə tərtib edilmiş 30 oktyabr 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında daha öncədən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 dekabr 2025-ci il tarixli, 3(001)-9379/2025 saylı qanuni qüvvəyə minmiş qərarı qəbul edilmiş, həmin qərara əsasən Şəxs təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmək hüququ 6 ay müddətə məhdudlaşdırılmışdır. Göstərilənlərə əsasən, hesab edirəm ki, Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə tərtib edilmiş 30 oktyabr 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanmış icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 53, 114, 119-121-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş 09 dekabr 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanılmış icraata həmin Məcəllənin 53.1.7-ci maddəsinə uyğun olaraq xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(5-93)-338/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-338/2026
19.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver