Məhkəmə qərarları › İş №3(5-93)-373/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(5-93)-373/2026

20.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-93)-373/2026 20.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızı, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 31900963 və 31900965 nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayətə baxılmağa hazırlanması zamanı, müəyyən etdim: İşin faktiki halları:

1. Məhkəmənin icraatına X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 31900963 və 31900965 nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayət daxil olmuşdur. Məhkəmənin əsaslandırması və mövqeyi:

2. İnzibati xəta haqqında materialların baxılmağa hazırlanması zamanı şikayəti və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, X2 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır.

3. Belə ki, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 31900963 və 31900965 nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi əvvəlki şikayət xx.xx.2026-cı il tarixdə məhkəmənin icraatına daxil olmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 3(5-93)- 172/2026 nömrəli qərardadına əsasən aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bundan sonra, X2 xx.xx.2026-cı il tarixdə yenidən eyni məzmunlu şikayət ilə məhkəməyə təkrar müraciət etmişdir.

4. Göründüyü kimi, Asif Gülməmməd oğlunun Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 31900963 və 31900965 nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayətə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən xx.xx.2026-cı il tarixli, 3(5-93)-172/2026 nömrəli qərardad ilə münasibət bildirilərək şikayət iş materialı birlikdə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Belə olan halda aydın olur ki, eyni məzmunlu və aidiyyəti üzrə baxılması üçün digər məhkəməyə göndərilmiş müraciətə baxılması üçün predmet qalmamışdır.

5. Odur ki, qeyd olunanlara əsasən hesab edirəm ki, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 31900963 və 31900965 nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayət geri qaytarılmalıdır.

6. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X4 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir.

7. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130-137-ci maddələrini rəhbər tutaraq,

qərara aldım:

X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 31900963 və 31900965 nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar