Məhkəmə qərarları › İş №3(5-93)-375/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(5-93)-375/2026

19.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-93)-375/2026 19.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X8, zərərçəkmiş şəxs X13, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Cəbrayıl rayonu, Horovlu kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına X4 İXM-in 528.1-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X15 izahat verərək bildirmişdir ki, Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(072)-429/2025 nömrəli qətnaməsinə əsasən Əlimirzəyeva (Səfərli) Aytac Raqub qızı ilə Şəxs arasında “tərəflərin rəsmi nikahından anadan olmuş 28 noyabr 2017-ci il təvəllüdlü X5, 25 oktyabr 2019-cu il təvəllüdlü X6 (ana) X7 yanında qalması və onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay (ata) Şəxs qazancından hər bir uşağa görə 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində, ümumilikdə 470 (dörd yüz yetmiş) AZN sabit pul məbləğində alimentin tutularaq, X7 xeyrinə ödənilməsinə dair” mediasiya prosesi nəticəsində bağlanılmış 28 avqust 2024-cü il tarixli barışıq sazişi təsdiq edilmişdir. xx.xx.2025-ci il tarixdə icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edib, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərmişdir. İcra sənədinin icrası ilə əlaqədar zəruri icra tədbirlərinin görülməsinə baxmayaraq X9 borcunu üzrsüz səbəbdən icra etmədiyi və icra məmurunun tələblərinə tabe olmadığı üçün sonuncu barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qurban Əlimirzəyevin icra sənədi üzrə 7990 manat borcu yığılmışdır. Odur ki, X4 inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, icra işi onun icraatında deyil. Qeyd edilən icra işi hal-hazırda məzuniyyətdə olan icra məmuru Təliə Əliyevanın icraatındadır. O, qeyd edilən icra sənədi üzrə borclu tərəfindən dəqiq olaraq nə qədər ödəniş olunduğunu bilmir və hal-hazırda onda bununla bağlı qəbzlər mövcud deyil. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 izahat verərək bildirmişdir ki, X18 ilə onun araısnda barışıq sazişi bağlanmış və həmin saziş Cəbrayıl Məhkəməsinin qətnaməsi ilə təsdiq edilmişdir. Qeyd edilən icra sənədi ilə bağlı onun tərəfindən mütəmadi olaraq ödənişlər edilmişdir. Lakin bəzi hallarda ödənişi tam edə bilmədiyinə görə borcu yığılmışdır. Həmçinin uşaqları da hal-hazırda onunla birlikdə qalır. Qeyd edilənləri nəzərə alaraq icra işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X18 izahat verərək bildirmişdir ki, Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən X9 ilə aralarında bağlanmış barışı sazişi təsdiq edilmişdir. X11 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli icra sənədi üzrə ödənişləri tam və vaxtında ödəmədiyi üçün 7990 manat borcu yığılmışdır. O, X3 borcunu tələb edir. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən X4 inzibati qaydada tənbeh olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(072)-429/2025 nömrəli icra vərəqəsindən görünür ki, X10 ilə Şəxs arasında “tərəflərin rəsmi nikahından anadan olmuş 28 noyabr 2017-ci il təvəllüdlü X5, 25 oktyabr 2019-cu il təvəllüdlü X6 (ana) X7 yanında qalması və onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay (ata) Şəxs qazancından hər bir uşağa görə 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində, ümumilikdə 470 (dörd yüz yetmiş) AZN sabit pul məbləğində alimentin tutularaq, X7 xeyrinə ödənilməsinə dair” mediasiya prosesi nəticəsində bağlanılmış 28 avqust 2024-cü il tarixli barışıq sazişi təsdiq edilmişdir. xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, X9 barəsində olan icra işi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X1 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(072)-429/2025 nömrəli icra sənədi üzrə olan borcunu ödəməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. X2 barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, X9 barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati protokol baxılmadan geri qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol icra məmuru X15 tərəfindən tərtib edilsə də, icra işi sonuncunun icraatında deyil və icra işi ilə bağlı tam məlumatlı deyil. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş X9 icra sənədi üzrə ödənişlər etdiyini bildirsə də, icra məmuru şəxs tərəfindən nə qədər ödəniş olunması ilə bağlı məlumatsız olduğunu bildirmişdir. Halbuki, şəxsin məsuliyyət məsələsinin müəyyən edilməsi üçün göstərilən amilin dəqiq şəkildə iş materiallarında öz əksini tapması mühüm əhəmiyyət kəsb edir. Göründüyü kimi icra məmuru tərəfindən şəxsin əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olması ilə bağlı kifayət qədər sübut toplanmadan barəsində inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İXM-in 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X9 barəsində başlanılmış inzibati icraatla bağlı əlavə sübutların toplanması, göstərilən xüsusatların araşdırılması üçün X9 barəsində İXMin 528.1-ci maddəsi tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: X9 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə geri qaytarılsın. Qərardaddan apelyasiya şikayəti verilə bilməz. Hakim:Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar