Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-377/2026 29.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi ilə, X1 iştirakı ilə, X2 tərəfindən Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ 33308808 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 tərəfindən Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ 33308808 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. X6 şikayətini onunla əsaslandırılmışdır ki, xx.xx.2026-cı il tarixdə saat 17:45:10-da idarə etdiyi BYD Destroyer 05 Plugin Hibrid markalı **-QE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Q.Qarayev prospektində, Neftçilər metrostansiyasının yaxınlığında hərəkətdə olarkən ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulan hərəkət zolağı olan yollarda hərəkət etməsinə görə barəsində İXM-nin 327.1-1-ci maddəsi ilə xx.xx.2026-cı il tarixdə protokol tərtib olunmuş və həmin protokol əsasında xx.xx.2026-cı il tarixdə qəbul edilmiş müvafiq qərarla o, 100 manat məbləğində cərimə olunmuşdur. Hesab edir ki, həmin qərar əsassız və qanunsuzdur. Belə ki, mən həmin vaxtı idarə idarə etdiyi avtomobillə ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulan hərəkət zolağı olan yollarda hərəkət etməmişdir. Həmin vaxtı yol hərəkəti qaydalarını pozmağı ilə əlaqədar hər hansı bir texniki vasitələrlə çəkilmiş video və foto görüntü də yoxdur. Əgər o hər hansı bir yol hərəkəti qaydasını pozsa idi, bu xüsusi texniki vasitələrlə qeydə alınardı. Bundan başqa, inzibati xəta xx.xx.2026-cı il tarixdə saat 17:45:10-da qeydə alınmış, lakin bir gün keçdikdən sonra xx.xx.2026-cı il tarixdə qərar qəbul edilmişdir. Göründüyü kimi inzibati qanunvericiliyin tələbləri pozulmaqla qərar qəbul edilmiş və ona göndərilmişdir. Məhkəmə iclasında X2 çıxış edərək bildirmişdir ki, sözügedən inzibati xətanı törətdiyini etiraf edir. Lakin inzibai xəta haqqında protokolun qanunvericiliyə uyğun tərtib edilmədiyini hesab edir və inzibati xəta hadisəsini qeydə alan sistemin sertifikasiyasını tələb edir. Maddi imkanının aşağı olmasını da nəzərə alaraq, şikayətin təmin edilməsi, Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsi tərəfindən çıxarılmış xx.xx.2026-cı il tarixli, EQ 33308808 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinə məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə şikayətə Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsi-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2026-cı il tarixli, EQ 33308808 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 100 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəməyə təqdim olunmuş və iş materiallarına əlavə olunmuş diskdə olan videogörüntüdən görünür ki, “BYD DESTROYER 05 PLUG-İN HİBRİD” minik markalı, ** QE *** dövlət qeydiyyat nişanlı avtomobil ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağında hərəkət etmişdir. Beləliklə, məhkəmə iclasında X3 şikayət ərizəsi və inzibati xətanın törədilməsi zamanı qeydə alınmış video-görüntü inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədlərlə qarşılıqlı şəkildə araşdırılaraq müəyyən edildi ki, inzibati xəta hadisəsi “BYD DESTROYER 05 PLUG-İN HİBRİD” avtomobili idarə edən X6 tərəfindən Q.Qarayev pr., Neftçilər M/St yaxınlığında baş vermişdir. Təqdim edilmiş video görüntüdən müşahidə edilmişdir ki, X6 “BYD DESTROYER 05 PLUG-İN HİBRİD” minik markalı, ** QE *** dövlət qeydiyyat nişanlı avtomobil ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağında hərəkət etmiş və bununla da İXM-in 327.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin Məcəllənin 327.1-1-ci maddəsinə əsasən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1– 5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə yüz manat məbləğində cərimə edilir. Belə olan halda aydın olur ki, şikayətin “Yol hərəkəti haqqında” qanunda nəzərdə tutulmuş qayda pozuntusuna yol verilmədiyinə dair dəlilləri əsassızdır. Məhkəmə inzibati xəta haqqında qərarın və ona əlavələrin real vaxt rejimində tərtib olunmaqla bir gün müddətində internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilməməsinin qanunsuzluğu barədə şikayətin dəlillərini də əsassız hesab edir. Belə ki, iş materiallarında olan Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin xx.xx.2026-cı il tarixli, EQ 33308808 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, sözügedən xətanın mövcudluğu Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin operatoru tərəfindən “Təhlükəsiz şəhər” xidmətinin nəzarət-müşahidə kameraları vasitəsilə qeydə alınmış arxiv görüntülərinə baxış keçirilərkən aşkarlanmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 81.1-ci maddəsinə görə müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. Həmin Məcəllənin 81.2-ci maddəsinə görə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Göründüyü kimi xüsusi texniki vasitələr yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik vasitələrdir. “Təhlükəsiz şəhər” xidmətinin nəzarət-müşahidə kameralarının funksiyası isə Bakı şəhərində əməliyyat şəraitinə nəzarətin gücləndirilməsi, asayişin qorunması, baş vermiş hadisələrin canlı olaraq izlənməsi, mümkün terror hadisələrinin qarşısının alınması və eləcə də baş vermiş hadisə zamanı X4 çevikliyinin yüksəldilməsinin təmin olunmasıdır. Başqa sözlə, “Təhlükəsiz şəhər” xidmətinin nəzarət-müşahidə kameraları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 81.2-ci maddəsində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların real vaxt rejimində aşkarlanmasında istifadə olunan xüsusi texniki vasitə hesab edilmir və buna görə həmin kameraların arxivləşdirdiyi görüntülərə İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində göstərilmiş icraat qaydaları tətbiq edilə bilməz. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, X5 istinad edilən inzibati xətaya inzibati-xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət etmiş və onun əməli düzgün olaraq İXM-in 327.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, EQ 33308808 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X3 həmin qərardan verdiyi şikayət təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 tərəfindən Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, EQ 33308808 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(5-93)-377/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-377/2026
29.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver