Məhkəmə qərarları › İş №3(5-93)-381/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(5-93)-381/2026

22.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-93)-381/2026 22.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızı, X1 İXM-nin 346.9-cu maddəsi ilə cərimə edilməsinə dair xx.xx.2026-cı il tarixli, EQ 33293640 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin baxılmağa hazırlanması zamanı, MÜƏYYƏNETDİM: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına X1 İXM-nin 346.9-cu maddəsi ilə cərimə edilməsinə dair xx.xx.2026-cı il tarixli, EQ 33293640 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət daxil olmuşdur. Şikayət və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, aşağıda göstərilənlərə əsasən şikayət baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1 və 129.1.3cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Şikayətə əlavə edilmiş şikayət ərizəsi və digər sənədlərdən görünür ki, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şikayətçi X1 yaşayış yeri Xırdalan şəhəri, Abşeron Gənclər şəhərciyi, 71 blok ünvanında yerləşir. Odur ki, X1 xx.xx.2026-cı il tarixli, EQ 33293640 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət şikayət verən şəxsin yaşayış yeri üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0 və 106.0.1-ci maddələrinin tələbinə görə hakim inzibati xəta haqqında işlərə baxarkən işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığı məsələsini həll etməlidir. Həmin Məcəllənin 109.1 və 109.1.7-ci maddələrinin tələbinə görə əgər işə baxılması hakimin səlahiyyətinə aid deyildirsə inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. Beləliklə də, təsvir olunanlarla əsasən məhkəmə hesab edir ki, X1 xx.xx.2026-cı il tarixli, EQ 33293640 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X3 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 İXM-nin 346.9-cu maddəsi ilə cərimə edilməsinə dair xx.xx.2026-cı il tarixli, EQ 33293640 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət verən şəxsin yaşayış yeri üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar