Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-39/2026 05.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Analitik Ekspertiza X5 Şəxs tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 215.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Şəxs barəsində İXM-in 215.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, xx.xx.2025-ci il tarixdə ünvan 2 (yeni qayda: ünvan 1 ünvanında yerləşən Şəxsnə məxsus tibb müəssisəsində keçirilmiş plandan kənar yoxlama zamanı sertifikatsız plastik cərrahiyyə işi üzrə praktik tibb fəaliyyətinə buraxılması faktı aşkar edilmişdir. Nəticədə, Şəxs tərəfindən İXM-in 215.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə1 izahat verərək bildirmişdir ki, Şəxs barəsində daxil olmuş şikayətlə bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Analitik Ekspertiza X5 Şəxs tərəfindən Şəxsnə məxsus ünvan 2 ünvanında yerləşən tibb müəssisəsində plandankənar yoxlama aparılmışdır. Yoxlama zamanı məlum olmuşdur ki, həmin müəssisədə həkim işləyən X2 plastik cərrahiyyə işi üzrə sertifikatı olmadan ginekomastiya plastik cərrahiyyə əməliyyatını icra etmişdir. Aşkar edilmiş pozuntu ilə bağlı Şəxs barəsində İXM-in 215.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Qeyd edilənləri nəzərə alaraq Şəxs inzibati qaydada tənbeh edilməsini xahiş etmişdir. xx.xx.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş Şəxs nümayəndəsi Nümayəndə2 izahat verərək bildirmişdir ki, X3 Şəxsnə məxsus tibb müəssisəsində həkim cərrah vəzifəsində işləyir və onun tərəfində ginekomastiya əməliyyatı icra edilmişdir. Ginekomastiya əməliyyatı plastik cərrahiyyə əməliyyatı deyil. Həmin əməliyyat ümumi cərrahlar tərəfindən icra edilir. Qanunvericiliyə əsasən icbari tibbi sığorta zərfinə plastik əməliyyatlar daxil deyil. Lakin birtərəfli və ikitərəfli ginekomastiya icbari tibbi sığorta zamanı cərrah tərəfindən göstərilən tibbi xidmətlərə daxil edilmişdir. Ona görə Günel Bayramlı ümumi cərrah kimi ginekomastiya əməliyyatını icra etmişdir. Bu da onu göstərir ki, Məhkəmənin icraatına Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Şəxs barəsində İXM-in 215.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsassızdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. xx.xx.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə1 izahat verərək bildirmişdir ki, “Cərrahi ixtisaslar üzrə peşə hazırlığı keçmiş mütəxəssislər tərəfindən icrasına icazə verilən plastik əməliyyatların X1 İX buraxılışı üzrə” siyahısında ümumi cərrahlar tərəfindən icra edilə biləcək plastik cərrahiyyə üzrə əməliyyatlar qeyd edilmişdir. Həmin əməliyyatlardan biri də ginekomastiya səbəbindən icra edilən reduksiya mammoplastikası əməliyyatıdır. xx.xx.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş Şəxs nümayəndəsi Nümayəndə2 izahat verərək bildirmişdir ki, “Cərrahi ixtisaslar üzrə peşə hazırlığı keçmiş mütəxəssislər tərəfindən icrasına icazə verilən plastik əməliyyatların X1 İX buraxılışı üzrə” siyahısında ümumi cərrahlara icazə verilən plastik əməliyyatların növləri qeyd edilmişdir. Ümumi cərrahiyyə fəaliyyəti ilə məşğul olan həkimlər üçün Səhiyyə Nazirliyi tərəfindən kursların təşkil olunması nəzərdə tutulmuşdur. Həmin kursu keçib sertifikat aldıqdan sonra ümumi cərrahlara qeyd edilən siyahıda göstərilmiş plastik cərrahiyyə əməliyyatlarını icra etməyə icazə veriləcəkdir. Lakin hələ ki, həmin kurs təşkil edilməmişdir. Bu səbəbdən ümumi cərrahlar həmin plastik cərrahiyyə əməliyyatlarını icra edə bilmirlər. Həmin siyahıda 85.32-ci bənddə reduksiya mammoplastikası (ginekomastiya səbəbindən) əməliyyatı qeyd edilmişdir. Ginekomastiya kişi cinsli şəxslərdə, sinə nahiyyəsində artıqlıqla bağlıdır. Əgər şəxsin sinə nahiyəsində piylə əlaqədar liposaksiya yerinə yetirilirsə bu plastik əməliyyat hesab edilir. Əgər kişi cinsi şəxsin sinə nahiyyəsində hormonal pozğunluqla bağlı süd vəzisinin götürülməsi zərurəti yaranırsa sağlamlıq baxımından ginekomastiya əməliyyatı icra edilir. Qeyd edilən əməliyyat da icbari tibbi sığorta zərfinə daxildir. Plastik əməliyyatda reduksiya mammoplastikası nəzərdə tutulmuşdur. Xəstənin tibbi kartasından da görünür ki, xəstə tibb müəssisəsinə müraciət etdikdən sonra USM müayinəsindən keçmişdir. Sağ döş nahiyəsinin səthi ultrasəs müayinəsi zamanı gilə ətrafında 16x10 mm., sol döş nahiyyəsinin səthi ultrasəs müayinəsi zamanı gilə ətrafında 25x17 mm. ölçülərdə süd vəzi toxuması ilə uyumlu struktur izlənilmiş, həqiqi ginekomastiya olduğu düşünülmüşdür. USM müayinəsindən sonra xəstə üzərində “süd vəzi toxumasının çıxarılması” əməliyyatı icra edilmişdir. Göründüyü kimi Şəxsnə məxsus tibb müəssisəsində xəstə üzərində sertifikatsız plastik cərrahiyyə əməliyyatı icra edilməmişdir. xx.xx.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş şahid X3 izahat verərək bildirmişdir ki, Şəxsnə məxsus ünvan 2 ünvanında yerləşən tibb müəssisəsində ümumi cərrah vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə xəstə X4 üzərində ginekomastiya – süd vəzisinin çıxarılması əməliyyatı onun tərəfindən icra edilmişdir. Elvin Əhmədov ilkin olaraq USM müayinəsində keçmiş, sonuncuda həqiqi ginekomastiya əlamətləri aşkar edilmşdir. O, USM müayinənin nəticəsinə baxdıqdan sonra diaqnozu təsdiqləmişdir. Xəstədən laborator analizlər götürülmüş, cavablar alınaqdan sonra xəstə əməliyyata götürülmüşdür. Əməliyyat zamanı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi PHŞ-nin nümayəndələri hospitala gəlmişdir. Bundan sonra Şəxs barəsində protokol tərtib edilmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, əməliyyat xəstənin öz hesabına icra edilmişdir. Xəstənin sinə nahiyyəsində aşkar edilmiş şişkinlik götürülməkdə gələcəkdə xərçəng xəstəliyinin yaranmasına səbəb olma ehtimalı olduğu üçün sağlamlıq baxımından götürülməsi məsləhət bilinir. Ginekomastiyanın artma səbəbi süd vəzi toxumaları olduğu halda əməliyyatı ümumi cərrahlar icra edir. Əgər artma səbəbi piy toxumasıdırsa əməliyyat plastik cərrah tərəfindən icra edilə bilər. Bu halda əməliyyat estetik məqsədlə olunur. Ümumi cərrahın əməliyyatı icra etməsi üçün tibbi göstəriş olmalıdır. Məhkəmə iclasında iştirak etmiş Şəxs nümayəndəsi Nümayəndə2 Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, KY252476831 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən, Şəxsnə məxsus tibb müəssisəsində plandankənar (növbədənkənar) yoxlama aparılması nəzərdə tutulmuşdur. xx.xx.2025-ci il tarixli, 3-28-1/3-2-1572/2025 nömrəli qərardan görünür ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Analitik Ekspertiza X5 Şəxs tərəfindən Şəxsnə məxsus ünvan 2 ünvanında yerləşən tibb müəssisəsində plandankənar (növbədənkənar) yoxlama aparılması qərara alınmışdır xx.xx.2025-ci il tarixli, T-189 nömrəli plandan kənar yoxlama aktından görünür ki, keçirilmiş yoxlama nəticəsində Şəxsnə məxsus tibb müəssisəsində sertifikatsız plastik cərrahiyyə işi üzrə X2 praktik tibb fəaliyyətinə buraxılması faktı aşkar edilmişdir. Stasionar xəstənin tibbi kartasının surətindən görünür ki, X4 xx.xx.2025-ci il tarixdə Şəxsnə məxsus tibb müəssisəsinə müraciət etmiş, sonuncuya ginekomastiya diaqnozu qoyulmuş, xəstə sinə nahiyyəsinin həcmli və şişkin olmasından şikayət etmiş, xəstə üzərində “süd vəzinin çıxarılması” əməliyyatı icra edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi barədə xx.xx.2023-cü tarixli qərarından görünür ki, birtərəfli reduksiya mammoplastikası (birtərəfli ginekomastiya) və ikitərəfli reduksiya mammoplastikası (ikitərəfli ginekomastiya) cərrahi tibbi xidməti xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin siyahısında göstərilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 46-cı bəndinə əsasən fasiləsiz olaraq ixtisasları üzrə beş ildən çox işləməmiş həkimlər və əczaçılar müvafiq təhsil müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. İxtisaslarının təsdiq olunmasından sonra İxtisasları üzrə beş ildən çox işləməmiş orta tibb və ya əczaçılıq təhsili olan işçilər dövlət səhiyyə sisteminin müvafiq müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktiki tibb və əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. Həmin Qanunun 49-1-ci bəndinə əsasən praktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər (işçilər) tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir Belə ki, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ünvan 2 (yeni qayda: ünvan 1 ünvanında yerləşən Şəxsnə məxsus tibb müəssisəsində xx.xx.2025-ci il tarixdə X4 üzərində həkim cərrah X3 tərəfindən sertifikat tələb edilən plastik cərrahiyyə əməliyyatı deyil, İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfində qeyd edilmiş ikitərəfli ginekomastiya, yəni “süd vəzinin çıxarılması” əməliyyatı icra edilmişdir. Göründüyü kimi, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə əməlində inzibati xəta tərkibi yoxdur. Qeyd olunan hallar iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş materiallarla öz təsdiqini tapır. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 452.1-ci maddəsinə əsasən apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına və ya yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulmasına görə - yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir. İXM-in 452.3-cü maddəsinə əsasən aptek təşkilatlarına dair tələblərin pozulmasına görə - vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Analitik Ekspertiza X5 Şəxs tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxsnın əməlində İXM-in 215.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Analitik Ekspertiza X5 Şəxs tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(5-93)-39/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-39/2026
05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver