Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-402/2026 21.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X5 Novruz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş orqan Baş Dövlət Yol Polisi İdarəsi Ekoloji nəzarət bölüyü Yol patrul xidməti inspektoru polis baş serjantı X3, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Zaqatala rayonu, A.Tala kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli – himayəsində 2 uşağı olan, fərdi əməklə məşğul olan, Zaqatala rayonu, Aşağı Tala kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs “Yol hərəkəti” haqqında Qanunun müvafiq maddələrinin tələblərini pozması nəticəsində onunla eyni istiqamətdə hərəkət edən “BYD” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobili sağa manevr edərək maddi ziyanlı nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Yoxlama zamanı onun sürücülük vəsiqəsinin olmadığı müəyyən edilmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində X1 avtomobilinə maddi zərər yetirilmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində Baş Dövlət Yol Polisi İdarəsi Ekoloji nəzarət bölüyü Yol patrul xidməti inspektoru polis baş serjantı X6 tərəfindən İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş orqan Baş Dövlət Yol Polisi İdarəsi Ekoloji nəzarət bölüyü Yol patrul xidməti inspektoru polis baş serjantı X6 protokolu müdafiə edərək, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs inzibati xəta törətməkdə təqsirini etiraf edərək bildirdi ki, o, həqiqətən də nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan “BMW” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş və törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində X1 avtomobilinə maddi zərər yetirmişdir. İlk dəfə məsuliyyətə cəlb edilməsinin nəzərə alınmasını və barəsində inzibati həbslə bağlı olmayan inzibati tənbehin seçilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş yol-nəqliyyat hadisəsinin sxemindən, Şəxs oğlunun və zərər çəkmiş şəxs X1 izahatlarından görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 18:15 radələrində “BMW” markalı, **-ZY-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edərkən Bakı-Quba yolunun 8-ci km-də “Yol hərəkəti haqqında” qanunun tələblərini pozmaqla vətəndaş X1 istifadəsində olan “BYD” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobili vurmuş, nəticədə zərər çəkmiş şəxs X2 maddi ziyan dəymiş, xəsarət alan olmamışdır. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə ayıq olmuş, alkoqolun qəbul əlamətləri olmamışdır. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Şəxs əvvəllər inzibati məsuliyyətə cəlb edilməmiş, barəsində analoji hüquqpozmalarla bağlı hər hansı inzibati tənbeh tətbiq olunmamışdır. Həmçinin, himayəsində Naz və Fərid adında iki övladı var. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə iki yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi özünün etirafı, inzibati xəta haqqında protokol və digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 332.4-cü maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən Şəxs inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs ilk dəfə inzibati məsuliyyətinə cəlb edilməsini və himayəsində 2 azyaşlı uşağının olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edildiyini, himayəsində iki uşağının olmasını nəzərə alıb hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh təyin edilməsi daha məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(5-93)-402/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-402/2026
21.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver