Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-41/2026 06.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X6 Novruz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X5, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Ermənistan Respublikası, Kalinin rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs sonuncu dəfə xx.xx.2025-ci il tarixdə Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində narkotik vasitə olan heroin qəbul etmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X7 tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X7 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, polis əməkdaşları xidməti ərazidə bir nəfər şəxsin özünü şübhəli apardığını görüb, həmin şəxsin narkotik vasitələrin təsiri altında olduğundan şübhələndiklərindən, həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş, həmin şəxsi bölməyə dəvət etmişlər. Bölmədə məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. Narkoloji Mərkəzin rəyinə əsasən ondan götürülmüş sidik nümunəsində MTD (+), OPİ (+) və MET (+) aşkar edilmiş, narkomaniya xəstəliyi aşkar olunmuşdur. Özü də bu faktı etiraf etmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Onun narkotik vasitə aludəçisi olduğunu nəzərə alıb, inzibati həbs növündə tənbeh edilməsini xahiş etmişdir. Sahə inspektoru ona verilmiş suala cavab olaraq bildirdi ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 16:20-də azad edilsə də, onların nəzarətində olmuş və məhkəməyə onların müşayiəti ilə gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, həqiqətən də xx.xx.2025-ci il tarixdə Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində narkotik vasitə olan heroin qəbul etmişdir. Əvvəllərdə bununla bağlı həm məhkumluğu həm də inzibati xətası olmuşdur. Hazırda əməlindən çox peşmandır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Ambulator X2 dair xx.xx.2026-cı il tarixli, 32 saylı rəydən görünür ki, Şəxs götürülmüş sidik nümunəsində MTD (+), OPİ (+) və MET (+) aşkar edilmişdir. Müayinə zamanı Şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. İnzibati qaydada tutma haqqında xx.xx.2026-cı il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 18:41-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə tutulmuş, xx.xx.2026-cı il tarixdə saat 16:20-də azad edilmişdir. Şəxs Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Şöbəsində verdiyi izahatında əməlini etiraf etmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)-6734/2025 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq edilmişdir. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların Siyahı”larına əsasən heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitədir. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi özünün etirafı, ekspert rəyi, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXMin 206-cı maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məhkəmə İXM-in 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini, Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən etmir. Beləliklə, Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə inzibati tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Məhkəmə qənaətini belə əsaslandırır ki, Şəxs əvvəl də eyni xarakterli inzibati xəta törətdiyinə görə inzibati tənbeh tədbirinə məruz qaldığı müəyyən edilmişdir. Lakin şəxs ona tətbiq olunmuş inzibati tənbeh tədbirindən nəticə çıxarmamış, davranışını dəyişməmiş və islah olunmamışdır. Bundan əlavə, müayinə zamanı onda narkomaniya xəstəliyinin aşkar olunması narkotik vasitələrin aludəçisi olduğunu təsdiq edir. Bu mənada da məhkəmə hesab edir ki, cəmiyyətin maraqları şəxsin azadlıq hüququndan üstündür. Odur ki, Şəxs inzibati həbs növündə tənbeh təyin edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs təyin edilən inzibati həbs müddətinin əvvəli ilə bağlı qeyd edir ki, işdə olan inzibati qaydada tutma haqqında protokolda o, xx.xx.2026-cı il tarixdə saat 18:41-də tutulmuş, xx.xx.2026-cı il tarixdə saat 16:20-də azad edilmiş, həmin gün saat 17:55-də isə məhkəmə iclasına gətirilmişdir. İşin müəyyən edilmiş mübahisəsiz hallarına əsasən Şəxs xx.xx.2026-cı il saat 17:55də məhkəməyə gətirilənədək 5-ci PŞ-də, yəni polis əməkdaşlarının fasiləsiz nəzarəti altında olmaqla, onların müşayiəti ilə məhkəmə iclasına gəlmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ona təyin edilən inzibati həbs müddətinin əvvəli xx.xx.2026-cı il tarixdə saat 18:41-dən hesablanmalıdır. Məhkəmə, Ambulator X1 rəyini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası İXM-in 37.1-ci maddəsinə əsasən Şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 37.1-ci maddəsinə görə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. 37.3-cü maddəsinə görə barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. 37.5-ci maddəsinə görə barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır:..inzibati tənbeh vermə haqqında... 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2026-cı il tarixdən saat 18:41-dən hesablansın. İnzibati qaydada həbs edilmiş Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(5-93)-41/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-41/2026
06.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver