Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-412/2026 12.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis şöbəsinin sahə inspektoru, polis mayoru X2, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, FİN: xxxxxxx Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40cı Polis şöbəsinin sahə inspektoru, polis mayoru X4 tərəfindən Şəxs barəsində İXM-in 232-1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 05:20 radələrində Bakı şəhəri Binəqədi rayonunda yerləşən Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində “Şəki” kafesinin arxasında Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes E220” markalı avtomobilin sağ yan güzgüsünü vurub sındırmış və avtomobilə digər zədələr yetirmiş, nəticədə Zərərçəkmiş şəxs 630 manat zərər dəymişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis şöbəsinin sahə inspektoru, polis mayoru X4 izahatında bildirmişdir ki, 14 dekabr 2025-ci ildə gecə radələrində Zərərçəkmiş şəxs taksi fəaliyyəti ilə məşğul olduğu **-BY-*** dövlət nömrə nişanlı, “Mercedes E220” markalı nəqliyyat vasitəsi ilə Şəxs müştəri kimi “Alatava” ərazisindən götürmüşdür. Zərərçəkmiş şəxs Şəxs Bakı X1 gətirmişdir. Həmin yerdən də əlavə müştərilər götürüb Bərdə rayonuna yola düşəcəkdi. Lakin Şəxs öz fikrini dəyişərək Bərdəyə getməkdən imtina etmiş, bunda sonra Zərərçəkmiş şəxs Şəxs əvvəlcə verdiyi 10 manat pulu istəmişdir. Lakin Şəxs 10 manat pulu vermədiyi üçün mübahisə yaranmış, mübahisə zəmnində Şəxs Zərərçəkmiş şəxs avtomobilinə qəsdən ziyan vurmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, onun rəsmi iş yeri olmadığından etibarnamə ilə idarə etdiyi Mersedes E 220 markalı **-BY-*** dövlət nömrə nişanlı avtomaşınla rayonlar arası taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2025-ci il tarixdə saat 03:41 radələrində iş yoldaşı Qorxmaz ona zəng vurub bildirmişdir ki, Şamaxinka adlanan yerdə bir nəfər xanım müştəri var, götürüb Bərdə rayonuna aparmaq lazımdır, gediş haqqı isə rayona çatanda veriləcəkdir. O, adı çəkilən ünvana gedərək özünü Rəna kimi təqdim edən xanım müştərini götürəndə Rəna ondan xahiş etmişdir ki, gəldiyi taksiyə 10 manat versin daha sonra qaytaracaq. O da həmin pulu vermişdir. xx.xx.2025-ci il tarixdə saat təxminən 05:20 radələrində Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında yerləşən «Şəki» kafesenin arxasında dayanıb müştəri gözləyəndə həmin xanım bildirdi ki, rayona getməkdən imtina edir o, da Rənaya verdiyi 10 manat pulu geri qaytarmasını tələb etdiyi üçün aralarında mübahisə baş vermiş və sonuncu “Mersedes E 220” markalı **-BY-*** dövlət nömrə nişanlı avtomaşının sağ yan güzgüsünü baş vermiş mübahisə zamanı qəsdlə vurub sındırmış, daha sonra dəmirdən olan enerji içkisi avtomaşının müxtəli hissələrinə vurmuşdur. Məhkəmə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında iştirak etməməsini və məhkəməyə iclasın təxirə salınması barədə vəsatət verilməməsini nəzərə alaraq onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Lakin Şəxs əməlində İXM-nin 232-1-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmişdir. X3 iş materiallarına olan izahatından görünür ki, sonuncu əsəbləşdiyi üçün Zərərçəkmiş şəxs idarə etdiyi “Mersedes E 220” markalı **-BY-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin güzgüsünə və müxtəlif hissələrinə əlində olan “bizon” adlı içkinin dəmir qabı ilə vurmasını etiraf etmişdir. “Avto Klub” Servisdən alınmış xx.xx.2025-ci il tarixli nǝqiliyyat vasitəsinə vasitəsinə dəymiş zərərin müəyyənləşdirilməsi arayışından görünür ki, “Mersedes E 220” markalı **- BY-*** dövlət nömrə nişanlı avtomaşına ümumilikdə 630 manat maddi ziyan dəymişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Odur ki, inzibati xəta haqqında protokol düzgün olaraq tərtib olunmuş, şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 03:41 radələrində Zərərçəkmiş şəxs Mersedes E 220 markalı **-BY-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə taksi fəaliyyəti ilə məşğul olan zaman Bərdə rayonuna aparmaq üçün Şəxs Şamaxinka adlanan yerdən götürmüş və həmin zamanın sonuncun gəldiyi taksiyə 10 manat vermiş və birlikdə rayona getməyə başqa müştərilər götürmək üçün Bakı X1 getmişlər. Həmin kompleksin yaxınlığında yerləşən «Şəki» kafesenin arxasında dayanıb müştəri gözləyən zaman Şəxs rayona getməkdən imtina etmiş, bu zaman Zərərçəkmiş şəxs sonuncudan onu gətirən taksiyə verdiyi 10 manat pulu tələb etmiş, bunda sonra aralarında yaranmış mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs idarə etdiyi “Mersedes E 220” markalı **-BY-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sağ yan güzgüsünü qəsdən vurub sındırmış, daha sonra əlində olan enerji içkisinin dəmir qabı ilə nəqliyyat vasitəsinin müxtəli hissələrinə vurmuşdur. Nəticədə avtomobilə 630 manat dəyərində ziyan dəymişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxsin izahatı və digər iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda – inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeyd hissəsinə əsasən bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati məsuliyyət məsələsini həll edərək belə nəticəyə gəlir ki, Şəxs məsuliyyətini yüngülləşdirən hallar, məsuliyyətini ağırlaşdıran halların olmaması, törətdiyi inzibati xətanın xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınaraq ona təqsirli bilindiyi maddənin sanksiyası çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri təyin etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş həddə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli qədər - 630 (altı yüz otuz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(5-93)-412/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-412/2026
12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver