Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-93)-422/2026 29.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 32847034 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Məhkəmənin icraatına X1 DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 32847034 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən şikayətçi X2 bildirmişdir ki, inzibati xəta haqqında protokol tərtib edilən zaman nəqliyyat vasitəsini o idarə etmişdir. Bu səbəbdən inzibati tənbeh vemrə haqqında qərardan şikayəti o vermişdir. Məhkəmə, inzibati xəta haqqında materiallara məhkəmə iclasında baxılması zamanı şikayəti və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirərək hesab edir ki, X2 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EQ 32847034 nömrəli inzibati tənbeh vermə haqqında Babaşova Fidan Mahmud qızı barəsində tərtib olunmuşdur. Sözügedən qərardan verilmiş şikayət şikayət vermək hüququ olmayan şəxs tərəfindən verilmişdir. Şikayət vermiş şəxs X1 şikayət vermək hüququna dair hər hansı sənəd iş materiallarına əlavə olunmamışdır. Beləliklə, qeyd olunanlara əsasən hesab edirəm ki, X1 DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 32847034 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət şikayət hüququ olmayan şəxs tərəfindən verildiyindən geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldım: X1 DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 32847034 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(5-93)-422/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(5-93)-422/2026
29.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver