Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-429/2026 05.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X8 Novruz oğlunun katibliyi ilə, Hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X1 nümayəndəsi X5 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs: Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X4, AZ1108, Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov, ev 15, VÖEN ********** Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti baş leytenantı X6 oğlu tərəfindən hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair xx.xx.2026-cı il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Təhqiqat şöbəsinə “Şirvan” gömrük postundan xx.xx.2026-cı il tarixli, 3-33/1-002121/2026 nömrəli material daxil olmuşdur. Materialın araşdırılması zamanı müəyyən olunmuşdur ki, Rusiya Federasiyasında yerləşən "xxxx" MMC-dən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postundan keçməklə hüquqi şəxs Şəxs MMC-nin "xxxx" EİM-in ünvanına “77JX153/99YE746” qeydiyyat nişanlı yük nəqliyyat vasitəsilə idxal olunmuş “poladdan yastı prokat” mallarına dair gömrük ərazisinə gətirilməzdən əvvəl elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Araşdırma ilə əlaqədar izahatı alınmış X3 bildirmişdir ki, hüquqi şəxs Şəxs MMC-nin "xxxx" EİM-də loqistika üzrə aparıcı mütəxəssis vəzifəsində işləyir. Nümayəndəsi olduğu müəssisənin əsas fəaliyyət istiqaməti müxtəlif növ silah və sursatın istehsalıdır. Bu məqsədlə müəssisə xarici ölkələrdən qeyd etdiyi sursatların istehsalı üçün xam məhsulu idxal edir və həmin yükü emal əməliyyatlarından keçirməklə hazır məhsul əldə edərək satışa çıxarır. Qeyd olunan faktla bağlı bildirmişdir ki, Rusiya Federasiyasında yerləşən "xxxx" MMC-dən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postundan keçməklə müəssisənin ünvanına “77JX153/99YE746” qeydiyyat nişanlı yük nəqliyyat vasitəsilə idxal olunmuş “poladdan yastı prokat” mallarına dair gömrük ərazisinə gətirilməzdən əvvəl elektron qaydada qısa idxal bəyannaməsi vaxtında təqdim edilməmişdir. Bunun da səbəbi malı ixrac edən "xxxx" MMC-nin idxal olunmuş yüklərlə bağlı mal müşayiət sənədlərinin onlara vaxtında göndərilməməsi olmuşdur. xx.xx.2026-cı il tarixli “baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixli, “**********7042” sorğu nömrəli gömrük bəyannaməsinin “40”-cı qrafasında əvvəlki bəyannamə(lər) barədə heç bir məlumat əks olunmamışdır (qrafada əvvəlki bəyannamənin (qısa idxal və ixrac, natamam və dövri və əvvəlki prosedur olduqda onun nömrəsi) nömrəsi göstərilir). xx.xx.2026-cı il tarixli “baxış keçirilməsi haqqında protokoldan görünür ki, hüquqi şəxs Şəxs MMC-nin “Sənayecihaz" EİM- in ünvanına idxal olunaraq Xaçmaz Gömrük İdarəsi “Samur” gömrük postundan keçmiş “poladdan yastı prokat” mallarına dair elektron qaydada qısa idxal bəyannaməsi xx.xx.2025-ci il tarixdə, saat 12:39-da gömrük orqanına təqdim olunmuş, lakın “77JX153/99YE746” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixdə saat 13:00-da gömrük sərhədini keçmişdir. Beləliklə, qısa idxal bəyannaməsi malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməli olduğu halda verilməmişdir. Beləliklə, toplanmış sübutlarla müəyyən edilmişdir ki, hüquqi ünvanı Bakı şəhər Binəqədi rayonu, Z.Bünyadov, ev 15 olan Şəxs MMC-nin “Sənayecihaz EİM-in ünvanına idxal olunaraq Xaçmaz Gömrük İdarəsi “Samur” gömrük postundan keçmiş “poladdan yastı prokat” mallarına dair elektron qaydada qısa idxal bəyannaməsi xx.xx.2025-ci il tarixdə, saat 12:39-da gömrük orqanına təqdim olunmuş, lakın “77JX153/99YE746” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixdə saat 13:00-da gömrük sərhədini keçmişdir. Beləliklə, qısa idxal bəyannaməsi malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməli olduğu halda verilməmişdir. Bu hərəkətlə də, hüquqi şəxs Şəxs MMC-nin “Sənayecihaz" EİM Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X1 nümayəndəsi X9 bildirmişdir ki, idxal olunmuş yüklərlə bağlı mal müşayiət sənədlərinin onlara vaxtında göndərilməməsinə görə qısa idxal bəyannaməsini vaxtında təqdim edə bilməmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikası Dövlət Gömrük Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi nümayəndəsinin iştirakını məhkəmədə təmin etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokola nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X4 tərəfindən inzibati xəta törədilməsi müəyyən edildiyindən cəmiyyət inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Dövlət Gömrük Komitəsinin “Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi” informasiya resursundan çıxarışdan və gömrük bəyannaməsi üzrə çıxarışdan görünür ki, hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X1 ünvanına idxal olunaraq Xaçmaz Gömrük İdarəsi “Samur” gömrük postundan keçmiş “poladdan yastı prokat” mallarına dair elektron qaydada qısa idxal bəyannaməsi xx.xx.2025-ci il tarixdə, saat 12:39-da gömrük orqanına təqdim olunmuş, lakın “77JX153/99YE746” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixdə saat 13:00-da gömrük sərhədini keçmişdir. xx.xx.2026-cı il tarixdə Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X1 nümayəndəsi X3 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin Təhqiqat şöbəsində verdiyi izahatında bidirmişdir ki, Rusiya Federasiyasında yerləşən "xxxx" MMC-dən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postundan keçməklə müəssisənin ünvanına “77JX153/99YE746” qeydiyyat nişanlı yük nəqliyyat vasitəsilə idxal olunmuş “poladdan yastı prokat” mallarına dair gömrük ərazisinə gətirilməzdən əvvəl elektron qaydada qısa idxal bəyannaməsi vaxtında təqdim edilməmişdir. Bunun da səbəbi malı ixrac edən "xxxx" MMC-nin idxal olunmuş yüklərlə bağlı mal müşayiət sənədlərinin onlara vaxtında göndərilməməsi olmuşdur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 920 nömrəli Fərmanının 2.2ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X2 istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X2 istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Belə olan halda da, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, habelə digər sübutlarla tam sübuta yetirilmiş və əməl düzgün olaraq İXM-in 485.2-ci maddəsi ilə tövsif edilmişdir. Hüquqi şəxsin hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsir tam sübuta yetirildiyinə görə cəmiyyət inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə bu Məcəllənin 127-3.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Eyni Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. Məhkəmə sözügedən Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X4 barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini və qanunda göstərilmiş digər halları (inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar) nəzərə alır. Məhkəmə hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X1 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(5-93)-429/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-429/2026
05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver