Məhkəmə qərarları › İş №3(5-93)-441/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-441/2026

05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-441/2026 05.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X2, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi X1 iştirakı ilə, X2 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ 33129428 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ 33129428 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X4 tərəfindən verilmiş şikayət onunla əsalandırılmışdır ki, xx.xx.2026-cı il tarixində barəsində İnzibati Xətalar Məcəlləsinin 327 1-ci maddəsinə əsasən EQ33129428 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və buna müvafiq olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Qərar onunla əsaslandırılmışdır ki, tərəfindən yol nişanlarının tələblərinə riayət edilməmişdir. Hazırda sözügedən inzibati tənbeh vermə haqqında qərar qanunsuz olduğundan və inzibati xəta törətmədiyindən, qərarın ləğv olunması üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Belə ki, qərarda qeyd olunmuşdur ki, tərəfindən yol nişanlarının tələblərinə riayət edilməmiş və inzibati xəta törədilmişdir. Qərara əlavə olunmuş fotoşəkillərə nəzər yetirdikdə, onun Mətbuat prospektindən Ayna Sultanova küçəsinə dönməyi və həmin yerdə quraşdırılmış yol nişanlarının göstərildiyi məlum olur. Həmin fotoşəkillərə nəzər yetirdikdə aydın şəkildə görünür ki, o, nəqliyyat vasitəsi ilə sola (Ayna Sultanova küçəsinə) dönərkən yolun sol zolağını tutmuş və hər hansı yol nişanının tələbini pozmamışdır. Həmin zolaq həm yol nişanı, həm də yerdə olan nişanlanmadan göründüyü kimi, məhz nəqliyyat vasitələrinin sola dönməsi üçün nəzərdə tutulmuşdur. Əgər tərəfimndən həqiqətən yol nişanlarının tələbləri pozulmuşdursa, niyə bunu aydın şəkildə göstərəcək fotoşəkillər və ya videogörüntü əlavə olunmamışdır. Deməli həmin yerdən dönərkən o, qayda pozmamış və buna görə bu cür fotoşəkil və ya video təqdim etmək mümkün olmamışdır. Həmçinin elektron kabinetdə göstərilmiş inzibati tənbeh tətbiq edilməsi barədə qərarın tarixi göstərilsə də, nömrəsi qeyd olunmamış və həmin qərarla tanış edilməmiş və surəti ona göndərilməmişdir Həmin qərar barədə yalnız elektron kabinetimdə 06 yanvar 2026-cı il tarixində məlumatlar yerləşdirilmişdir. Odur ki, inzibati tənbeh vermə haqqında qərarın surəti ona təqdim olunmadığından, tərəfimdən həmin qərarın məhkəməyə də təqdim olunması mümkün olmamışdır. Hesab edir ki, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş qərar əsassız olduğundan ləğv olunmalıdır. Odur ki, barəsində qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ 33129428 nömrəli qərarın ləğv edilməsi və müvafiq inzibati xəta üzrə işə xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında X4 şikayəti müdafiə edib bildirmişdir ki, onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar əsassızdır. Belə ki, onun tərəfindən hər hansı qayda pozuntusu törədilmədiyi halda barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. O, xx.xx.2026-cı il tarixdə idarə etdiyi avtomobillə Bakı şəhəri, Mətbuat prospektində kənar sol zolaqdan Ayna Sultanova küçəsinə doğru sola dönərək hərəkətini davam etdirmişdir. Onun barəsində qəbul edilmiş qərara əsasən guya o, yol nişanlarının tələblərinə riayət etməmişdir. Lakin o, heç bir nişanın tələbini pozmamışdır. Odur ki, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş qurumun nümayəndəsi X3 bildirmişdir ki, X4 tərəfindən törədilmiş qayda pozuntusu TŞ kamerası vasitəsi ilə qeydə alınmış görüntü ilə öz təsdiqini tapmışdır. Belə ki, sürücü Hikmət Ağayev Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində idarə etdiyi avtomobillə hərəkət edərək düzünə hərəkət etməli olan zolaqdan sola doğru hərəkət etmişdir. Buna görə Hikmət Ağayev barəsində əsaslı olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə xx.xx.2026-cı il tarixli, EQ 33129428 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və 40 manat cərimə edilmişdir. Odur ki, X4 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2026-cı il tarixli, EQ 33129428 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 06yanvar 2026-cı il tarixdə saat 17:38-də Bakı şəhəri, Mətbuat prospekti ilə Ayna Sultanova küçəsinin kəsişməsində “Hyundai Solaris minik” markalı, 99CT229 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət etməyərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Materiala əlavə edilmiş diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, X4 nəqliyyat vasitəsini idarə edərkən düzünə hərəkət etməli olduğu zolaqdan sola doğru hərəkət edərək yol nişanın tələbini pozmuşdur. Məhkəmə, iş materiallarını və məhkəmədə toplanmış sübutları tam, hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ 33129428 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti təmin edilməməlidir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 69-cu maddəsinin İİ bəndinə əsasən yol nişanlanmasına hərəkət təhlükəsizliyini artırmaq məqsədi ilə yol hərəkəti qaydalarını müəyyənləşdirən, yol qurğularının ölçülərini və ya yolun istiqamətini bildirən, yolun hərəkət hissəsinə, yolun və yol qurğularının digər elementlərinə çəkilən xətlər, yazılar və digər qeydlər aiddir. Yol nişanlanması müstəqil şəkildə, habelə yol nişanları və svetoforlarla birlikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında tətbiq olunur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 69-cu maddəsinin İV bəndinə əsasən yolun nişanlanması yol hərəkətinin təşkilinə, yol hərəkəti iştirakçılarının xəbərdar edilməsinə və istiqamətləndirilməsinə xidmət edir. Ondan müstəqil şəkildə ayrıca və ya tələblərini dəqiqləşdirdiyi və yaxud tamamladığı yol nişanları ilə birgə istifadə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 69-cu maddəsinin Vİ bəndinin 1-ci hissəsinə əsasən “1.1” üfüqi nişanlanma xətti əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 69-cu maddəsinin Vİ bəndinin 18-ci hissəsinə əsasən “1.18” üfüqi nişanlanma xətti yolayrıcında hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətlərini göstərir, müstəqil, yaxud 5.8.1, 5.8.2 nişanları ilə birlikdə tətbiq edilir, dalan təsviri çəkilmiş nişanlama xətti göstərir ki, yaxınlıqdakı hərəkət hissəsinə dönmək qadağandır, sol kənar zolaqdan sola dönməyə icazə verən işarə həmin zolaqdan geriyə dönməyə də icazə verir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 69-cu maddəsinin Vİİ bəndinin 1-ci hissəsinə əsasən 1.1-1.3 xətlərini kəsib keçmək qadağandır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. Məhkəmədə tədqiq edilmiş iş materiallarından müəyyən edilmişdir ki, X4 xx.xx.2026-cı il tarixdə Mətbuat prospekti ilə Ayna Sultanova küçəsinin kəsişməsində “Hyundai Solaris minik” markalı, 99CT229 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən düzünə hərəkət etməli olduğu hərəkət zolağından sol istiqamətdə hərəkət edərək yol nişanın tələbini pozmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən əsaslı olaraq xx.xx.2026-cı il tarixli, EQ 33129428 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Ona görə də, məhkəmə hazırda baxılan iş üzrə X4 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ 33129428 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X2 həmin qərardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ 33129428 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ 33129428 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar