Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-452/2026 12.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, X1 iştirakı ilə, X3 AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2026-cı il tarixli, 16/1-264772 saylı inzibati xəta haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2026-cı il tarixli, 16/1-264772 saylı inzibati xəta haqqında qərardan verdiyi şikayət məhkəməyə daxil olmuşdur. X2 şikayətini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası DİN BDYPİnin Mərkəzi İnformasiya Xidmətinin xx.xx.2025-ci il tarixli, EQ 30150955 nömrəli elektron qərarı ilə Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsinə əsasən ona yazdığı cərimə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)-8440/2025 saylı qərarı ilə ləğv edilərək yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə göndərilmişdir. Buna baxmayaraq, DİN BDYPİ qərarı qüvvədə saxlamışdır. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək, barəsində İXM-in 327.2-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2026-cı il tarixli, 16/1-264772 saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi və barəsində başlanan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, 16/1-199243 saylı inzibati xəta haqqında qərardan görünür ki, AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə vətəndaş X4 barəsində 100 (yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 3(001)-6339/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, X3 inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30150955 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və yenidən araşdırılması üçün qəarı qəbul etmiş orqana göndərilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 3(001)-8440/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-+ci il tarixli, 16/1-199243 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana – Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə göndərilmişdir. xx.xx.2026-cı il tarixli, 16/1-264772 saylı inzibati xəta haqqında qərardan görünür ki, AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə vətəndaş X4 barəsində 100 (yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialı şikayətin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməli və X4 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə üzrə icraata xitam verilməlidir. Şikayətin dəlillərindən və şikayətçinin məhkəmə iclasında verdiyi izahatdan görünür ki, şikayət müəllifi onun tərəfindən hər hansı inzibati xətanın törədilmədiyini və barəsində qanunsuz inzibati xəta haqqında qərar qəbul olunduğunu göstərmişdir. Göstərilən halla bağlı ardıcıl olaraq ayrı-ayrı tarixlərdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmiş və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 3(001)-6339/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə, X3 inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30150955 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və yenidən araşdırılması üçün qəarı qəbul etmiş orqana göndərilmişdir. Lakin, səlahiyyətli orqan tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarlarında göstərilən xüsusatlar araşdıtılçadan yenidən şəxsin barəsində İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Şikayətçi yenidən onun barəsində qəbul etmiş qərardan şikayət etmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 3(001)-8440/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, 16/1-199243 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana – Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə göndərilmişdir. Lakin, AR DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmişdir. AR DİN Baş Dövlət Yol Polisi İdarəsi heç bir araşdırma aparmadan yenidən eyni qərarı qəbul etmişdir. Məhkəmə araşdırması zamanı AR DİN Baş Dövlət Yol Polisi İdarəsinə 05 fevral 2026-cı il tarixdə sorğu ünvanlanmış və inzibati xətanın qeydə alınmış video-görüntülərinin 12 fevral 2026-cı il tarixədək məhkəməyə təqdim edilməsi xahiş edilsə də, məhkəmə tərəfindən ünvanlanmış sorğuya cavab verilməmiş və görüntü məhkəməyə təqdim edilməmişdir. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, inzibati tənbehvermə haqqında qərarı qəbul etmiş orqan məhkəmə tərəfindən qəbul edilmiş qərarlarda göstərilən xüsusatları araşdırmadan şəxsin İXM-in 327.2ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati tənbehvermə haqqında qərar qəbul emişdir. Bundan başqa, xx.xx.2026-cı il tarixli, 16/1-264772 saylı inzibati xəta haqqında qərarda X3 “Mercedes” markalı, ** NC *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yolayrıcını keçmə qaydasının pozulması faktı müəyyən edildiyi qeyd edilsə də, inzibati xəta haqqında qərarı qəbul etmiş AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən təqdim edilmiş qayda pozuntusunun foto görüntülərinə məhkəmə iclasında baxış keçirilən zaman, həmin şəkillər vasitəsi ilə hansısa inzibati xətanın törədildiyi qənaətinə gəlinməsi mümkün deyildir. Belə olan halda, məhkəmə X3 təqsirinin sübuta yetirilmədiyi qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan və inzibati xəta haqqında qərarı qəbul etmiş orqan tərəfindən xx.xx.2026-cı il tarixli, 16/1-264772 saylı inzibati xəta haqqında qərarın qəbul edilməsinə əsas olmuş heç bir sübut məhkəməyə təqdim olunmadığından, məhkəmə hesab edir ki, şikayət əsaslıdır. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göründüyü kimi, hazırki iş üzrə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin inzibati xəta törədilməsinə aidiyyəti və inzibati xətanın törədilməsində təqsiri sübuta yetirilmir. Beləliklə, məhkəmə hesab edir ki, X4 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2026-cı il tarixli, 16/1-264772 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2026-cı il tarixli, 16/1-264772 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X4 barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(5-93)-452/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-452/2026
12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver