Məhkəmə qərarları › İş №3(5-93)-50/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(5-93)-50/2026

08.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-93)-50/2026 08.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə materialı nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru X1 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol xx.xx.2026-cı il tarixdə baxılması üçün məhkəməyə təqdim edilmiş və 3(5-93)-50/2026 saylı inzibati xəta haqqında iş açılaraq icraatıma daxil olmuşdur. Həmin tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə 3(5-93)-49/2026 saylı inzibati xəta haqqında iş məhkəmənin digər hakimi Elçin Ağayevin icraatına daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda həmin işlərə eyni vaxtda baxılmalı olduğundan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Elçin Ağayevin 3(5-93)-49/2026 saylı, xx.xx.2026-cı il tarixli qərardadı ilə Şəxs barəsində tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol bir icraatda birləşdirilmişdir. Odur ki, hazırda sözügedən protokollar bir icraatda birləşdirildiyindən və inzibati xəta haqqında işə baxılması 3(5-93)-49/2026 saylı nömrə altında davam etdirildiyindən 3(5-93)-50/2026 saylı inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolla bir icraatda birləşdiyindən 3(5-93)-50/2026 saylı inzibati xəta haqqında işin baxılmasına xitam verilsin. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar