Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-93)-504/2026 27.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materialın baxılmağa hazırlanması zamanı müəyyən etdim: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. İşin baxılmağa hazırlanması zamanı müəyyən etdim ki, xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan: xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-988/2025 saylı icra sənədinin icrası ilə bağlı “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Şəxs icra məmurunun qanuni tələbinə əməl etməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-988/2025 saylı icra vərəqəsindən görünür ki, cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətindən 20000 (iyirmi min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 97,4 manat (doxsan yeddi manat qırx qəpik) olmaqla, ümumilikdə 20097,4 manat (iyirmi min doxsan yeddi manat qırx qəpik) məbləğində pul vəsaiti tutularaq X1 ödənilməlidir. Qeyd edilməlidir ki, iş materiallarında məcburi icra tədbirlərinin də həyata keçirilməsi təsdiqini tapmır. Belə ki, hüquqi şəxsin adına əmlak olub-olmaması barədə müvafiq dövlət qurumlarına sorğuların verilməsinə dair sənədlər iş materiallarında əksini tapmır. Bununla yanaşı Şəxs xx.xx.2025-ci il tarixli izahatında şirkətin balansında “Ackermann Fruehauf” markalı, 10ZH493 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olmasını bildirmişdir. Həmçinin Şəxs xx.xx.2025-ci il tarixli izahatında həmin nəqliyyat vasitəsinin Gəncə şəhərində duracaqda saxlanılmasını bildirnişdir. “İcra haqqında” Qanunun 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; Göründüyü kimi icra məmuru tərəfindən borclunun adında əmlakı olduğu halda icra məmuru tərəfindən əmlakı satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri görüllmədən əsassız olaraq AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İXM-in 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-in 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. İXM-in 109.1.7-ci maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, hesab edirəm ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinə geri qaytarılmalıdır. Məhkəmə əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol məhkəmənin 3(001)-9619/2025 saylı qərardadı ilə eyni əsaslarla geri qaytarılmış, lakin həmin qərardadda göstərilən nöqsanlar aradan qaldırılmadan inzibati xəta haqqında protokol yenidən baxılması üçün məhkəməyə təqdim edilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X4 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunanlara əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinə geri qaytarılsın. Qərardaddan apelyasiya şikayəti verilə bilməz. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(5-93)-504/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(5-93)-504/2026
27.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver