Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-595/2026 29.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci polis şöbəsinin sahə inspektoru, polis mayoru X2, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Lənkəran rayonu, Vilvan kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Lənkəran rayonu, Vilvan kəndində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci polis şöbəsinin sahə inspektoru, polis mayoru X4 tərəfindən Şəxs barəsində tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün iş materialları ilə birlikdə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci polis şöbəsinin sahə inspektoru, polis mayoru X4 izahat verərək bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə saat 08:35-də X3, DİN-nin 102 xidmətinə zəng edərək itirdiyi pul kisəsinin içərisində olan bank kartından Xutor qəsəbəsi OBA 3 marketində alış-veriş edilməsi barədə məlumat vermişdir. Müraciətlə bağlı təhqiqat araşdırılması aparılmış, təhqiqat araşdırması zamanı X1 müraciəti əsasında hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin foto şəkili çəkilərək protokola əlavə edilmişdir. Baş vermiş hadisə ilə bağlı müvafiq əməliyyat tapşırığı verilmişdir. Nəticədə əməlin Şəxs tərəfindən törədildiyi təsdiqini tapmış, lakin vurulmuş ziyan 20 manat olduğundan əməldə cinayət tərkibi olmadığı qənaətinə gəlinərək cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Şəxs əməlində İXM-nin 227-ci maddəsinin tərkib əlamətləri müəyyən edildiyindən təhqiqatçı tərəfindən qəbul edilmiş qərar qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün müvafiq raportla aidiyyəti üzrə göndərilmiş və sözügedən raport onun icraatına daxil olmuşdur. Tərəfindən inzibati xəta haqqında iş üzrə icraata başlanmış, Şəxs izahatı alınmış və sonuncunun İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi təsdiqini tapdığından inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2026-ci il tarixdə gecə saat 00:50 radələrində işdən çıxaraq “Yeganə Şadlıq” sarayının yaxınlığında "Dürüm" dönərin yaxınlığında yerdən pul kisəsi tapmış, pul kisəsinin içərsində Kapital bank, Leo Bank və metro kartı olduğunu görmüş və yaxınlıqda olan OBA marketdə həmin pul kisəsinin içərisində olan “Kapital bank” kartından istifadə edərək alış veriş etmişdir. Daha sonra tapdığı pul kisəsini içərsində olan bank kartları ilə birlikdə tullamışdır. Hazırda tərəfindən vurulmuş ziyan ödənilmişdir. Törətdiyi əməldən çox peşmandır. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahat verərək bildirmişdir ki, xx.xx.2026-ci il tarixdə gecə işdən çıxıb evə gedərkən özünə məxsus içərsində bank kartları olan pul kisəsini Yeganə şadlıq sarayının yaxınlığında naməlum şəraitdə itirmişdir. Daha sonra pul kisəsini tapan şəxsin onun kartı ilə gecə saat 00:57 radələrində alış-veriş etdini aşkar etmişdir. Bununla bağlı, tərəfindən DİN 102 Xidmətinə müraciət edilmişdir. Hazırda ona vurulmuş ziyan ödənilmişdir və Şəxs ilə barışmışdır. Heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2026-cı il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində İXM-in 227-ci maddəsinin tərkib əlamətləri yarandığından barəsində inzibati tədbir görülməsindən ötrü qəbul edilmiş qərarın surəti aidiyyəti əməkdaşa həvalə edilmişdir. xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində İXM-in 227-ci maddəsinin tərkib əlamətləri olsa da, həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən Şəxs barəsində olan inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin qeyd hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. İXM-in 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Ona görə də, məhkəmə Şəxs vurduğu maddi ziyanı tamamilə ödəməsini və zərər çəkmiş şəxslə barışıq əldə edilməsini nəzərə alıb, qanunvericiliyin tələblərini rəhbər tutmaqla inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Beləliklə, qeyd olunanlara və qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs Şəxs barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata sonuncu zərər çəkmiş şəxslə barışdığı və dəymiş ziyanı ödədiyi üçün İXM-nin 39.2-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 39, 40, 43, 48-50, 61, 114-115, 117, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən və zərər çəkmiş şəxslə barışdığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(5-93)-595/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-595/2026
29.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver