Məhkəmə qərarları › İş №3(5-93)-685/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-685/2026

24.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-685/2026 24.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Kazımov Bəxtiyar Fərhad oğlunun katibliyi, Şikayət vermiş şəxsin nümayəndəsi (qardaşı) X3, Qərarından şikayət verilmiş qurumun nümayəndəsi Binəqədi rayon DYPŞ-nin polis leytenantı X1 iştirakları ilə X2 Binəqədi rayon DYPŞ-nin 29 yanvar 2026-cı il tarixli, TP ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Binəqədi rayon DYPŞ-nin polis leytenantı X4 tərəfindən qəbul edilmiş 29 yanvar 2026-cı il tarixli, TP ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərara əsasən, X5 28 yanvar 2026-cı il tarixdə idarə etdiyi “Toyota Prius” minik markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Ağ saray dairəsi” adlanan yerdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməkdə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. F.S.Hacızadə həmin qərardan şikayətlə məhkəməyə müraciət edərək, qərarın ləğv olunmasını, işin obyektiv araşdırılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, F.S.Hacızadə 28 yanvar 2026-cı il tarixdə, saat 11:10 radələrində “Ağ saray dairəsi” adlanan yerdə idarə etdiyi avtomobillə dairədən çıxaraq təxminən 20-30 metr getdikdən sonra yolun sağ tərəfində yerləşən marketin parklanma sahəsinə daxil olarkən arxadan gələn “BMW” markalı avtomobil onun idarə etdiyi avtomobilin sağ-arxa qapı hissəsinə çırpılmışdır. Həmin avtomobilin sürücüsü nəqliyyat vasitələri arasında təhlükəsizlik məsafəsini qorumamış, yol şəraitini düzgün qiymətləndirməmiş, toqquşmanın qarşısını almaq üçün lazımi tədbirlər görməmişdir. Buna baxmayaraq, inzibati xəta haqqında protokol Fərid Hacızadə barəsində tərtib edilmişdir. Hadisə ilə bağlı videogörüntü ona göstərilməmiş, iş materiallarına əlavə edilməmişdir. Məhkəmə iclasında F.S.Hacızadə şikayətini müdafiə etdiyini bildirib, orada göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Binəqədi rayon DYPŞ-nin polis leytenantı X4 izahatında göstərdi ki, məhkəməyə təqdim olunmuş hadisənin videogörüntüsündən də göründüyü kimi, Fərid Hacızadə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42ci maddəsinin 5-ci bəndinin tələblərini pozmuşdur. Belə ki, həmin maddənin tələblərinə əsasən, sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Fərid Hacızadə isə dairədən çıxdıqdan sonra sol tərəfə meyllənmiş, daha sonra isə sağından gələn avtomobili gözləmədən, qəfil sağa dönmə əməliyyatını icra etmiş, nəticədə yol-nəqliyyat hadisəsi baş vermişdir. Sonda F.F.Rzayev məhkəmədən şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayət və ona əlavə edilmiş sənədləri araşdırıb, habelə yol-nəqliyyat hadisəsinin videogörüntüsünə baxış keçirərək, qanunvericiliyin aşağıda sadalanan müddəalarına əsaslanmaqla, hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, İXM-nin: - 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 80.1-ci maddəsinə əsasən, sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. - 80.2-ci maddəsinə əsasən, sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. - 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, ... inzibati xətaya dair qərarın qəbul edilməsi səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olduğu hallarda, belə qərardan verilmiş şikayət üzrə həyata keçirilən məhkəmə araşdırmasının predmetini məhz həmin qərar təşkil edir. Belə olan təqdirdə işə baxan məhkəmə üçün səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Həmin qərarın qəbul edilməsinə əsas olmuş protokol isə artıq sübutedici əhəmiyyət daşıyır. Hazırki halda iş materialları ilə müəyyən edilir Fərid Hacızadə idarə etdiyi “Toyota Prius” markalı avtomobillə yolun dairəvi hissəsini keçdikdən sonra təminən 10 metr düzünə getmiş, sonra avtomobilini sola meylləndirmiş, qəfil sağa dönmüş, nəticədə arxadan onunla eyni istiqamətdə gələn “BMW” markalı avtomobillə toqquşmuşdur. Videogörüntüdən aşkar bəlli olur ki, “BMW” markalı avtomobilin öz hərəkətini düz istiqamətdə davam etdirmək imkanı olmuş, məhz “Toyota Prius” markalı avtomobilin sağdan hərəkətdə olan avtomobili gözləmədən sağa dönməsi nəticəsində hadisə baş vermişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 5-ci bəndinə əsasən, sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. İXM-nin 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə 40 manat cərimə tətbiq olunur. İXM-nin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Belə olan halda, məhkəmə hesab edir ki, əsassız olduğundan şikayət təmin edilməməli, inzibati orqan tərəfindən qəbul edilmiş qərar qüvvədə saxlanmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53.2, 105, 114-115 və 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X2 Binəqədi rayon DYPŞ-nin 29 yanvar 2026-cı il tarixli, TP ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərarından şikayəti təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim edildiyi tarixdən 10 (on) gün müddətində onu qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar