Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-93)-703/2026 11.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Kazımov Bəxtiyar Fərhad oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə Binəqədi rayon Polis İdarəsinin 23 yanvar 2022-ci il tarixli, MN ******* saylı protokolundan şikayət verilməsi üçün buraxılmış müddətin bərpasına dair X1 vəsatətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 211.1ci maddəsi ilə tərtib edilmiş 23 yanvar 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan şikayətlə məhkəməyə müraciət etmiş, şikayətə buraxılmış müddətin bərpasına dair vəsatət əlavə edilmişdir. Vəsatətə baxılması ilə bağlı X.Q.Babayeva məhkəmə iclasında iştirak etmiş, məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində şikayət verilmiş inzibati xəta haqqında protokol qərar qüvvəsini almamışdır. Belə olan halda məhkəmə hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.1.6-cı maddəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək hüququ təsbit edilmişdir. Həmin Məcəllənin 126.1-ci maddəsində də göstərilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokoldan məhkəməyə şikayət verilməsi nəzərdə tutulmamışdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X4 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Binəqədi rayon Polis İdarəsinin 23 yanvar 2022-ci il tarixli, MN ******* saylı protokolundan X2 tərəfindən verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(5-93)-703/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(5-93)-703/2026
11.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver