Məhkəmə qərarları › İş №3(5-93)-713/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-713/2026

12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-713/2026 12.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi Nümayəndə2, Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs sabiq işçisi X2 xx.xx.2025-ci il tarixdə iş yerində xəsarət alması və əmək hüquqlarının pozulması ilə bağlı müraciəti əsasında müəyyən edilmişdir ki, X5 cəmiyyət tərəfindən xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) görülməsinə cəlb olunmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X8 bildirmişdir ki, X2 iş yerində xəsarət alması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə müraciətinin araşdırılması zamanı sonuncunun xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Şəxs tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb olunması müəyyən edilmişdir. Odur ki, hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 bildirmişdir ki, X5 CBS Construction” Məhdud Məsuliyyətli Cəmiyyətində xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək işlərin görülməsinə cəlb edilməmişdir. Sonuncuya xx.xx.2025-ci il tarixdə X6nin verilməsinə səbəb odur ki, həmin zaman X1 tərəfindən peşə yararlığının yoxlanılması üçün tikinti yerinə çağırılmışdır. Belə ki, Şəxs MMC podrat müqaviləsi əsasında “Crescent Mall” yaxınlığında tikinti icra edir. Sifarişçinin tələbi belə olmuşdur ki, bütün işçilərin bacarıqlarını yoxlayacaqdır. Bununla bağlı, X5 X6 ilə təmin edilərək tikinti yerinə getmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs MMC və X5 arasında bağlanmış əmək müqaviləsindən görünür ki, əmək müqaviləsi xx.xx.2025-ci il tarixində bağlanmışdır. xx.xx.2025-ci il tarixli X2 5 saylı Bakı DOST Mərkəzində verdiyi izahatdan görünür ki, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Şəxsndə işləməsini, xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsini, xx.xx.2025-ci il tarixdə yenidən onunla əmək müqaviləsi bağlanmasını, daha sonra xx.xx.2025-ci il tarixdə yenidən işdən çıxarılmasını bildirmişdir. “X6 Siyahısı və Təhvil Forması” barədə aktdan görünür ki, xx.xx.2025-ci il tarixdə X3 X6 (təhlükəsizlik ayaqqabısı, əlcək, üz sipəri, təhlükəsizlik kəməri, qoruyucu eynək, dəbilqə, siqnal jieti, resperator) verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Şəxs tərəfindən X2 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi iş materialları ilə təsdiq edilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı X5 ilə Şəxs MMC-nin xx.xx.2025-ci il tarixində əmək müqaviləsi bağlanması, lakin X2 xx.xx.2025-ci il tarixdə X6 ilə təmin edilməsi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, X2 xx.xx.2025-ci il tarixdə X6 ilə təmin edilməsi sonuncunun iş materiallarında olan yazılı izahatında göstərdiklərini, yəni onun xx.xx.2025-ci il tarixdən işlərin görülməsinə cəlb edildiyini təsdiq edir. Məhkəmə hüquqi şəxsin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatları qiymətləndirərkən belə qənaətə gəlir ki, həmin izahatlar faktiki halların obyektiv izahına deyil, hüquqi şəxsin inzibati məsuliyyətdən azad olunmasına yönəlmiş müdafiə mövqeyi xarakteri daşıyır. Belə ki, nümayəndə X2 tikinti sahəsinə göndərilməsini podrat müqaviləsi üzrə sifarişçinin guya işçilərin peşə yararlılığının yoxlanılması tələbi ilə əlaqələndirmişdir. Lakin iş materialları ilə müəyyən edilir ki, X5 məhz Şəxs ilə hüquqi münasibətlərdə olmuş, onun fəaliyyət sahəsi üzrə X6 ilə təmin edilmiş və bu təminat əmək münasibətlərinə xas olan təşkilati-idarəetmə tədbiri kimi həyata keçirilmişdir. Podrat müqaviləsi çərçivəsində sifarişçinin birbaşa göstərişi ilə işəgötürənin əmək funksiyasına aid olan işçi seçimi və işə cəlbetmə səlahiyyətinin həyata keçirilməsi nə əmək, nə də mülki hüququn prinsipləri baxımından inandırıcı hesab edilə bilməz. Bu baxımdan, nümayəndənin irəli sürdüyü arqumentlər nə sübutlarla təsdiqlənir, nə də hüquqi baxımdan məntiqi və əsaslıdır. Bundan başqa iş materialları ilə müəyyən edilmişdir ki, Şəxs ilə X5 arasında rəsmi əmək müqaviləsi xx.xx.2025-ci il tarixdə bağlanmışdır. Bununla belə, iş materiallarında olan X6nin təhvil-təslim aktı və digər sübutlar X2 artıq xx.xx.2025-ci il tarixdən etibarən cəmiyyətin istehsalat prosesinə faktiki olaraq cəlb edildiyini göstərir. X5 da xx.xx.2025-ci il tarixdən etibarən əmək müqaviləsi olmadan CBS Construction” MMC tərəfindən işə cəlb edildiyini bildirmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, X5 ilə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən əvvəl onun işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi baş vermiş və bu hal inzibati xətanın obyektiv tərəfinin mövcudluğunu tam şəkildə təsdiq etmişdir. Məhkəmənin gəldiyi qənaətə görə, Şəxs və X5 arasında əmək müqaviləsi xx.xx.2025-ci il tarixdə bağlanmasına baxmayaraq, X5 xx.xx.2025-ci il tarixdə, yəni əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlər və izahatlarla sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X4 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinərək barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar