Məhkəmə qərarları › İş №3(5-93)-715/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(5-93)-715/2026

04.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-93)-715/2026 04.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızı, Şəxs barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış materialın baxılmağa hazırlanması zamanı, müəyyən etdim: Məhkəmənin icraatına Şəxs barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. İnzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edirəm ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Şəxs barəsində tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol İXM-in tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, Şəxs rəhbərliyinə ünvanlanmış, vətəndaşın müraciətinə münasibət bildirilməsinə dair xx.xx.2025-ci il tarixli 3-xx-xx-117564/2025 saylı məktubdan görünür ki, vətəndaş X2 müraciəti əsasında tələb edilən sənədlərin-əmək müqaviləsinin surəti(elektron əmək müqaviləsi olmadığı halda), kollektiv müqavilə(olduğu təqdirdə) əmək müqaviləsinə xitam verilməsinə dair sənədlər(xitam əmri, işçinin ərizəsi, qanunverciliklə nəzərdə tutulmuş hallarda xəbərdarlıq bildirişi, olduğu təqdirdə izahatlar, aktlar, təqdimatlar, X1 müraciət və HİT-nın razılığı), son haqq-hesabın hesablanması və ödənilməsini təsdiq edən sənədlərin surətləri, əmək haqqının hesablanması və ödənilməsini təsdiq edən sənədin surəti, maddi və ya tam maddi məsuliyyətə görə ğhdəliyin olmasına dair müqavilənin surəti, vətəndaşın müraciətində qeydedilən məsələyə münasibət bildirilməsinə dair cavab məktubunun 7 iş günü ərzində X3 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2026-cı il tarixli 3-17-5/2-507/2026 saylı məktubdan görünür ki, Şəxs MMC-yə ünvanlanan məktubda vətəndaş X2 müraciətinə əsasən iş vaxtının uçotu tabelləri, məzuniyyət hüququndan istifadə edilməsinə dair müvafiq sənədlər(işçinin ərizəsi, işəgötürənin əmri), məzuniyyət haqqının hesablanmasına və ödənilməsinə dair müvafiq sənədlərin surəti(müraciətə uyğun olaraq müvafiq iş illərinə görə), vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubunun 7 iş günü ərzində X3 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş 09 yanvar 2026-cı il tarixli 3-17-5/2-3478/2026 saylı məktubdan görünür ki, vətəndaş X2 müraciətinə münasibət bildirilməsinə dair və vətəndaşa dair sənədlərin 7(yeddi) iş günü ərzində X3 Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə təqdim edilməsinə dair xx.xx.2025-ci il tarixli 3-xx-xx-117564/2025 saylı sorğu məktubunun göndərildiyi, lakin həmin sənədlərin təqdim edilmədiyi bildirilmiş və xx.xx.2026-cı il tarixdə saat 10:00-da inzibati xəta haqqında protokolun tərtib edilməsində iştirak üçün dəvət edilmişdir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, vətəndaş X2 müraciətində göstərilən məsələlər ilə bağlı Şəxs MMC-yə həm xx.xx.2025-ci il tarixdə, həm də 05 yanvar 2026-cı il tarixdə müraciət edilmiş və xx.xx.2026-cı il tarixli 3-17-5/2-507/2026 saylı sorğu məktubunda ilk sorğu məktubundan fərqli sənədlər tələb edilmiş və həmin sənədlərin də 7 iş günü ərzində təqdim edilməsi xahiş edilmişdir. Lakin, xx.xx.2026-cı il tarixli 3-17-5/2-507/2026 saylı məhktubun Şəxs MMC-yə çatdırılmasını təsdiq edən sənəd iş materiallarında mpvcud deyildir. Bundan əlavə inzibati xəta haqqında protokolu tərtib etmiş orqan tərəfindən xx.xx.2026-cı il tarixli 3-17-5/2-507/2026 saylı məktubla müraciət üzrə digər sənədlərin təqdim edilməsinin xahiş olunmasına baxmayaraq,həmin məktubdan cəmi 4 gün sonra 09 yanvar 2026-cı il tarixdə xx.xx.2025-ci il tarixli sorğu məktubu üzrə sənədlərin təqdim edilmədiyi əsas götürülərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs barəsində inzibati xəta haqqında protoklun tərtib edilməsinə dəvət edilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixli 3-xx-xx- 117564/2025 saylı sorğu məktubu 25 dekabr 2025-ci il tarixdə Şəxs MMC-yə çatdırılmasına dair sənəd mövcud olsa da, xx.xx.2026-cı il tarixli 3-17-5/2-507/2026 saylı məktubun Şəxs MMC-yə çatdırılmasına dair hər hansı bir sənəd iş materiallarına əlavə edilməmişdir. Eyni zamanda Şəxs MMC-nin inzibati xəta haqqında protokolun tərtib edilməsinə dəvət edilməsinə dair məktubun da təsdiq edən sənədlər iş materiallarında mövcud deyildir. AR İXM-in 57.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. AR İXM-in 57.5.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir: -bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; -bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda: -ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; -sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan. Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər araşdırılarkən müəyyən olundu ki, xx.xx.2026-cı il tarixli 3-17-5/2-507/2026 saylı məktub və MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılmasına dair 09 yanvar 2026-cı il tarixli 3-17-5/2-3478/2026 saylı məktubun İXM-nin 57.5-ci maddəsinin tələblərinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-yə rəsmi qaydada verilməsinə dair poçt qəbzi, xəbərnamə iş materiallarına əlavə edilməmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı təmin edilərək ona hüquq və vəzifələri izah edilməmiş, bu barədə protokolda heç bir qeyd aparılmamış və nümayəndənin izahatı göstərilməmişdir. Halbuki, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən bir qayda olaraq hər bir şəxsə onun barəsində aparılan icraatla bağlı hüquq və vəzifələri dərhal izah edilməli, eləcə də onun hüquq və vəzifələrinin aydın olması barədə protokolda müvafiq qeyd aparılmalıdır. İXM-in 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları;... İXM-in 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Göründüyü kimi, qanunvericilik İXM-in 100-cü maddəsində göstərilən tələbləri səlahiyyətli şəxsin üzərinə vəzifə kimi qoymaqla, qeyd olunan maddədə göstərilən tələblərə riayət olunmasını imperativ norma kimi müəyyən etmişdir. İXM-in 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. İXM-in 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. Bununla da, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı şəxs barəsində tərtib olunan inzibati xəta haqqında protokolun İXM-in tələblərinə uyğun tərtib olunmaması müəyyən edilmişdir ki, bu da işin mahiyyəti üzrə baxılmasına mane olur. İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokollar və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Beləliklə, işin təsvir edilmiş hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 539.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar tam olmadığından iş materialları ilə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 106, 109, 110.1-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar