Məhkəmə qərarları › İş №3(5-93)-717/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(5-93)-717/2026

03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-93)-717/2026 03.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, X2 tərəfindən xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətin baxılmağa hazırlanması zamanı, müəyyən etdim: X2 tərəfindən xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət məhkəmənin icraatına daxil olmuşdur. Şikayətin baxılmağa hazırlanması zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(039)-1155/2025 saylı qərarı ilə ləğv edilmişdir. Belə ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(039)-1155/2025 saylı qərarından görünür ki, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən X1 barəsində İXP ******* saylı protokol əsasında qəbul olunmuş xx.xx.2025-ci il tarixli, TP ******* tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün Baş Dövlət Yol Polis İdarəsinə göndərilməsi qərara alınmışdır. Əgər səlahiyyətli orqan tərəfindən Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(039)-1155/2025 saylı qərarından sonra yenidən araşdırılma aparılmaqla X1 təqsirli bilinməsinə dair yeni qərar qəbul edilmişdirsə, həmin qərar əldə edilərək şikayətə əlavə edilməli, daha sonra müvafiq şikayətlə məhkəməyə müraciət edilməlidir. İndiki halda belə bir qərarın mövcud olmasının müəyyən edilməsi mümkün deyildir. xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qanuniliyi isə Yevlax Rayon Məhkəməsi tərəfindən yoxlanılmış və müvafiq qərar qəbul edilmişdir. Buna görə də, hazırda sözügedən qərardan verilmiş şikayətə mahiyyəti üzrə baxılması mümkün deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 tərəfindən xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət geri qaytarılmalıdır. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” xx.xx.2020-ci il tarixli qərarına görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayət vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldım: X2 tərəfindən xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar